Analar ÜÇÜN »


Hepatitlər: hepatit A RNT virusudur, nəcis və ağız yolu ilə keçir. Ciddi bir xəstəlikdir, ancaq ana bətnindəki və yeni doğulmuş körpədə hər hansı bir xəstəliyə səbəb olmur. Hepatit A virusuna təmasla və ya xəstəliyin geniş yayılmış ərazisinə səyahət etməklə yoluxma olmuşdursa, hamiləliyin olub olmamasından asılı olmayaraq, 0,02-0,05ml/kq immun serum qlobulini tədbiq edilməlidir.

Hepatit B (HBV) isə DNT virusudur. Hepatit, sirroz və hepatomanın ən mühüm səbəblərindəndir. Ancaq adətən, hər hansı bir şikayətə səbəb olmur. Qan, ağız suyu, vaginal ifrazat və ana südü ilə keçə bilər. Aktiv infeksiyanın bir müalicəsi yoxdur, ancaq qorunma üçün aktiv və ya passiv immunizasiya olduqca təsirlidir. HBV xəstələrinin yoluxuculuğunu göstərən ən mühüm əlamət HbsAg-dir. Yoluxma ən çox cinsi yolla və qanla olur. Genekoloqlar üçün bəlkə də, ən çətini HBV xəstəsi və ya daşıyıcısı olan analardan doğulan körpələrdir. Əgər bu cür vəziyyətlərə qarşı uzun müddət tədbirlər görülməzsə, qaraciyər xərçəngi baxımından risk daşıyırlar. Bunun üçün hamiləliyin başlanğıcında aparılan HBV yoxlamaları doğuma yaxın təkrarlanmalıdır. Bu cür yoxlanma 3 mərhələlidir: ilkin mərhələdə HbsAg yoxlanmalıdır, əgər müsbət çıxarsa, 2-ci mərhələdə qan nümunəsi yenidən analiz edilir.

HBV-li anadan doğulan körpələrə ilk 12 saat ərzində 0,5 ml Hepatit B immun globulin serumunun vurulması və daha sonra Hepatit B peyvəndinin tətbiqi yoluxmanın 85% qarşısını alır. Bunlar edilmədən ana qətiyyən kö ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 3059 | Əlavə edib: hakantv | Tarix: 2016.10.31 | Şərhlər (0)


00:01:18
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev