Analar ÜÇÜN »


Xlamidioz: Genital xlamidioz infeksiyası digər ölkələrdə ən çox cinsi yolla keçən infeksiyadır. Hər hansı bir şikayətə səbəb olmadığından çox insan bu infeksiyaya yoluxduğunu bilmir. Ancaq müalicə olunmadığı təqdirdə, bu cür infeksiya qadında pelvik iltihaba, sonsuzluğa, uşaqlıqdan kənar hamiləliyə zəmin yaradır. Bununla yanaşı, bir çox qadındakı müalicəyə cavabsız və ya təkrarlanan xroniki pelvik ağrının, qasıq-bel ağrısının ən əsas səbəblərindəndir. Hamiləlik zamanı yaranan xlamidioz infeksiyası yeni doğulmuş körpənin gözündə konyuktivit, sətəlcəm və doğumdan sonrakı uşaqlıq pərdəsinin (endometrium) iltihabı ilə nəticələnə bilər.

Xlamidioz ilə bağlı məlumatlar məhduddur. Ən dəqiq diaqnoz isə qidalı mühitdə çoxaldılmasıdır. Qanda aparılan seroloji analizlərlə bağlı problem isə infeksiyanın yeni yoluxan, yoxsa xroniki xarakterli olmasının təyini və digər mikroblarla çarpaz reaksiyanın olmasıdır. Ancaq son illərdə çıxan sitoloji analiz üsulu düzgün nəticənin əldə olunmasında digər üsullardan kifayət dərəcədə fərqlənir. Hamilələrdə şikayətə səbəb olmayan uşaqlıq boynundakı xlamidioz infeksiyasına 5-10% kimi yüksək ehtimalla rast gəlmək mümkündür. Doğum ərzində yeni doğulmuşa xlamidiozun yoluxması və konyuktivitin yaranma ehtimalı yüksəkdir.

Xlamidioz müalicəsində birinci seçim tetratsiklindir, ancaq hamilələrdə istifadə edilmədiyindən eritromitsin, amoksitsillin və ya azitromitsin təyin edilə bilər.

Son söz: ... Ardını oxu »

Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 1621 | Əlavə edib: hakantv | Tarix: 2016.10.07 | Şərhlər (0)


00:01:52
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev