Analar ÜÇÜN »


Rubella (məxmərək törədicisi). Nəzəri olaraq belə bir fikir var idi ki, məxmərək peyvəndi anadan körpəyə keçən məxmərəyin  qarşısını alır, ancaq praktikada bu belə deyil.  Səbəbi isə, təbii immunitet sisteminin nəsil artırma çağındakı qadınların 80-90%-ini qoruyur, yerdə qalanlar isə uşaqlıqda edilən peyvəndlə qorunur, ancaq bəzən peyvəndən 5-10 il sonra  yox ola bilər. Bunun üçün nəsil artırma çağındakı bütün qadınlarda məxmərəyə qarşı immunitet yoxlanmalı və əgər yox olmuşdursa, yenidən peyvənd edilməlidir. Peyvənd edilərkən hamiləlik olmamalı və sonrakı 3 ay ərzində hamilə qalınmamalıdır. Ancaq bəzən hamilə ikən peyvənd edilir və ya peyvənddən sonrakı 3 ay ərzində hamilə qalınır. Bu cür hallarda kliniki təcrübələr göstərmişdir ki, hamiləliyin sonlandırılmasına ehtiyac yoxdur. Bu cür vəziyyətlərə məruz qalmamaq üçün immuniteti olmayanların peyvənd olunması doğumdan sonra həyata keçirilə bilər. Bu süd verməyə də maneə deyil. Bununla yanaşı, immunitetin yaranmasını aydınlaşdırmaq üçün 6-12 həftə sonra analiz edilməli, immunitet yaranmamışsa, peyvənd təkrarlanmalıdır. Peyvənddən sonra əks təsirlərə nadir hallarda rast gəlinir, ən çox müşahidə edilən əks təsiri əzələ-oynaq ağrılarıdır. 

     Hamilə qadının ilk 3 ayda məxmərək mikrobu ilə qarşılaşması tez-tez hallarda uşaq salma ilə nəticələnir. Ancaq bundan sonra hamiləlik davam edərsə, körpədə  inkişaf geriliyindən karlığa qədər bir çox problemlə qarşılaşmaq mümkündür. Əg ... Ardını oxu »

Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2621 | Əlavə edib: hakantv | Tarix: 2016.11.07 | Şərhlər (0)


00:05:19
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev