Plasenta (cift) və körpənin doğumundan sonra başlayan, ana vücudunda hamiləlik ərzində meydana gələn fizioloji dəyişkənliklərin aradan qalxması və genital orqanların hamiləlikdən əvvəlki formasına qayıtmasına qədər olan dövrə zahılıq dövrü deyilir. Təxminən 5 həftə davam edir. Lakin anadakı orqan və sistemlərin hamiləlikdən əvvəlki halına qayıtması bəzən aylarla da davam edə bilər. Bətin zaman keçdikcə kiçilir. Süd vermə bətnin kiçilməsində əsas faktordur. Doğumdan sonrakı qanaxmanın miqdarı olduqca əhəmiyyətlidir. Xüsusilə ilk 2 saat ananın qanaxması nəzarət altında saxlanılmalıdır.
Doğumdan sonrakı dövrdə aybaşı süd verməyən qadınlarda 6-8 həftə ərzində başlayır, süd verən qadınlarda isə daha geç başlayır. Lakin süd vermə hər zaman aybaşı mexanizminə təzyiq göstərə bilmir, süd verdiyi halda hamilə qalan qadın sayı çoxdur. Bunun üçün zahıya ailə planlaşdırılması barədə məsləhət verilməlidir. Doğumdan sonrakı ilk 2 gün zahıya maye ilə zəngin pəhriz verilir. Pəhriz zülal, meyve, tərəvəz tərkibli olmalıdır. Bununla yanaşı, həddindən artıq qida qəbul edilməməlidir. Zahılıqda gündəlik qidalanma ehtiyacı 2600-2800 kkal-dir. İlk günlərdə ağır, köp verən yeməklər verilməməlidir. Bununla yanaşı siqaret, spirt kimi südlə körpəyə keçə biləcək məhsulların istifadəsinin zərərləri barədə məlumat verilməlidir. Doğumdan sonrakı 2-ci gün zahı duş qəbul edə bilər.
6-cı həftədə aparılan ginekoloji müayinədə hər hansı bir patologiya olmazsa, cinsi əlaqəyə icazə verilə
...
Ardını oxu »