Analar ÜÇÜN »


Hal-hazırda evlənmə yaşının artması, hamilə qalmaqda çətinliklər köməkçi reproduktiv texnikalarına olan tələbin artmasına səbəb olmuşdur. Köməkçi vasitələrlə nəsil artırmada ən ən vacib faktor yumurtalıqların keyfiyyəti, yəni yumurta rezervidir. Yumurta rezervini müəyyənləşdirmək və əsas olaraq da cütlüklərin “uşağımız olacaqmı?” sualına cavab verə bilmək üçün müxtəlif analizlər edilə bilər.
Eyni yaşdakı qadınların, hamiləliyin baş tutması üçün istifadə edilən ovulyasiyaya təzyiq göstərən vasitələrə qarşı verdiyi cavablar fərqli fərqlidir, çünki yumurta rezervləri fərqlidir. Azalmış yumurta rezervi eyni yaşdakı bir qadınla müqayisədə ovulyasiyaya təzyiq göstərən vasitələrə verilən cavabın daha az olmasıdır. Ancaq bu da nəzərdə tutulmalıdır ki, yumurta rezervinin azalması hamiləliyin baş tutmaması deyil, sadəcə şansın azalmasını göstərir.
Bəs kimlərdə yumurta rezervi azalmış ola bilər;
-35 yaşdan yuxarı olan qadınlar
-ailəsində erkən menopauza olanlar
-tək yumurtalığı olanlar, yumurtalıqlarından əməliyyat keçirmiş və ya kimya-radioterapiya keçirmişlər
-siqaret çəkənlər

Yumurta rezervini müəyyənləşdirmək üçün hansı kriteriyalara və ya analizlərə müraciət edilir.
-Yaş; ən sadə yol budur. 30 yaşdan etibarən reproduktivlik azalmağa başlayır. Ancaq eyni yaşlardakı qadınlarda rezervin azalmasına baxmayaraq reproduktiv potesialında ciddi fərqliliklər olur. Bu səbəblə, yaş təkbaşına çox uyğun bir üsul deyil, digər analizlər ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 5604 | Əlavə edib: cirtdan-milli | Tarix: 2017.05.01 | Şərhlər (1)


00:01:07
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev