Analar ÜÇÜN »


Miomalar uşaqlığın saya əzələlərində əmələ gələn xoşxassəli şişdir. Miomaların bədxassəli şişlərə çevrilməsi çox nadirdir, ancaq 2-5/1000 nisbətində sarkomatoz degenerasiya ola bilər. Bu cür miomalar əllə müayinə zamanı yumşaq olmaları, USM-də homogen görünmələri ilə seçilir. Miomalar qadının ən çox rast gəldiyi xoş xassəli şiş olaraq qəbul edilir. Yaş artdıqca rast gəlinmə tezliyi də artır, yaşı 20-35 arası olan qadınların 20%-i, yaşı 35-dən yuxarı olan qadınların 40%-də mioma vardır. Miomaların əmələ gəlməsində və böyüməsində əsas səbəb kimi hormonlar və genetik faktorlar göstərilə bilər. Dəqiq olaraq bilinir ki, estrogen və progesteron hormonları ilə miomaların böyüməsi arasında əlaqə vardır. Estrogen hormonu, xüsusilə, menopauzaya yaxınlaşan perimenopozal qadınlarda nəzərə çarpaçaq dərəcədə yüksəlir və elə bu dövrdə yaşı 40-45 arası olan qadınlardakı miomalarda sürətli böyümə müşahidə edilir. Bəzi ailələrdə miomaların tez-tez rast gəlinməsi genetik meyilliliyin əlaməti ola bilər.

Miomaların rast gəlinmə tezliyi erkən aybaşı olmağa başlayanlarda, sonsuzluqda – doğuşu olmamışlarda, ilk doğuşu gec yaşlarda olanlarda yüksəkdir. Bədən ağırlığının artması ilə miomaların müşahidə edilmə tezliyi arasında da bir əlaqənin olması təsbit edilmişdir. Bununla yanaşı, qohumlarında mioma olanlarda miomanın yaranma riski 2,5 dəfə artıqdır.

Uşaqlıqdakı miomalar
-Submukoz mioma (uşaqlığın daxili təbəqəsinə doğru böyüyən) ölçüsündən asılı olmayaraq anormal va ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 4908 | Əlavə edib: cirtdan-milli | Tarix: 2017.07.17 | Şərhlər (0)


00:11:59
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev