Analar ÜÇÜN »


Təxminən 100 hamilə qadından 50-70-i az və ya çox dərəcədə ürəkbulanma və qusma problemi yaşayır. Bu problem “emesis gravidarium” adlanır. Çox zaman hamiləliyin 6-cı həftəsindən etibarən ürəkbulanma müşahidə olunur. Adətən səhər daha şiddətli olan ürəkbulanmanı qusma, iştahsızlıq, qoxulara qarşı həddindən artıq həssaslıq və halsızlıq müşayiət edir. Eyni zamanda, ürək döyüntüsü, ağız suyunda artma və ağızda qoxu müşahidə edilir. “Mallory-Weis” sindromu adlanan bu cür vəziyyətdə qusmada təzə qan görünə bilər.

Hamiləlikdəki ürəkbulanma və qusmanın gün ərzində davam etməsi, ağız yolu ilə qəbul edilən dərmanlara cavab verməməsi hamilə qadının normal qidalanmasını və gündəlik fəaliyyətinin qarşısını alır və nəticədə hamilə qadının ümumi vəziyyəti pozulur və çəkinin azalmasına səbəb olur. Bu cür vəziyyət “Hiperemesis Gravidarum” (hamiləlikdə şiddətli ürəkbulanma) adlanır. Adətən, xəstəxanada yataraq müalicə edilən vəziyyətdir. Hər hamiləlik fərqli olduğu üçün eyni qadının iki hamiləliyi arasında da fərqliliklər ola bilər. İlk hamiləliyində problem yaşamayan bir qadının ikinci hamiləliyində şiddətli ürəkbulanma və qusma və ya tam əksi müşahidə edilə bilər.

Səbəbləri; Hamiləlik ərzində müşahidə edilən ürəkbulanma və qusmanın əsas səbəbinin nə olması tam olaraq məlum deyil. Şikayətlər qanda hamiləlikdən asılı olaraq yüksələn HCG və estrogen hormonunun artması ilə paralel olur. Hormonların normadan yüksək olduğu çox yumurtalı hamiləliklərdə və mol hamiləlik kim ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 3803 | Əlavə edib: hakantv | Tarix: 2017.01.16 | Şərhlər (0)


Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev