Bir il ərzində hər hansı kontraseptivlərdən (hamiləlik əleyhinə vasitələrdən) istifadə etmədən cinsi əlaqə hamiləliklə nəticələnmirsə, sonsuzluqdan şübhələnmək olar.Ancaq qadının yaşı 35 və ya 35 yaşdan yuxarıdırsa, bu müddət, adətən, 6 ay olaraq qəbul edilir. Bu şikayətlə bağlı müraciət edəncütlüklərin 30%-də sonsuzluqla bağlı aparılan analizlərdə hər hansı bir problem ortaya çıxmır. Bu cür sonsuzluq səbəbi açıqlana bilməyən sonsuzluq adlanır. Bununla yanaşı, bu problemlə üzləşən cütlüklərin reproduktiv potensialı da az olur. 35 yaşdan kiçik olan qadınlarda hamilə qalma şansı 20% olduğu halda, belə qadınlarda 1,3-4,1%-dir. Yəni hamiləlik normal haldan daha gec olur.
Diaqnoz Sonsuzluqla bağlı müraciət edən cütlüklərin analizlərində hər hansı bir problemlə üzləşməyən bir qrup insanların olduğunu qeyd etmişdik, yəni bu qrupdakı cütlüklər sağlam ovulyasiyaya sahib olurlar, sperma sayıvə hərəkətliliyi normal, reproduktiv kanallar açıq, endometriumun səthi isəhamar olur. Yaxın zamanlara qədər əsas sonsuzluq analizləribədən temperaturunun izlənməsi, spermioqram, HSG, postkoital analiz, endometrium biopsiyası, laparoskopiyadan ibarət idi. Ancaq indi postkoital analiz, endometrium biopsiyası və diaqnostik laparoskopiya mübahisəlidir.Bununla yanaşı, hər kəsin üzərində durduğu standard bir sonsuzluq analiz protokolu da yoxdur.
Müalicə İzah oluna bilməyən sonsuzluq qrupuna daxil olan cütlüklər müalicəsiz,
...
Ardını oxu »