Analar ÜÇÜN »



Övrə çox sıx rastlanan bir xəstəlikdir. Əhalinin 15-25%-i həyatında bir dəfə də olsa övrə keçirmişdir.

Övrə qırmızı, qaşıntılı, 24-48 saat içərisində yer dəyişdirən, heç bir iz buraxmadan keçən qabarıqlıqlarla ortaya çıxan bir dəri xəstəliyidir. “Urtica” yəni, gicitkən otu (azərbaycanca tərcüməsi) sözündən götürülmüşdür. Övrə zamanı dəridə yaranan səpgi gicitkən otunun dəriyə toxunduqda əmələ gətirdiyi reaksiyaya bənzədiyindən bu ad verilmişdir. Qabarıqlıqlar bəzən birləşib bütün bədəni əhatə edə bilər. Hər yaşda ortaya çıxa bilər. 6 həftə içərisində tamamilə keçərsə kəskin, 6 həftədən artıq davam edərsə xronik övrədir. Əgər ödem dermisin dərin qatına və dərialtı toxumaya yayılarsa angioödem dediyimiz daha şiddətli bir tablo ortaya çıxır. Angioödem göz qapaqlarında, dodaqda, əllərdə şişlik şəklində görülür. Xəstəlik tənəffüs yollarına yayılarsa diqqətli olmaq və təcili yardıma müraciət etmək lazımdır.

Uşaqlarda kəskin övrənin səbəbi infeksion (daha çox viral) xəstəliklər, dərmanlar (antibiotik, qızdırmasalan, ağrıkəsici) və qidalardır (yumurta, çiyələk, süd məhsulları, balıq və s.)

Xroniki övrə müxtəlif orqanların xroniki xəstəlikləri ilə əlaqədar olaraq ortaya çıxa bilər. Xroniki övrə zamanı bir çox analizlərin veri ... Ardını oxu »
Böımə: Uzm. Dr. LALƏ MEHDİ | Baxış Sayı: 4531 | Əlavə edib: DrELM | Tarix: 2017.06.14 | Şərhlər (0)


00:05:13
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev