Analar ÜÇÜN »


Açıqcası çox düşünürdüm bu kitab barədə geniş bir məqalə hazırlayım ya yox. Lakin yekun nəticə olaraq fikirləşdim ki, ən məqsədə uyğunu elə kitabdan diqqətimi cəlb edən hissələri ard-arda yerləşdirərək toplu halda diqqətinizə sunmaqdır.

"Bağçada Artıq Gec Olacaq" kitabının müəllifi Masaru İbuka (1908-1997) öz növbəsində dünyaca məşhur Sony şirkətinin həmtəsisçilərindən biri olmaqla yanaşı, uşaqların erkən yaşda təlim edilməsi ilə bağlı novatar ideyalarının təməllərini atan şəxslərdən biridir.

Artıq eyd etdiyim ki, kitabdan qısa hissələr şəklində veriləcək məqaləni nəzərə olaraq, məqalənin geridə qalan hissəsini "dırnaq" altında verməyi özümə borc bilirəm.

Hörmətlə İlkin Haxverdiyev

"Əgər üçyaşlı uşağın bilik aclığı yalnız Mikki Maus və sirk əyləncələri ilə deyil, həm də Mikelancelo, Mane, Rembrandt, Renuar, Leonardo da Vinçinin əsərləri ilə təmin olunsaydı, dünyamız daha da zənginləşərdi. Axı balaca uşağın bilmədiyi hər şeyi öyrənmək həvəsi hüdudsuzdur və hələ nəyin pis, nəyin yaxşı olması barədə onun təsəvvürü belə yoxdur.

Doktor Suzuki özünün bu unikal metodunu artıq 30 ildir tətbiq edir. Buna qədər isə o, ənənəvi təhsil metodundan istifadə etməklə həm aşağı, həm də yuxarı siniflərdə dərs demişdi. Müəyyən etmişdi ki, yuxarı siniflərdə uşaqlar arasında qabiliyyətlə bağlı fərqlər daha böyükdür, odur ki, aşağı sinif uşaqları arasında bunu sınaqdan keçirməyə başladı, daha ... Ardını oxu »
Böımə: Valideynlərə Məsləhət | Baxış Sayı: 3716 | Əlavə edib: cirtdan | Tarix: 2019.01.29 | Şərhlər (0)


00:01:31
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev