||
Analar ÜÇÜN » 2016 » Noyabr » 28 » Ana südü və əmizdirmə
19:44
Ana südü və əmizdirmə
Yeni doğulmuş körpənin qidalanmasını təmin etmək üçün hamiləlik müddətində hazırlanan süd vəziləri süd istehsalına başlayır. Hamiləlik dövründə hormonların təsiri ilə aktivləşən süd vəzilərindən südün ifrazı üçün polaktin hormonuna , ifraz olunan südün kanallardan xaric olması üçün isə oksitosin hormonuna ehtiyac vardır. Körpəsi yeni doğulmuş analarda südün gəlməsi doğuşdan sonrakı 24-72 saat müddətində başlayır. Süd ifrazı başlamamışdan əvvəl süd vəzilərində şişkinlik, lokal temperaturda artma, sərtlik və yüngül ağrı olur. Süd vəzindən gələn ilk süd körpəni infeksiyalara qarşı qoruyucu və immunitet xüsusiyyəti yüksək olan kolostrum ( bulama) adlanan süddür. İnsan yeni doğulmuş bütün məməlilər arasında ,kenqurular istisna olmaqla, ən zəifi və anaya bağlı olanıdır. Süd vəzi anadan hər hansı xəbərdarlıq almadan hamiləliyin 4-cü ayından etibarən süd verməyə tamamilə hazır olur. Süd vəzinin ucu çox həssasdır və sinir ucları ilə zəngindir. Montqomeri vəziləri olaraq adlanan tər vəziləri mövcuddur.

İnsan südü tərkibində dəyişkənlik olan ifrazatdır. Kolostrum adlanan ilk gün südü yetkin süddən fərqlidir. Südün tərkibi gün ərzində və zaman keçdikcə dəyişir. Bu dəyişikliyin ən mühüm hissəsi isə körpənin bağırsaqlarının fizioloji inkişafına kömək etməsidir. Südün tərkibindəki maddələrin çoxunun birdən çox faydası vardır. İnsan südü 200-dən çox maddənin qatqısından ibarətdir. Südün tərkibi əmizdirmənin mərhələsi, günü, saatı, qidalanma müddəti, ananın qidalanması və fərdi dəyişkənliklər və faktorlardan təsirlənir. Sorucu alətlə və ya əmizdirərkən əldə edilən südün hətta tərkibi belə fərqli ola bilər. Süd sorucu alətlərdən istifadə südün tərkibinə təsir edir. Ananın pəhrizinin kifayət qədər olmaması südün tərkibindən çox, miqdarının azalması ilə nəticələnə bilər. Sosial-iqtisadi vəziyyəti aşağı olan ailələrdə ananın pəhrizi istənilən səviyyədə olmasa da , bütün körpələrin ana südü ilə qidalanması tövsiyə edilir. Yetkinləşmiş südün 87%-i sudur. Bu səbəbdən süd miqdarını artıran ən mühüm faktorlardan biri də ananın su qəbulunun səviyyəsidir. Ana südü ilə qidalanan körpələr digər qidalarda olan mikroorqanizmlərlə daha az qarşılaşırlar. Ana südü infeksiya qoruyucu xüsusiyyətə malikdir.

Əmizdirmə: bütün dünyada körpələrin qidalanmasında ana südünə üstünlük verilir. Xüsusilə də lk 6 ay ana südü ideal qida mənbəyidir. Sonrakı 6 ay ərzində əlavə qida ilə əmizdirmə davam etdirilə bilər. İstəkdən asılı olaraq əmizdirmə daha uzun müddətə uzadıla bilər. Son illərdəki texnoloji inkişaf sayəsində ana südünə olduqca yaxın uşaq yeməkləri hazırlanır. Bu cür qidaların istifadəsi rahat olduğundan əmizdirən anaların sayının bütün dünyada olduqca azalmasına səbəb olmuşdur. İnkişaf etməmiş ölkələrdə bu cür azalma körpə sağlamlığı baxımından çox zərərli nəticələr vermişdir. Son 15-20 ildə xüsusilə təhsilli ailələrdə süd verən anaların sayı artmışdır. Əmizdirmənin faydaları son elmi işlərlə daha da aydınlaşdığı üçün hamiləlikdə və hamiləlikdən sonra tibbi xidmət verilərkən əmizdirməyə yönələn məsləhətlər verilməli, əmizdirmə və hazır uşaq yeməklərinin müsbət və mənfi tərəfləri anaya aydınlaşdırlımalıdır. Hal-hazırda əvvəlki dövrlərlə müqayisədə ailələrin say tərkibi azaldığından əmizdirmə barəsində ananı dəstəkləyən ailə üzvləri yoxdur. Doğum ərzində və doğumdan sonra ananın körpəsini dünyaya gətirdiyi tibbi müəssisədə anaya əmizdirmə ilə bağlı verilən məsləhətlər çox böyük təsirə malikdir. Əgər səmimi məsləhət verilərsə və ananın ilk günlərdə əmizdirdiyi zaman qarşılaşdığı problemlərin həllində kifayət qədər kömək edilərsə, ana evində də əmizdirməyə davam edər.

Əmizdirmənin çox faydaları vardır. Qidalandırıcı xüsusiyyəti ilə ana südü insanın bəlli ehtiyaclarını ödəyən ən əhəmiyyətli qidadır. Faydaları körpənin infeksiyalardan qorunması, allergiyaya qarşı qoruma, ananın doğumdan sonrakı sağalmasında sürətlənmə, özünü yaxşı hiss etmə, sümük əriməsi riskinin azalması, yumurtalıq xərçəngi riskindən qoruyucu təsir və süd vəzi xərşənginin azalmasıdır. Doğumdan sonra əmizdirmə nə qədər erkən başlarsa, əmizdirmə müddəti bir o qədər artar.
Əmizdirmə texnikaları: Uzun illərdir məlumdur ki, anasının qarnının üzərinə qoyulan sağlam körpələr süd vəzini tapıb əmməyə başlaya bilir. Lakin ananın düzgün əmizdirmə texnikasını öyrənməsi həm əmizdirmənin uzun müddətli olması, həm də əmizdirmə ilə bağlı fəsadların daha az müşahidə edilməsinə gətirib çıxarır.

Əmizdirərkən ilk öncə süd vəzinin ucunun körpənin ağzına düzgün verilməsinə, daha sonra isə körpənin düzgün tutulmasına riayət edilməlidir. Daha əvvəl əmizdirməmiş analara ilk sınaqlarında öyrədici kömək edilməlidir. Daha əvvəl əmizdirmiş analar isə müşahidə edilərək səhv varsa, düzəldilməsinə çalışılmalıdır.

Süd verərkən süd vəzinin ucunun areola adlanan qara nahiyə tamamilə körpənin ağzında olmalıdır.Süd vəzinin ucunun alt dodağın ortasına toxundurulması körpənin ağzını açmasına kömək edəcək. Səhv teknika süd vəzinin ucunda ciddi yaralara səbəb olur.

Körpənin tutulması pozaları: beşik pozası, yan tərəfə yatma pozası, futbol pozası və s. Süd vermə prosesi rahat və sakit mühitdə olmalıdır. Körpənin temperaturunun qorunması çox əhəmiyyətlidir. Bəzi analar doğuşdan sonra doğuşun təsirindən titrətmə keçirə bilərlər. Bu əsnada ana körpəsinə kifayət qədər istilik verə bilmədiyi üçün əlavə üsullarla lazım olan temperaturun təmin olunması mühümdür. Ananın körpə ilə yaxınlaşması mümkün olduğu qədər erkən basşlamalıdır, çətin doğuşlar, qeysəriyyə, doğuşdan sonrakı fəsadlarda ən qısa müddətdə ana ilə körpənin təması təmin edilməlidir. Doğuşdan yaranan problemlər əmməyi gecikdirib çətinləşdirsə də anaya dəstək verilərsə, bu problemin öhdəsindən gəlmək olar.

Ananın paltarı süd vəzini sıxışdırmayan və əmizdirmə müddətində süd vəzinin əllə tutulmasının qarşısını almayacaq formada qabağı açıla bilən olmalıdır. Körpənin başını süd vəzinə doğru sıxmaq olmaz. Körpə süd içərkən yatarsa, ana körpəni uyğun şəkildə süd vəzindən ayırmalıdır. Ana bir müddət gözlədikdən sonra körpəni oyadıb təkrar süd verməlidir. Körpəni oyadarkən bələyin açılması və digər incə toxunuşlar kifayətdir. Körpəyə ağrı verən toxunuşlar edilməməlidir. Körpə ilk süd vəzi boşalana qədər əmdikdən sonra qucağa alınıb qazı çıxarılmalı və əgər oyaqdırsa, ikinci süd vəzi verilməlidir. Sonrakı əmizdirmə ikinci süd vəzindən başlamalıdır. Körpəyə süd verilərkən dəqiqənin gözlənilməsi çox da düzgün deyil. Əgər körpə süd vəzini ağzına düzgün formada ala bilmişdirsə və əmmə müddətində ağrı hiss etmirsə, əmizdirmə ananın və körpənin istəyinə bağlı olaraq tənzimlənə bilər. Ümumiyyətlə əmizdirmə 15 dəqiqə müddətində davam edir. Körpə hər iki süd vəzini ayrı-ayrılıqda 4 dəqiqə olmaqla əmərsə, südün maksimum 85%-ni qəbul etmiş olur. Gecə körpə ananın yanında deyilsə, oyaq olarkən əmizdirmək üçün ananın yanına gətirilməlidir. Əmizdirmənin 1,5 saatdan çox davam etdirilməsi faydalı olmaz. Əmizdirmə prosesini yavaş-yavaş dayandırmaq lazımdır. Xüsusən də işləyən analar səhər və axşam əmizdirməyə davam etməklə azalda və ya körpənin qəbul etdiyi əlavə qidanın miqdarı artdıqca, körpənin istəyinə uyğun olaraq azaldıla bilər.
Əmizdirmə problemləri

Doğumdan sonra hər hansı ana və ya uşaq xəstəliyində, körpə itkisindəvə ya ana əmizdirmək istəmədikdə süd axımını dayandırmaq lazım gəlir. Doğumdan sonra bulama dövrünün başlaması ilə süd vəzində şişkinlik və ağrı olur. Müvəqqəti olaraq davam edən bu vəziyyət azalaraq yox olur. Ağrı kəsicilərdən istifadə, süd vəzinin ucunun qıcıqlandırılmasının qarşısının alınması, sıx büstkalterdən istifadə, süd vəzinin üzərinə buzun qoyulması və ya daha çox çətinlik törədərsə, sorucu alətlə süd vəzinin boşaldılması 1 həftə ərzində südün azalmasına səbəb olacaq. Doğumdan sonrakı ilk 6 həftə ərzində süd vermə qəfil kəsilərsə, annada temperatur ola bilər. Adətən 3-4 gün davam edən bu temperaturu infeksiya səbəbiylə yaranan temperaturla qarışdırmamaq lazımdır.

Südün azalması: Süd verən anaların 15%-ində əvvəllər kifayət qədər süd ifraz olunduğu halda tez-tez ilk 3 ay ərzində süd miqdarında azalma olur. Əmmə refleksinin kifayət qədər olmaması südün tam boşalmamasına gətirib çıxarır. Bu da öz-özlüyündə süd istehsalını azaldır. Südün miqdarını artırmaq üçün bir sıra dərmanlardan istifadə edilə bilər.

Doğumdan sonra süd vəzinin şişkinliyi: Doğumdan sonrakı 2-4 günlük dövrdə tez-tez rast gəlinən normal vəziyyətdir. Süd vəzi toxumasında ödem, südün yığılması və damarlarda tıxanıqlıq olur. Süd vəzinin şişməsi süd vəzi ucunun qısalmasına səbəb olaraq əmməni çətinləşdirir. Buna səbəb süd miqdarının çoxluğu deyil, boşaldılmasının çətinləşməsidir. Gecə və gündüz müntəzəm olaraq süd vermə şişkinliyi azaldır. Körpəni gündə 8-12 dəfə əmizdirmək lazımdır, gecə də olsa əmizdirmə arasındakı müddətin 5 saatdan artıq olmamasına diqqət yetirilməlidir. İsti duş qəbulu və ya isti kompres süd axımını artırır. Bununla yanaşı, el arasında şişkin süd vəzinin üzərinə soyuq kələm yarpağının qoyulmasının şişkinliyi azaltdığı və süd axımını sürətləndirdiyi də məlumdur.

Süd vəzi ucunun ağrıması: Süd vəzi ucunun ağrısının müalicəsi süd vəzi şişkinliyinin aradan qaldırılmasından daha çətindir. Doğumdan sonrakı ilk həftədə anaya əmizdirmə barədə verilən düzgün dəstək bu problemi azaldır. Əmizdirmə texnikasına düzgün riayət etmədikdə körpə süd vəzi ucunu və qara nahiyəni tamamilə ağzına ala bilmədiyi üçün damaqları ilə əzir. Bu zaman yaranmış çatları aradan qaldırmaq lazım gəlir. Əmizdirdikdən sonra süd vəzi ucunu süd artıqlarından təmizləyib bərpaedici kremlərdən istifadə edilməlidir. Əmizdirmədən əvvəl süd vəzinin ucu təmizlənməli və ən az ağrıyan süd vəzindən əmizdirmək lazımdır.

Süd kanallarının tıxanması və ağrılı süd vəzi kütlələri: Kifayət qədər əmizdirməmək bu problemə səbəb olur. Ananın yan tərəfə uzanması süd kanallarının tıxanmasını azaldır. Süd vəzi ucunun içəri çəkilməsi adətən hamiləlik dövründə müşahidə edilir. Lakin hamiləlik zamanı süd vəzinin ucunun düzəldilməsi doğumun erkən başlamasına səbəb ola bilər. Yalnız doğumdan sonra elektrikli sorucu alətlə süd vəzinin ucu normal vəziyyətə gətirilə və ya süd vəzi ucu aplikatorlarından istifadə edilə bilər.

Doğumdan sonrakı mastit (süd vəzi infeksiyası): Süd vəzindəki infeksiyalara adətən körpənin ağız florasındakı mikroblar səbəb olur. Mastit zamanı yataq istirahəti, maye qəbulunun artırılması və süd vəzi ucunda əmələ gələn çatları müalicə etmək lazımdır. Süd vəzinin üzərinə buz və ya isti kompreslər qoyula , xəstəyə ağrıkəsici verilə bilər. Bu zaman xəstənin rahat büstkalterdən istifadə etməsi məsləhətdir. Körpəyə zərər verməyən antibiotiklərdən istifadə edilməlidir. Ciddi problemlərdə cərrahi müdaxilə lazımdır. Abses boşaldıqdan sonra körpəyə süd vermə davam etdirilə bilər.

Ana südü ilə körpəyə infeksiyanın keçməsi: İnfeksiyanın ana südü ilə körpəyə keçməsindən bəhs etmək üçün infeksiyanın digər yollarla anadan körpəyə keçmədiyini, ana südündə və körpədə infeksiya göstəricilərinin olduğunu və ya körpədə xəstəliyin kliniki tapıntılarını göstərmək lazımdır. Bununla yanaşı infeksiyaya səbəb olan mikrobun doğumdan əvvəl və ya doğum zamanı yoluxması da nəzərə alınmalıdır. Əgər ana hepatit B virusu daşıyıcısıdırsa, doğumdan sonra körpəyə yoluxma riskini azaltmaq üçün peyvənd və qoruyucu immunoqlobulin edilməlidir. İİV yəni QİÇS virusu olduğu təqdirdə süd verilməsinin dayandırılması faydalı olar. Əmizdirmə müddətində dərman istifadə edilməməlidir, lakin süd verərkən ana bir sıra xəstəlik səbəbi ilə dərman qəbul etmək məcburiyyətində qala bilər. Bu cür dərman müalicəsi körpəyə iki formada təsir edir. Birincisi dərman ana südünü azalda bilər, ikincisi də istifadə edilən dərman ana süd ilə körpəyə keçərək körpədə zərərli təsirlərə səbəb ola bilər. Bu səbəblə, süd verən analar da hamilələrdə olduğu kimi dərmanların körpəyə təsir edə biləcəyini nəzərə almalıdırlar.

Uzm. Dr. HAKAN TANRIVERDİ


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 1056 | Əlavə edib: hakantv | Teqlər: Hakan, , südü, əmizdirmə, Ana | Reytinq: 5.0/1
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:03:49
«  Noyabr 2016  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Copyright Cirtdan.TV ©
2013 - 2016
22:24 Cümə Axşamı 2016.12.08
Online: 7
Qonaq: 7
İstafədəçi: 0
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Statistika

Webmaster & Designer: Ilkin Hakhverdiyev