||
Analar ÜÇÜN » 2016 » Oktyabr » 20 » Asimptomatik bakteriuriya (ASB)
13:58
Asimptomatik bakteriuriya (ASB)
Asimptomatik bakteriuriya (ASB): Bu vəziyyətə qısacası sidik yollarında hamilədə şikayətə səbəb olmayan bakteriyaların yerləşməsi də deyə bilərik. İqtisadi vəziyyəti daha aşağı olan hamilələrdə daha çox olmaqla yanaşı, Amerikada hamilələrin 2-10%, İngiltərədə 2-5%-ində müşahidə edilir. Aparılan tədqiqatlar göstərmişdir ki, ASB müalicə edilmədiyi təqdirdə 2-13% hallarda erkən doğuma və 2-28% hallarda pielonefrit kimi ciddi böyrək iltihabına səbəb ola bilər.

ASB diaqnozunda ən əsas diaqnoz üsulu olaraq sidiyin qidalı mühitdə araşdırılmasından istifadə edilir. Millilitrdə eyni bakteriyadan ən az 105 ədəd törəməsi diaqnoz üçün əhəmiyyətlidir. Sidik kulturasının digər sürətli nəticə verən sidik analizləri ilə müqayisədə infeksiyaya səbəb olan mikrobu və hansı dərmanın müalicədə təsirli olduğunu dəqiq müayyənləşdirliməsi kimi üstünlükləri olsa da, qiyməti və ən az 24 saatdan sonra nəticə verməsi kimi üstün olmayan cəhətləri də var. Lakin digər analizlər tez nəticə verməklə yanaşı, təxminən hamilələrin 50%-də səhv nəticəyə gətirib çıxarmaqla müalicəni gecikdirə bilər.

Aparılan tədqiqatlarda ASB müalicəsinin qidalı mühitin nəticəsinə görə aparılması erkən doğum, pielonefrit və uşaqsalma riskinin qarşısını ala bildiyi göstərilmişdir. Müalicədə isə tək doza müalicəsinin 4-7 günlük müalicə ilə müqayisə edilməsi nəticəsində hər iki müalicə forması arasında erkən doğum və pielonefrit inkişafının qarşısını almaq baxımından fərq olmadığını göstərmişdir. Bununla yanaşı uzun davam edən müalicələrdə arzu olunmayan təsirlərin peyda olma riski də artmaqdadır.

Son söz: NICE 2008 rəhbərinə görə erkən hamiləlikdə bütün hamilələrə orta axım sidiyində, asimptomatik bakteriuriya araşdırması məqsədilə qidalı mühit yaradılmalıdır.

Uzm.Dr.HAKAN TANRIVERDI


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 1455 | Əlavə edib: hakantv | Teqlər: Hakan, bakteriuriya, Asimptomatik | Reytinq: 5.0/1
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:04:36
«  Oktyabr 2016  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Copyright Cirtdan.TV ©
2013 - 2016
22:24 Cümə Axşamı 2016.12.08
Online: 7
Qonaq: 7
İstafədəçi: 0
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Statistika

Webmaster & Designer: Ilkin Hakhverdiyev