Analar ÜÇÜN » 2019 » Yanvar » 29 » "Bağçada Artıq Gec Olacaq" kitabına baxış - İlkin HAXVERDİYEV
13:36
"Bağçada Artıq Gec Olacaq" kitabına baxış - İlkin HAXVERDİYEV
Açıqcası çox düşünürdüm bu kitab barədə geniş bir məqalə hazırlayım ya yox. Lakin yekun nəticə olaraq fikirləşdim ki, ən məqsədə uyğunu elə kitabdan diqqətimi cəlb edən hissələri ard-arda yerləşdirərək toplu halda diqqətinizə sunmaqdır.

"Bağçada Artıq Gec Olacaq" kitabının müəllifi Masaru İbuka (1908-1997) öz növbəsində dünyaca məşhur Sony şirkətinin həmtəsisçilərindən biri olmaqla yanaşı, uşaqların erkən yaşda təlim edilməsi ilə bağlı novatar ideyalarının təməllərini atan şəxslərdən biridir.

Artıq eyd etdiyim ki, kitabdan qısa hissələr şəklində veriləcək məqaləni nəzərə olaraq, məqalənin geridə qalan hissəsini "dırnaq" altında verməyi özümə borc bilirəm.

Hörmətlə İlkin Haxverdiyev

"Əgər üçyaşlı uşağın bilik aclığı yalnız Mikki Maus və sirk əyləncələri ilə deyil, həm də Mikelancelo, Mane, Rembrandt, Renuar, Leonardo da Vinçinin əsərləri ilə təmin olunsaydı, dünyamız daha da zənginləşərdi. Axı balaca uşağın bilmədiyi hər şeyi öyrənmək həvəsi hüdudsuzdur və hələ nəyin pis, nəyin yaxşı olması barədə onun təsəvvürü belə yoxdur.

Doktor Suzuki özünün bu unikal metodunu artıq 30 ildir tətbiq edir. Buna qədər isə o, ənənəvi təhsil metodundan istifadə etməklə həm aşağı, həm də yuxarı siniflərdə dərs demişdi. Müəyyən etmişdi ki, yuxarı siniflərdə uşaqlar arasında qabiliyyətlə bağlı fərqlər daha böyükdür, odur ki, aşağı sinif uşaqları arasında bunu sınaqdan keçirməyə başladı, daha sonra tədricən yaşı azaltmaqla ən kiçiklərə qədər gedib çatdı. Doktor Suzuki skripkada ifa etməyi öyrədir, çünki onun özü də skripkaçıdır. Başa düşəndə ki, bu metodu istənilən təhsil sahəsində uğurla tətbiq etmək olar, mən “erkən inkişaf” problemini ciddi şəkildə öyrənmək qərarına gəldim.

İş ondadır ki, üz cizgilərinin ən kiçik dəyişiklərini belə asanlıqla ayırd edə bilən uşaqdan ötrü çətin çin heroqliflərini tanımaq problem deyil. Abstrakt sözlərdən (məs. “doqquz”) fərqli olaraq, uşaq konkret əşyaları ifadə edən “zürafə”, “yenot”, “tülkü” kimi sözləri, hətta nə qədər çətin olsa belə, çox asan yadda saxlayır. Ona görə də uşağın kart oyununda böyüklərə qalib gəlməyi bacarmasında təəccüblü heç nə yoxdur. Əgər böyük adam məkan, say və şəkilləri dərk edərək yadda saxlaya bilirsə, uşaq bunu əla obrazlı yaddaşı ilə həyata keçirir.

“Mülayim” analar durduqları yerdə “vahiməli” validələrə çevrilirlər. Bununla yanaşı, yuxarıda izah edilənlərdən də aydındır ki, hər şey əksinə olmalıdır. Məhz, uşağın həyatının ilk illərində ona qarşı həm ciddi, həm də mehriban olmaq lazımdır, özü inkişaf etməyə başladığı zaman isə tədricən onun iradəsinə, onun “Mən”inə hörmət etməyi öyrənmək lazımdır. Daha dəqiq ifadə etsək, valideyn təsiri uşaq bağçası dönəminədək bitməlidir. Erkən yaş dövründə müdaxilə etməyib, sonrakı zamanda uşağa təzyiq göstərmək, istedadını məhv edə və onda müqavimət hissi yarada bilər.

Böyüklərə xas “çətin” və “asan” anlayışlar uşaqlar üçün keçərli deyil

Biz, böyüklər üzərimizə sübut etmək kimi məsuliyyət götürərək, məs., iddia edirik ki, bu kitab uşaq üçün olduqca çətindir və yaxud körpə klassik musiqini layiqincə qiymətləndirə bilməz. Lakin biz nəyə əsasən belə nəticəyə gəlirik? Hələ sabitləşmiş təsəvvürü olmayan uşaq nəyin “çətin” və ya “asan” olduğunu bilmir - ingilis və yaxud yapon dili, Baxın musiqisi və ya uşaq mahnısı, eyni səsli, yekrəng və ya səslərin harmoniyası – hər şey onun üçün eyni anda başlamalıdır, ondan ötrü hər şey eyni dərəcədə yenidir.

Daha asan qavrayır. Nümunə gətirək: “Zoorparkda cəmi 8 heyvan – tısbağa və durna var. Onların birlikdə 20 ayağı var. Zooparkda neçə tısbağa və durna yaşayır?”. Gəlin, bu məsələni öncə cəbri yolla hesablayaq. Durnaların sayını x hərfi, tısbağalarn sayını isə - y ilə işarə edək, onda x + y = 8, 2x + 4y = 20 edir. Hesablayaq, x + 2y = 10, yəni, x = 8 – y = 10 – 2y; deməli, y = 2. Beləliklə, 2 tısbağa və 6 durna edir. İndi isə bu problemi hesablama yolu ilə, “tısbağalar” və “durnalar”, həll edək. Hesab etsək ki, bütün heyvanlar tısbağadır, onda 32 ayaq alınır. Lakin məsələdə 20 ayaqdan söhbət gedir, deməli, 12 ayaq artıq qalır. Ona görə belə alınır ki, biz heyvanların hamısını tısbağa hesab etmişik, bildiyimiz kimi onların da hərəsinin 4 ayağı var, əslində isə onlardan bəziləri durnadır ki, onlar da 2 ayaqlıdır. Ona görə, artıq qalan 12 ayaq – hər iki

Gözlənilməz nəticələr əldə edilib. Məlum olub ki, balacalar üçün ən maraqlı musiqi Bethovenin 5-ci simfoniyasıdır! Səhərdən-axşamadək televizorda verilən məşhur mahnılar 2-ci yeri, uşaq mahnıları isə lap son sırada qərar tutub.

Balacalar uşaq nağıllarını və tarixçələrini çox dəqiqliyi ilə yadda saxlaya bilirlər, lakin bu dəqiqlik başa düşməkdən daha çox assosiativ yaddaşa əsaslanır. Nəhayət, uşağa hansısa konkret bir hekayə xoş gəlir və o, bunu artıq özü oxumaq istəyir. Baxmayaraq ki, əlifbanı hələ bilmir, o, eşitdiyini hekayəni kitabçada olan şəkillərlə tutuşdurur və bilmədiyi hərfləri səliqə ilə ardıcıl təqib etməklə, onu “oxuyur”. Məhz, həmin dövrdə uşaq israrla müxtəlif hərflərin mənasını soruşmağa başlayır. Onun bu israrlığı dərk etməyə olan böyük marağından xəbər verir.

Xarici dil – erkən inkişaf dövründə uşağın mənimsəyə biləcəyi yeganə fənn deyil

Musiqi duyumu, fiziki qabiliyyətlər (hərəkətin koordinasiyası və tarazlıq hissiyyatı) da məhz bu yaşda formalaşır. Estetik qavramanın əsasları da – sensor reaksiya təxminən elə bu vaxtlarda inkişaf etməyə başlayır. Hər il yay tətili başlayanda müxtəlif ölkələrdən olan valideynlər öz uşaqlarını doktor Suzukinin skripka sinfinə gətirirlər. Onların hər hansı birinin yaponca bir kəlmə də olsa bilmədiyini izah etməyə lüzum yoxdur. Birinci ən kiçiklər danışmağa başlayırlar, sonra aşağı və orta sinif şagirdləri. Ən ümidsizləri isə onların valideynləridir. Və əgər bir aydan sonra uşaqların çoxu yaponda əla danışa bilirsə, valideynlər üçün buna illər lazım gəlir, onlar tərcüməçi kimi öz övladlarının xidmətindən yararlanmağa məcburdurlar.

Dünyaya eyni cür göz açan körpələr, məhz, onları əhatə edən mühit və həyat təcrübəsi səbəbindən müftəlif qabiliyyət və xarakterlərdə böyüyürlər. Bir sözlə, valideynlərin peşə və qabiliyyətləri uşağın bacarıq və xarakterinin formalaşmasına birbaşa təsir göstərmir. Yalnız onu demək olar ki, həkimin oğlunun həkim olmasına onun dərman qoxusu, ağ xalatlı insanlar və pasiyentlər atmosferində tərbiyə olunması müəyyən təsir göstərə bilər.

Həmçinin xarici dilləri öyrənməkdən ötrü zamanın düzgün seçimi də çox vacibdir, belə ki, erkən inkişafın hər mərhələsinin özünəuyğun vaxtı var. Məsələn, yeriməyə başlayandan sonra uşağa rolik üzərində hərəkət etməyi öyrətmək fövqəladə dərəcədə çətindir, lakin bunu gəzməyə çalışdığı zaman paralel olaraq öyrədəndə, bir neçə aydan sonra ondan əla fiqurist alınar.

Çünki belə hesab edilir ki, balacanın əqli cəhətdən doğuşdan üç yaşa qədər olan inkişaf mərhələsi, öz imkanlarına görə, uşağın dörd yaşından on yeddi yaşadək olan dövrdəki inkişaf mərhələsinə uyğun gəlir.

Lakin bu o demək deyil ki, pis duyum genetik olaraq qoyulub, baxmayaraq ki, bu çatışmazlıq valideynlərdən də uşaqlara keçə bilər. Fərz edək ki, ananın musiqi duyumu yoxdur, amma uşaq hər gün onun tamamilə yalnış musiqi ilə səsləndirdiyi layla mahnıları dinləyir. Balaca da həmin musiqini yaddaşına yazacaq və bundan örnək kimi istifadə edərək, o da səhv oxuyacaq. Övladının bu cür səslər çıxarmasını eşidən ana deyəcək ki, uşaqda musiqi duyumu yoxdur və ümumiyyətlə, duyum – Allah vergisidir. Əgər Motsart və Bethoveni də belə analar tərbiyı etsəydi, onlar üçün də qusurlu musiqi duyumu təmin

Gənc ailə ilk övladları doğulanda birotaqlı mənzildə yaşayırdı. Mənzil o qədər kiçik idi ki, ana istər-istəməz həmişə oğlunun yaxınlığında olurdu və daim onun danışırdı. Tezliklə onlar 3 otaqlı mənzilə köçdülər. Ailədə ikinci uşaq dünyaya gəldi. Doğulan qız uşağı idi və körpəyə ananın daha çox məşğul olduğu mətbəxdən uzaq, ən sakit otağı ayırdılar. Böyük uşaq, yəni oğul 7-8 aylığında sözləri səhih deməyə başlamışdı, amma bacısı 10 aylığında da sözləri hələ kəkələyərək deyə bilirdi. Hətta daima gülümsəyən və şən əhvalda olan qardaşı ilə müqayisədə bacı sakit və dinməz böyüyürdü.

Doktor Siniçi Suzuki bir dəfə deyib: “Evə gələndə, uşaqlarınızın üzünə diqqətlə nəzər yetirin, siz orada ər-arvad həyatının bütün tarixçəsini oxuya bilərsiniz”. Mən heç vaxt bu sözləri unutmaram. Uşağınızın erkən inkişafı üçün əlahiddə nəsə etmək vacib deyil. Başlanğıc üçün ən yaxşısı - ər və arvad arasında harmonik münasibətlər və evdə xoş psixoloji mühit yaratmaqdır.

Uşaqlarında olan yaxşı və pis cəhətlər doğuşdan bu yana verilən tərbiyənin nəticəsidir. Erkən inkişafı çox vaxt belə anlayırlar: uşağın başını daha çox məlumatla doldurmaq və ya körpəliyindən ona yazıb-oxumağı öyrətmək. Lakin ən mühümü – onda düşünmək, qiymətləndirmək, qavramaq bacarıqlarını inkişaf etdirməkdir. Bunun üçün isə xüsusi proqramlar yoxdur, yalnız o var ki, valideynlər özlərini necə aparırlar, onlar nə ilə məşğuldurlar və nə hiss edirlər, uşaqla necə danışırlar, bax, bunlar balacanı şəxsiyyət kimi formalaşdırır.

Həm də maraqlı gələn əşyanı əlindən alıb, onu fəaliyyətsiz qoyacaqsınız. Əgər siz uşağa hansısa alternativ təklif edə bilmirsinizsə, ən azından niyə etmək olmaz məsələsini izah etmək çox vacibdir. Ola bilsin, söylədiyinizi hec anlamasın, lakin səsinizdəki qətiyyəti duyacaq və bu, ona müsbət təsirini göstərəcək.

Başqa sözlə, valideynin vəzifəsi – uşağı öyrənməyə hazırlaşdırmaqdır. Bu marağı oyatmaq üçün isə lazım olan şəraiti yaratmaq lazımdır. Məsələn, uşağın rəsm çəkməyə meyillənməsi üçün ətrafında lazımi sayda karandaş və kağız olmalıdır. Əgər belə bir şərait yaradılmayıbsa, uşaqda nəyəsə həvəs yaranacağını gözləmək əbəsdir. Musiqiyə və ya rəsmə biganə qalan böyüklərin bir çoxu təsdiq edərlər ki, özlərində həmin nifrətin yaranmasının səbəbi erkən uşaqlıq dövründə məcburən bunu etməyə vadar edilmələri və ya marağın oyanması üçün şəraitin olmaması ilə əlaqədardır.

Əgər hansısa tapşırığı yerinə yetirirsə və buna görə təriflənirsə, o fikirləşir ki, düzgün hərəkət edib. Və ya əksinə, məzəmmət edilib tənbeh olunursa, deməli, o, pis hərəkət edib. Xoş olmayan duyğular, “pis” anlayış kimi qavranılır. Məsələn, uşağı skripkada pis ifaya və ya kitabı aşağı sürətlə oxuduğuna görə daim onu danlayırsınız. Belədə uşaq bütün öyrənmə prosesini yalnız əzabverici bir iş və müvafiq olaraq da, pis bir şey kimi qəbul etməyə başlayır.

Deyirlər ki, Leonardo Da Vinçi uşaqlıqda tavandan aşağıda uçuşan əcinnələr, tavanın çatlarında və ləkələrində tərpəşən cürbəcür qorxunc şeylər görürmüş. Böyük adam çaydan rəsmi çəkir, amma uşağın gözləri həmin rəsmdə ağzını açmış balıq görür. Böyük adam uşağı danlayıb deyə bilər: “Gic-gic danışma, bu çaydandır”. Bu böyük səhvdir, açmağa hazırlaşan qönçənin məhvinə bərabər bir hərəkətdir.

Lap başlanğıcdan uşağın bu məsələyə təbii yanaşması üçün cinsi mövzuları sakit, dostluq tonunda müzakirə etmək lazımdır. Hansı valideynlər ki, seksi qadağan olunmuş mövzu hesab edirlər, onlar, sadəcə, uşaqlıq dövründə bununla bağlı düzgün tərbiyə olunmayıblar.

Televizor balacanın gündəlik vaxt rejiminin təşkilində əla xidmət göstərə bilər. Ciddi rejimə riayət olunması yaxşı adətləri aşılamaqla yanaşı, həm də onda zaman hissini inkişaf etdirə bilər.

Yeni televiziya proqramları uşağa düzgün danışmağı öyrədir.

Bir ana mənə demişdi ki, ikiyaşlı oğlu radio və televiziya proqramlarını izləməklə düzgün danışmağı öyrənir.

Ritmik hər bir şey uşaqların xoşuna gəlir.

Şeirlərin öyrənilməsi yaddaşın məşqidir.

Balaca uşaqları ən yaxşılarla əhatə edin.

Qədim dövrlərdə bir satıcı ilk altı ay ərzində sagirdinə yalnız ən qiymətli və həqiqi incəsənət əsərlərini göstərir, bu yolla onu öz sənətinə öyrədir ki, gələcəkdə həqiqi əntiq şeyləri saxta olandan fərqləndirə bilsin. Bu metoddan uşaqların tərbiyəsi üçün də yaxşı istifadə oluna bilər.

Əgər valideynlər Matissa və Pikassonu qiymətləndirirlərsə, hökmən uşağa da onların rəsmlərini göstərməlidirlər. Əgər valideynlər Bethoven və Motsartın musiqisindən həzz alırlarsa, qoy uşaq da tez-tez həmin musiqilərə qulaq assın. Beyində əsl incəsənət stereotipi formalaşdıqdan sonra bu, gələcək həyat dönəmində incəsənət əsərlərinin qiymətləndirilməsi üçün də əsas olacaq.

Uşaqlar artıq bir yaşından yamsılamağa başlayırlar, iki-üç yaşlarında isə onlar şüurlu şəkildə təqlid edirlər, özü də təkcə həmyaşıdlarını deyil, həm də böyükləri. Nahaq yerə deməyiblər ki, uşaqlar – böyüklərin güzgüsüdür. Ona görə uşaqların yanında davranışlarınıza fikir verin.

Uşaq əlləri ilə nə edirsə - rəsm çəkir, oyuncaqları ora-bura tullayır, kağızı cırır – bu, onun intellektini və yaradıcılıq təmayülünü inkişaf etdirir. Karandaşları uşağa nə qədər tez versəniz, nəticə bir o qədər yaxşı olacaq. Lakin eyni zamanda siz onu bir dəqiqəliyə olsa belə, dayandırsanız, bununla uşağın yaradıcılıq qabiliyyətlərinin inkişafına mane olacaqsınız.

Uşağın ətrafında həddən çox oyuncaq olanda, bu onu məyus edir, diqqətini bir şeyin üzərində cəmləməsinə mane olur. Uşaq bir oyuncaqla rəngarəng oyunlar fikirləşərək, daha yaxşı oynayır.

Uşaq üçün həm iş, həm də oyun – bu, eyni şeydir

Sizə bir məsləhətim var: qoy uşağınız nə qədər istəyirsə, o qədər də çalışsın, lakin bir şərtlə ki, gördüyü işin nəticəsi sizin üçün vacib olmasın. Uşaq üçün fəaliyyətinin nəticəsi yox, prosesin özü mühümdür. Biz, böyüklər isə istəyirik ki, hər bir iş sona çatdırılsın. Və biz işin əyləncədən fərqini məhz bunda görürük. İş nə qədər sadə olsa belə, onu necə etməyi uşağa göstərmək lazımdır. İş çox vaxt ehtiyatlılıq və diqqətin cəmlənməsini tələb edir, oyun zamanı isə bu, lazım deyil. Ona görə, uşağın evdə sadə işlərə cəlb olunması onun intellektinin və hərəkət bacarıqlarının inkişafı üçün çox faydalıdır.

Ata uşaqdan dahi yetişdirə bilər, lakin özündə həm ruhi, həm də fiziki həmahəngliyi birləşdirən yaxşı insanı yalnız ana tərbiyə edə bilər. Məhz, bu səbəbdən erkən yaş dövründə ana tərbiyəsi çox mühümdür.

Nə isə yox, gözəl bir insan olacaq”. Uşağa münasibətdə bu cür sahiblik hissiyyatı geniş yayılıb. Buna səbəb uşağın iradəsinin nəzərə alınmamasıdır. Uşaq iradəsi formalaşana qədər özünə qarşı belə münasibətə vərdiş edəndə, sonra bütün ömrü boyu öz gücünə şübhə ilə yanaşır. Öz uşağınızın gələcəyini planlaşdırmaqdansa, ona diqqətlə göz yetirməyiniz daha yaxşıdır. Valideynlərin borcu – gələcəkdə onun kim olmaq istəyinə özünün qərar verməsinə şərait yaratmaq və uşaqlarına daha geniş seçim imkanı verməkdir. Valideynlər deyil, uşağın özü – öz gələcəyinin ağasıdır.

Balacaların tərbiyəsinin qayğısına qalmalıdır. Sabahkı cəmiyyətin əsasını bugünkü uşaqlar təşkil edəcəklər. Bütün dünyada sülh artıq biz böyüklərdən yox, bu gün bələkdə olan körpə nəsildən asılıdır."

Masaru İbuka



Bölmə: Valideynlərə Məsləhət | Baxış sayı: 3723 | Əlavə edib: cirtdan | Teqlər: Bağçada, kitabına, baxış, HAXVERDİYEV, Gec, İlkin, Artıq, Olacaq | Reytinq: 5.0/2

OXŞAR MATERİALLAR:
Şərh sayı: 0
avatar
00:04:50
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev