||
Analar ÜÇÜN » 2017 » İyun » 5 » Genital infeksiyalar və cinsi yolla yoluxan xəstəliklər
10:18
Genital infeksiyalar və cinsi yolla yoluxan xəstəliklər
Qadınların ginekoloqa müraciət etmə səbəbləri arasında ən çox rast gəlinən şikayət vaginal axıntıdır. Bir başqa şikayət isə qasıq ağrıları və qanaxma pozğunluqlarıdır.

Vaginanın daxili strukturu çox qatlı epitellə örtülüdür. İfrazat yaradan vəzlər olmur. Yalnız cinsi oyanma zamanı vaginanın xaricinə yaxın bölgədən sürüşkənliyi təmin edən maye ifraz olunur. Vaginal mayenin mühüm qismini serviks adlanan uşaqlıq boynu vəzilərinin ifraz etdiyi maye tutur. Bu vəzlər estrogenə qarşı həssasdır. Vaginanın çox qatlı epitelindən tökülən hüceyrələrdə vaginal mayenin yaranmasına təkan verirlər. Vaginada təbii olaraq əmələ gələn mikroorqanizmlər laktobasillərdir və bunlar vaginanı turş mühitdə saxlayaraq patogen mikroorqanizmaların çoxalmasının qarşısını alırlar. Az miqdarda şəffaf vaginal axıntı normal qəbul edilir. Bu cür axıntı xüsusilə, aybaşının sonundakı selik kimi şəffaf qoxusuz olduğu halda, ovulyasiyadan sonra ağımtıl qoxusuz krem halında olur. Təbii və fizioloji olan budur.

Aybaşı olmamış qız uşaqlarında və menopauzadan sonrakı qadınlarda estrogen çatışmazlığı ilə bağlı axıntı müşahidə edilmir. Bu cür fərdlər vaginal infeksiyaya daha meyillidir.

Artmış vaginal axıntının əsas səbəbi vaginal infeksiyalardır. Bununla yanaşı, uşaqlıq boynu infeksiyaları, yaraları, vaginal yaralar və uşaqlıq xərçəngləri də vaginal axıntını artıran digər faktorlardır.

Bakterial vaginitdə floranın dəyişməsi ilə bağlı inkişaf edən Gardanella Vajinalis infeksiyasında axıntı ağ, boz rəngli və balıq qoxulu olur. Axıntı vaginada və xarici genital bölgədə qıcıqlanmaya səbəb olmur. Göbələklə bağlı axıntılarda isə ağ rəngli, qoxusuz axıntılar müşahidə edilir, daxilində kəsilmiş südə oxşar kiçik ağ hissəciklər mövcud olur və bunu şiddətli qaşıntı və qıcıqlanma müşayiət edir. Trixomonad vaginitdə axıntının miqdarı həddindən çox artır, yaşıltəhər, köpüklü, pis qoxulu və qaşıntılı olur.

Uşaqlıq boynu ilə bağlı xroniki infeksiyalarda axıntı qatı iltihab formasında olur, bununla yanaşı, axıntı vaginanın florasını pozduğu üçün fürsətçi infeksiyalara da zəmin yaradır. Uşaqlıq boynu və endometrium xərçənglərində axıntı ət suyu kimi olur. Bəzən uşaqlıq boynu polipləri də axıntıya səbəb ola bilər. Xüsusilə də doğuş keçirmiş qadınlarda rast gəlinən və tibbi müalicəyə tabe olmayan axıntılar, adətən, uşaqlıq boynundan qaynaqlanır.

Burda üzərində dayanılmalı əsas məsələ anormal vaginal axıntının səbəbinin çox vaxt vagina və uşaqlıq boynuna aid, nadir hallarda isə endometriuma aid xəstəliklər olmasıdır. Yumurtalıqlar axıntının səbəbi hesab edilməməlidir.

Cinsi əlaqə ifadəsi sadəcə normal yolla cinsi birləşməni ehtiva etmir. Yaxın vücud təması, oral seks, anal seks də cinsi əlaqə ifadəsini əhatə edir. Bu səbəblə, bu formada ötürülən xəstəliklər də cinsi əlaqə ilə yoluxan xəstəliklər hesab edilir. Bu xəstəliklərə səbəb olan mikroorqanizmlər genital sistemdə inkişaf etməklə yanaşı, vücud ifrazatlarında və qanda da olur. Anadan plasenta yolu ilə körpəyə keçir, hətta bəzən doğumdan sonrakı dövrdə də anadan körpəyə südlə yoluxa bilər.

Cinsi əlaqə ilə yoluxan xəstəliklərin bir çox törədicisi var: bakteriyalar, viruslar, parazitlər, bəzi göbələk növləri və xarici parazitlər.

Ancaq bu məqamda bir şeyi xatırlamaq lazımdır. Unudulmamalıdır ki, yuxarıda sadalanan patogen törədicilərin bəziləri yalnız cinsi əlaqə ilə yoluxmur (göbələk infeksiyası, trixomonad, İİV, Hepatit B və Hepatit C).


Cinsi yolla yoluxan xəstəliklərin əhatə dairəsi getdikcə böyüyür, bunun əsas səbəbləri:
1) Əvvəllər çox istifadə edilən prezervativin əvəzinə spiral, kontraseptiv həblərə üstünlük verilir. Bu üsullar isə doğuşa nəzarət baxımından prezervativdən üstün olsa da, infeksiyanın yoluxmasının qarşısını almır.
2) Urbanizasiya nəticəsində cəmiyyətdəki dəyərlərin dəyişməsi, əlaqə vasitələrinin gedərək genişlənməsi, turizm kimi müxtəlif səbəblər və bunların nəticəsi olaraq, cinsi sərbəstlik cinsi yolla yoluxan xəstəliklərin yayılmasına təsir göstərir.
3)Bəzi xəstəliklərin əlamətsiz olması, simptomların bilinməməsi, aşkarlanmaması yoluxmada rol oynayır.
4)Həkimlər də daxil olmaqla tibb işçilərinin bu xəstəliklər barədə kifayət dərəcədə məlumata sahib olmamaları
5)Son illərdə səyahət sərbəstliyinin artması səbəbiylə Balkanlar və Sovet İttifaqının dağılmasından sonra və digər ölkələrdən gələn turistlərin çoxalması
Cinsi yolla yoluxa bilən xəstəliklərin diaqnozu və müalicəsi ilə yanaşı, xəstənin təlimlənməsi və bəlli aralıqlarla müayinələrə çağırılaraq təkrar analizlərin aparılması, lazım olan halda partnyorun müalicəsinin də təxirə salınmaması bu xəstəliklərin nəzarətdə saxlanılmasında mühüm rol oynayır.

Qonoreya Neisseria Gonorrhoeae tərəfindən törədilən bir xəstəlikdir. Yüksək dərəcədə yoluxucudur. Vaginaya təsir etdiyi kimi xarici genital orqanlara da təsir edərək ciddi pelvik infeksiyalara, hətta bakteriyanın qana qarışması səbəbindən vücudun, xüsusilə, oynaq nahiyəsində infeksiyaya səbəb ola bilər.

Xlamidioz infeksiyası da cinsi yolla yoluxan və eyni zamanda, tez-tez rast gəlinən infeksiyadır. Uşaqlıq borularına təsir edərək sonsuzluğa qədər gedib çıxan problemlərə səbəb ola bilər. Bununla yanaşı, xlamidioz doğuş zamanı anadan körpəyə keçərək göz infeksiyalarına və pnevmaniyaya səbəb ola bilər. Adətən, bu infeksiya hər hansı bir şikayət yaratmır. Ən çox rast gəlinən əlamətlər isə axıntı və sidik ifrazının ağrılı olmasıdır. Uşaqlıq borularına təsir etdiyi hallarda qasıq ağrısı da ola bilər. Bu cür xəstələr daha sonrakı dövrlərdə sonsuzluq və uşaqlıqdan kənar hamiləlik üçün namizəd hesab edilirlər.

Sifilis xəstəliyinə penisilinin kəşfindən sonra nadir hallarda rast gəlinsə də uzun zaman kəsiyində vücudun bütün orqanlarına təsir edə bilən ciddi infeksion xəstəlikdir. Cinsi orqanlarda rast gəlinən 4-5 mm ölçüdə ağrısız, səthi sərt, çəhrayı, mat bir yara ilk əlamət olaraq özünü göstərir. Bu cür yara şankr adlanır. Şankr çıxdıqdan bir həftə sonra ən yaxın limfa düyünündə böyümə müşahidə edilir (adətən, qasıqda). Yara 6-8 həftə qalır və iz qoymadan yaxşılaşır, xəstə tərəfinfən hiss edilməyə də bilər. Şankrdan təxminən 6 həftə sonra 2-ci mərhələnin əlamətləri başlayır. Gövdə və qollarda çəhrayı rəngli ləkələr, ağrısız limfa vəzi şişkinlikləri, yüngül temperatur, boğaz ağrısı, saç tökülməsi və səsdə qalınlaşma bu dövrün əlamətlərindəndir. Gövdə, qol və ayaqda, ovucda papilliar törəmələr müşahidə olunur. Genital nahiyədəki 2-ci dərəcə sifilis törəməsi kondiloma adlanır. Bu dövr 1-2 ay ərzində səngiyir və xəstəlik gözləmə mərhələsinə keçir. 2-4 ilə qədər uzana bilən bu dövrdə əlamətlər təkrarlana bilər. Xəstəlik bu dövrdə müalicə edilməsə, 3-cü mərhələ başlayır. Bu zaman analiz nəticələri müsbət olur, lakin xəstələrin çoxunda kliniki əlamət olmur.

İİV infeksiyası (QİÇS), Hepatit B və C infeksiyaları da cinsi əlaqə ilə yoluxa bilən xəstəliklərdir və nəticəsi xroniki xarakter alan hallara gətirib çıxarır. Human papilloma virus genital bölgədə ziyil başda olmaqla vagina, xüsusilə, uşaqlıq boynu, xarici genital və anus xərçənginə səbəb olur. 98% cinsi yolla yoluxan virus xəstəliyidir. Sevindirici haldır ki, artıq xərçəngə səbəb olan bu virusa qarşı yüksək qoruyucu peyvəndin tətbiqinə başlanmışdır. Dİgər bir virus infeksiyası herpesdir. Uçuğa səbəb olan bu virusun iki əsas tipi vardır. 1-ci tip, adətən, dodaqları və üz nəhiyəsini əhatə etdiyi halda, 2-ci tip daha çox genital bölgəni əhatə edir. Genital uçuqların yaranmasının 85%-i 2-ci tip HSV-dən, 15%-i 1-ci tip HSV-dən qaynaqlanır. Ən önəmli əlamət xarici genital nahiyədə ağrılı, suluq formasında çox sayda törəmənin olmasıdır. Suluq formasında olan törəmələr açıldıqdan sonra ağrılı yaralar olur. Uşaqlıq boynundakı törəmələr, adətən, ağrısız olur və nəzərə çarpmır. Aktivliyi adətən 1,5-6 ay arasında dəyişir. Spesifik bir müalicəsi yoxdur. Perineum təmiz saxlanmalıdır, törəmələr yenicə peyda olmağa başladıqda oral yolla qəbul edilməklə və ya krem olaraq virus əlehinə olan asiklavir istifadə edilməklə infeksiyanın müddətini və şiddətini azaltmaq mümkündür.

Törədicisi Hemophilus Ducreyi olan yumşaq şankr xəstəliyi də cinsi yolla ötürülən bir digər infeksiyadır. Genital bölgədə yumşaq axıntılı yaralara səbəb olan bu infeksiya zamanı cinsi əlaqədə ağrı və sidik yanması ola bilər.

Limfoqranuloma venorum xəstəliyi ağrısız törəmələrlə başlayıb limfa vəzilərinə təsir edən, çox nadir rast gəlinən, cinsi yolla yoluxan infeksiyadır. Uzun müddət davam etdikdə anus və genital bölgədə forma pozğunluğuna gətirib çıxara bilər.

Donovanosis calymmobacter granulomatis törədicisi ilə yaranan bir xəstəlikdir. Bu zaman genital nahiyədə yaralar əmələ gəlir və uzun müddət davam etdiyi təqdirdə forma və funksiya pozğunluğuna səbəb olur.

Uzm. Dr. HAKAN TANRIVERDİ
© http://cirtdan.tv/


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 951 | Əlavə edib: cirtdan-milli | Teqlər: Hakan, , Genital, infeksiyalar, xəstəliklər, Cinsi, yoluxan, yolla | Reytinq: 5.0/2
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:05:15
«  İyun 2017  »
SuMoTuWeThFrSa
    123
45678910
11121314151617
18192021222324
252627282930

Copyright Cirtdan.TV ©
2013 - 2017
22:50 Pərşəmbə 2017.12.16
Online: 5
Qonaq: 5
İstafədəçi: 0
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Statistika

Webmaster & Designer: Ilkin Hakhverdiyev