||
Analar ÜÇÜN » 2017 » İyul » 26 » HAMİLƏLİK DERMATOZLARI – HAMİLƏLİKLƏ ORTAYA ÇIXAN DƏRİ XƏSTƏLİKLƏRİ
10:13
HAMİLƏLİK DERMATOZLARI – HAMİLƏLİKLƏ ORTAYA ÇIXAN DƏRİ XƏSTƏLİKLƏRİ

Hamiləlik dermatozları – sadəcə hamiləliklə əlaqədar olaraq ortaya çıxan dəri xəstəlikləridir. Bunlar əsas 4 qrupa bölünür:
1. Hamiləliyin intrahepatik xolestazı;
2. Hamiləliyin atopik səpgisi;
3. Hamiləliyin polimorf səpgisi;
4. Pemfigoid gestasyones.

Hamiləliyin intrahepatik xolestazı 30 həftədən sonra ortaya çıxır. Dəridə gözlə görünən heç bir şey yoxdur. Şiddətli qaşınma və qaşımaya bağlı dəyişikliklər, ekskoriasiyalar (sıyrıntı) görülür. Qaşıntı ovuc içi və ayaq altından başlayıb ətraflara, oradan da gövdəyə yayılır. Gecələr artır. Bu xəstələrin 10%-də sarılıq da ortaya çıxır.

Hamiləlik xolestazı şübhəsi olduqda qanda öd turşusu duzları, qaracıyərin funksional testləri, bilirubinlər baxılmalıdır. Fetusa (döl) üzərinə arzuolunmaz təsirləri ola bilər.

Daha sonrakı hamiləliklərdə də təkrar edə bilər.

Hamiləliyin atopik səpgisi – özündə və ya ailəsində atopi hekayəsi olanlarda, ikinci trimestrdə ortaya çıxır. Ən çox görülən hamiləlik dermatozudur. Ekzematoz və papuler tipi var. Dəri quruluğu, qaşıntı, total IgE yüksəkliyi görülür. Fetus üzərinə risk yoxdur. Sonrakı hamiləliklərdə təkrar edə bilər. Müalicəyə tez cavab verir.

Hamiləliyin polimorf səpgisi - göbək çevrəsindəki strialardan başlayan çox qaşıntılı, papul, plak, övrə bənzəri səpgilərlə xarakterizə olunur. 3-cü trimestrdə başlayır. Sonrakı hamiləliklərdə təkrarlamır. Əkizlərdə və hamiləlikdə çəkisini çox artıranlarda daha çox görülür.

Əsasən strialar olan nahiyələri tutur. 6 həftədən uzun çəkməz. Öz-özünə sağalır. Ana və fetus üçün heç bir riski yoxdur. Antihistaminlər qaşıntıya faydalı deyil.

Pemfiqoid gestasiones – hamiləliklə əlaqəli ortaya çıxan autoimmun bir xəstəlikdir. Hamiləliyin ikinci və üçüncü trimestrində göbək çevrəsində övrə bənzəri qaşıntılı səpgilərlə ortaya çıxır. Daha sonra üzərində veziküllər, büllər yaranır. Xəstəlik artma-azalma göstərərək seyr edir. Çox zaman doğuşdan bir neçə həftə sonra keçib gedir. Sonrakı hamiləliklərdə də görülür. Fetusun inkişafdan qalmasına səbəb ola bilər. Müalicədə topikal və ya sistemik steroid təyin olunur.



Bölmə: Uzm. Dr. LALƏ MEHDİ | Baxış sayı: 872 | Əlavə edib: DrELM | Teqlər: Hamiləlik, çıxan, ortaya, Mehdi, Lalə, dəri, dermatozları, hamiləliklə, xəstəlikləri | Reytinq: 5.0/2
Şərh sayı: 0
avatar
Uzm. Dr. Lalə Mehdi
Uzman Dermatoloq

Uzm.Dr.Lalə         Mehdi
00:01:52
«  İyul 2017  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Copyright Cirtdan.TV ©
2013 - 2017
16:53 Çərşəmbə 2017.11.22
Online: 1
Qonaq: 1
İstafədəçi: 0
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Statistika

Webmaster & Designer: Ilkin Hakhverdiyev