Analar ÜÇÜN » 2013 » İyul » 30 » Hamiləlik dövründə dişlərə diqqət!
15:23
Hamiləlik dövründə dişlərə diqqət!
Hamiləlikdə dişlər zərər görərmi?

Hamiləlik dövründə östrojen və progesteron hormonlarında meydana gələn artım nəticəsində diş və diş ətlərindəki bakteriya toxumasında iltihab meydana gəlir. Əgər hamiləlik əvvəli ağız və diş baxımı edilmədisə bu cədvəl daha ciddi ölçülərə çatar.
Qeyri-kafi ağız gigiyenası hamiləlik dövründə ortaya çıxan 'hamiləlik şişinə də səbəb ola bilər.

İdeal diş baxımı necədir?

Hamiləlik dövründə dişlər gündə 3 dəfə fırçalanmalı və diş ipi istifadə edilməlidir. Beləcə çürüklərə gətirib çıxaran bakteriya ağız mühitindən uzaqlaşdırılmış olar. Spirtsiz ağız qarqaraları ilə ağız baxımına dəstək oluna bilər.
Diş sağlamlığı üçün zülal, A vitamini, C vitamini, D vitamini və kalsium ehtiva edən qidaların kafi miqdarda alınması lazımdır.

Hamiləlikdə dişlər tez çürüyərmi?

Bu dövrdə dişlərin daha tez çürüməsinin səbəbləri ananın şəkərli qidalara istəkli olması və bədəndə yaşanan hormonal dəyişmələrdir.
Hormonal dəyişmə nəticəsi diş ətlərində qanamaya meyli artan ana namizədi zamanla diş fırçalamaqdan qaça bilər. Buna görə hamiləlikdə diş həkimi müayinəsi daha böyük əhəmiyyət ifadə edər.

Diş həkiminə nə vaxt gedilməli?

Hamiləlik planlanırsa, diş həkimi ziyarət edilməlidir. İndiki vaxtda bütün hamiləliklərin planlı olması və hamiləlik əvvəli ana namizədinin sağlamlıq müayinəsindən keçməsi anlayışı hakimdir. Ağız və diş sağlamlığı müayinəsi həm ana həm də uşaq üçün əhəmiyyətlidir.


Bölmə: Hamiləlik | Baxış sayı: 1938 | Əlavə edib: Taleh | Teqlər: Hamiləlik, diqqət, dişlərə, dövründə | Reytinq: 1.0/1
Şərh sayı: 1
Hacizade_Aytac Spam
uwaq olur birinci cox isdiyirler sora uwaqlarin hali bash bash
avatar
00:01:10
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev