||
Analar ÜÇÜN » 2017 » May » 20 » Hamiləlikdə dəri dəyişiklikləri
11:15
Hamiləlikdə dəri dəyişiklikləri
Hamilə qadınlarda hansı dəri dəyişikliyinin ortaya çıxacağını öncədən bilmək mümkün deyil. Bəzi ana olmağa hazırlaşan qadınlarda dəridə heç bir dəyişiklik olmazkən, digərlərində bir çox dəyişiklik görülə bilər. Aşağıda qeyd olunanlar tez-tez rastlaşan fizioloji dəri dəyişiklikləridir. Bunlardan başqa dəridə qaşıntı və səpgilərlə müşayiət olunan hər hansı dəyişiklik ortaya çıxarsa mütləq dermatoloqa müraciət etmək lazımdır.

1. Fizioloji dəyişikliklərə ilk növbədə piqmentasiya artışı aiddir. Belə ki süd vəzi ucları (areola), aralıq bölgə və qarın divarındakı orta xətt daha tünd şəkil alır. Üzdə melazma dediyimiz maska bənzəri ləkələr əmələ gəlir. Xalların sayında artış ola bilər. Əsmər xanımlarda piqmentasiya artışına daha çox rast gəlinir. Hamiləlikdən sonra bu əlamətlər geriləsə də tam normal hala dönməyə bilər. Hamiləlik ləkələrindən qorunmaq üçün günəşdən mütləq qorunmaq lazımdır.

2. Fərqli dərəcədə dəridə tüklənmə ola bilər. Bu, plasental androgen hormonların təsiri nəticəsində baş verir və hamiləlik bitdikdən sonra bir neçə ay içərisində geriləyir. Hamiləlik boyu saçlarda gurlaşma, parlaq və dolğun görünüş olur. Bu, uzanmış anagen (böyümə) fazaya bağlıdır. Doğuşdan sonra saç tökülməsiə başlayır və bir neçə ay davam edir. Doğuşdan sonra ən gec 1 ilə qədər saçlar bərpa olmursa dermatoloqa müraciət etmək məsləhətdir.

3. Dırnaqlarda kövrəklik, bəzən dırnaq yatağından ayrılma və qalınlaşma görülməsi fiziolojik əlamətdir.

4. Hamiləlik boyunca ekrin (tər) və sebase (yağ) vəzilərin aktivliyi artır, apokrin vəzlərin aktivliyi azalır. Hiperhidroz (tərləmə artışı), milyariya, dizhidrotik ekzema ortaya çıxa bilər. Süd vəzi areolasında Montgomery sebum vəzləri genişlənir və kiçik qəhvəyi rəngli qabarıqlıqlar şəklində görülür.

5. Birləşdirici toxumada baş verən dəyişiklik nəticəsində qarında və süd vəzi üzərində strialar (çatlaqlar) yaranır. Dərinin orta təbəqəsinin, yəni dermisin yırtılması nəticəsində ortaya çıxan stria hamilələrin 90%-ində müşahidə olunur. Genetik, hormonal və gərilmə faktorunun təsiri nəticəsində dərinin kollagen matriks və elastik lifləri zəifləyir, nəticədə strialar yaranır. Artıq çəki və ani kilo alımı olan əkiz hamiləliklərdə daha çox izlənilir. Burada ən önəmli risk faktoru genetik amildir. Belə ki, əgər hamilənin anasında, bacısında stria görülübsə, həmin hamilədə də stria olma ehtimalı çox yüksəkdir. Önləmək məqsədi ilə 2-ci trimestrdən başlayaraq nəmləndirici, körpə yağları, badam yağı və E vitaminli krem qarın nahiyəsinə çəkilə bilər. Ani və çox kilo alımından çəkinmək, bol maye qəbulu unudulmamalıdır.

Duş alarkən, yumşaq bir süngər istifadə edərək dairəvi hərəkətlərlə qarnın yüngül masaj olunması da dəridəki qan dövranını artırır və çatlaqların qarşısının alınmasına qismən kömək edir. Strialar yaranarkən əvvəlcə çəhrayı rəngdə və qaşıntılı olur. Daha sonra atrofik və ağ görünüş alır, amma tamamilə keçmir.

Əlavə olaraq, boyunda və qoltuqaltında ət xalları ortaya çıxa bilər.

6. Damar divarında baş verən dəyişikliklər nəticəsində açıq dəri rənginə malik hamilələrin yarısından çoxunda palmar eritema (ovuclarda qızarıqlıq) və spider (hörümçək) hemangioma müşahidə olunur. Hamilələrin 2%-də piyogenik qranuloma ortaya çıxa bilər ki, əgər hamiləlikdən sonra geriləməzsə müdaxilə olunmalıdır. Ayaqlarda varikoz genişləmələr müşahidə olunur.

7. Diş ətlərində ödem (şişkinlik) və hiperemiya (qızarıqlıq), eləcə də, kiçik travmalara bağlı qanamalar görülə bilər.

Uzm. Dr. LALƏ MEHDİ
© http://cirtdan.tv/


Bölmə: Uzm. Dr. LALƏ MEHDİ | Baxış sayı: 507 | Əlavə edib: DrELM | Teqlər: Lalə, dəri, Hamiləlikdə, dəyişiklikləri | Reytinq: 5.0/1
Şərh sayı: 0
avatar
Uzm. Dr. Lalə Mehdi
Uzman Dermatoloq

Uzm.Dr.Lalə         Mehdi
«  May 2017  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Copyright Cirtdan.TV ©
2013 - 2017
15:46 Pərşəmbə 2017.11.18
Online: 6
Qonaq: 6
İstafədəçi: 0
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Statistika

Webmaster & Designer: Ilkin Hakhverdiyev