Analar ÜÇÜN » 2016 » Oktyabr » 24 » HERPESVİRUS
18:56
HERPESVİRUS
Herpesvirus infeksiyaları: genital infeksiyalara 85% hallarda II tip herpesvirus səbəb olur. Doğuş zamanı körpəyə yoluxması ən böyük narahatlıqdır. Bu cür yoluxmaya nadir hallarda rast gəlinsə də, bu infeksiyadan ölüm faizi yüksəkdir. HSV infeksiyası ilə üzləşən körpənin bu mikroba necə yoluxduğu, xroniki və ya müəyyən nahiyədə müəyyənləşmiş infeksiyaya hansı faktorların təsir etdiyi hələ də bu günkü elmə məlum deyil.

Xarakteristik törəmələr varsa, genital HSV diaqnozu qoymaq asandır. Lakin hamilələrin 40%-də infeksiya şikayatə səbəb olmur, törəmələrin 20-30%-i isə səciyyəvi olmur. Hamiləlik zamanı birincili HSV infeksiyasına yoluxma nadir haldır. Birincili infeksiya zamanı hamilədə xroniki xəstəlik inkişaf edir, temperatur və yorğunluq olur. Eyni zamanda bir sıra törəmələrin də olması müşahidə edilir. Törəmələrlə yanaşı, qasıq nahiyəsində ağrılı limfa vəziləri də olur. Sidiyə gedə bilməməyin səbəbi isə törəmələr və HSV-nin sidiyin ifraz olunmasına təsir edən sinir köklərində yerləşməsidir. Səciyyəvi törəmələr içi su ilə dolu olaraq başlayıb üzəri nəm yaralara çevrilir, daha sonra isə qabıq bağlayır. Bu cür törəmələr quruyanadək, yəni 7-10, bəzən isə 30 günə qədər yoluxucudurlar. Bəzi qadınlar, törəmələr sağalsa belə, uşaqlıq boynundan HSV yoluxdurmağa davam edə bilərlər. Çox tez-tez hallarda birincili HSV infeksiyasının meningitə səbəb olması müşahidə edilir. Baş ağrısına, işığa qarşı həssaslığa və ənsənin sərtləşməsinə diqqət yetirilməlidir.

HSV-nin təkrarlanması halına hamiləlik zamanı daha çox rast gəlinir. Birincili HSV-dən sonra sinir köklərində yerləşən HSV məlum olan aybaşı dövründə, yaxud naməlum səbəblərdən yenidən aktivləşir və birincili HSV-nin törəmələri ilə eyni yerdə yenidən törəmələr yaranır. Lakin xəstəlik daha yüngül olur və daha qısa müddətdə yaxşılaşır, bununla yanaşı, yoluxuculuğu da daha qısa müddətdə olur.

HSV diaqnozu törəmələrdən alınan nümunələri əkmə üsulu ilə qoyulur. Bununla yanaşı, DNT PZR üsulu tətbiq edilə bilər. ELISA İFA üsulu ilə daha sürətli nəticə alınır, lakin əkmə üsulu qədər həssas deyil. Qan analizinin üstünlüyü birincili və ya təkrarlanan infeksiyaları fərqləndirmək üçün daha əlverişli olmasıdır.

Hamiləliyin ilk 3 ayında anadan körpəyə keçən HSV tez-tez hallarda uşaq salmaya və digər TORCH infeksiyalarına oxşar formada körpədə anadan gəlmə infeksiyalara səbəb olur. İkinci 3 ayda və daha əvvəlki 3 ayda erkən doğuma səbəb ola bilər. Potensial nəticələr pis ola biləcəyindən, ilk 6 ayda keçirilən birincili HSV səbəbi ilə hamiləliyin sonlandırılması barədə ailəylə söhbət edilməlidir. Əgər hamiləlik sonlandırılmayacaqsa, hamiləliyə mənfi təsiri olmayan asiklovir müalicəsinə başlamaq lazımdır.

HSV infeksiyasına yoluxmamağın ən mühüm faktoru daşıyıcılarla cinsi münasibətdə olmamaqdır. HSV infeksiyası olan analara qeysəriyyə əməliyyatı məsləhət görülür. Lakin su kisəsi açıldıqda və 4 saatı keçdikdə qeysəriyyənin faydasının olmaması barədə yanaşmalar mövcuddur. Bu dəqiq deyil və qeysəriyyəyə mane olmamalıdır.

HSV infeksiyası ilə bağlı ən böyük problem, infeksiyası olub, lakin simptomları olmayan hamilə qadınların necə təsbit edilməsidir. Çünki çox hallarda bu vəziyyət körpələrdə anadangəlmə HSV infeksiyasına səbəb olur. Lakin sürətli, dəqiq nəticələr verən və geniş kütlələrə tətbiq edilə biləcək analiz üsulunun tapılması bu problemi həll edə bilər. Doğumdan sonra körpəyə yoluxmasının qarşısını almaq məqsədilə qorunma üsulları süd verən analara öyrədilməlidir. Əllərin yuyulması, əlcəklərdən istifadə buna missal ola bilər. Lakin bu da hamıya məlum olmalıdır ki, ağızdakı HSV törəmələri yoluxma baxımından genital nahiyədəkindən daha mühümdür. Süd vəzilərində əgər törəmə yoxdursa, əmizdirmənin ziyanı yoxdur.

Son söz: HSV infeksiyasından qorunmaq çox vacibdir.

Uzm.Dr.HAKAN TANRIVERDI


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 3542 | Əlavə edib: hakantv | Teqlər: Hakan, HERPESVİRUS | Reytinq: 5.0/1
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:01:52
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev