||
Analar ÜÇÜN » 2016 » Noyabr » 14 » İİV (QİÇS)
19:08
İİV (QİÇS)
İİV (QİÇS): retrovirus olan İİV ilə ilk qarşılaşdığımızdan 30 il keçmişdir, bu müddətdə diaqnozu və müalicəsində uğurlu nəticələr əldə edilmişdir. Artıq ana bətnində İİV virusuna yoluxanların hamiləliklərini tədqiq edirik. Ancaq Amerikada QİÇS hələ də ciddiyətini saxlayan sağlamlıq problemidir və hamiləlik zamanı keçən infeksiyaların ən mühümüdür.

İİV virusu yoluxduqdan sonra əvvəl səssiz bir dövr başlayır, daha sonra yavaş-yavaş immunitet sistemi çökür və QİÇS yaranır, ancaq bu bir neçə aydan 17 ilə qədər uzana bilən bir müddətdir. Hamiləlikdə İİV infeksiyası mövcuddursa, müdaxilə edilmədiyi təqdirdə anadan körpəyə keçmə ehtimalı 25% təşkil edir, ancaq ana və körpə üzərində mənfi təsiri olmayan antiretroviral dərman müalicəsi ilə müdaxilə edilərsə, bu ehtimal 8%-ə qədər düşə bilər. Bu nisbət antiretroviral dərman müalicəsi + qeysəriyyə əməliyyatı + əmizdirmənin qadağan edliməsi ilə 1-2%-ə qədər də enə bilər. Ancaq bəzi xüsusi vəziyyətlərdə, yəni ananın qanında aşağı CD4 (hüceyrə miqdarı) aşkarlanarsa, qeysəriyyə ananın həyatı üçün risk yarada bilər. Bu səbəblə ana ilə danışıb məlumatlandıraraq qərar verilməlidir.

İİV infeksyasının diaqnozu İİV-1 və İİV-2 anticisminin ELISA üsulu ilə diaqnozu, UESTERN BLOT üsulu ilə təsdiqlənməsi ilə qoyulur, ancaq erkən diaqnoz xəstəliyin şiddətinin qarşısını almaqda çox əhəmiyyətlidir. İİV infeksiyası təsbit edilən hamilə bu barədə səlahiyyəti olan xüsusi mərkəzlərdə izlənməlidir. Bu cür hallarda ilk olaraq xəstə olan hamilə xəstəliyin gedişatı, yoluxuculuğu, körpəyə təsiri və müalicə alternativləri barədə məlumatlandırılmalıdır. Daha sonra isə İİV infeksiyasını müşayiət edən pnevmokok sətəlcəmi, Hepatit B və C araşdırılmalı və peyvənd edilməlidir. Hamiləlik xəstəliyin gedişatını dəyişdirmir, müalicə protokolu ilə eyni ilə hamilə olmayanlardakı kimidir.

Son söz: Erkən diaqnozdan sonra həyata keçirilən müdaxilələr anadan körpəyə İİV-in keçməsini azaltdığı üçün bütün hamilələrdə bu infeksiyanın mövcudluğu araşdırılmalıdır.

Uzm. Dr. HAKAN TANRIVERDİ


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 1342 | Əlavə edib: hakantv | Teqlər: İİV, (QİÇS), Hakan | Reytinq: 5.0/1
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:01:46
«  Noyabr 2016  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Copyright Cirtdan.TV ©
2013 - 2016
22:30 Cümə Axşamı 2016.12.08
Online: 4
Qonaq: 4
İstafədəçi: 0
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Statistika

Webmaster & Designer: Ilkin Hakhverdiyev