Analar ÜÇÜN » 2017 » Mart » 6 » İzah oluna bilməyən sonsuzluq
09:07
İzah oluna bilməyən sonsuzluq
Bir il ərzində hər hansı kontraseptivlərdən (hamiləlik əleyhinə vasitələrdən) istifadə etmədən cinsi əlaqə hamiləliklə nəticələnmirsə, sonsuzluqdan şübhələnmək olar.Ancaq qadının yaşı 35 və ya 35 yaşdan yuxarıdırsa, bu müddət, adətən, 6 ay olaraq qəbul edilir. Bu şikayətlə bağlı müraciət edəncütlüklərin 30%-də sonsuzluqla bağlı aparılan analizlərdə hər hansı bir problem ortaya çıxmır. Bu cür sonsuzluq səbəbi açıqlana bilməyən sonsuzluq adlanır. Bununla yanaşı, bu problemlə üzləşən cütlüklərin reproduktiv potensialı da az olur. 35 yaşdan kiçik olan qadınlarda hamilə qalma şansı 20% olduğu halda, belə qadınlarda 1,3-4,1%-dir. Yəni hamiləlik normal haldan daha gec olur.

Diaqnoz

Sonsuzluqla bağlı müraciət edən cütlüklərin analizlərində hər hansı bir problemlə üzləşməyən bir qrup insanların olduğunu qeyd etmişdik, yəni bu qrupdakı cütlüklər sağlam ovulyasiyaya sahib olurlar, sperma sayıvə hərəkətliliyi normal, reproduktiv kanallar açıq, endometriumun səthi isəhamar olur. Yaxın zamanlara qədər əsas sonsuzluq analizləribədən temperaturunun izlənməsi, spermioqram, HSG, postkoital analiz, endometrium biopsiyası, laparoskopiyadan ibarət idi. Ancaq indi postkoital analiz, endometrium biopsiyası və diaqnostik laparoskopiya mübahisəlidir.Bununla yanaşı, hər kəsin üzərində durduğu standard bir sonsuzluq analiz protokolu da yoxdur.

Müalicə


İzah oluna bilməyən sonsuzluq qrupuna daxil olan cütlüklər müalicəsiz, gözləməklə hamilə qala bilmə şansı 5-ci ilin sonunda yüksəkdir, ancaq 3 illik evlivə istəməsinə baxmayaraq uşağı olmayan cütlüyə gözləməsini demək nə dərəcədə doğrudur? Bununla yanaşı, 3 illik sonsuzluq müddətindən sonra reproduktiv potensial hər il 24% azalır.Bu səbəbdən, həkimin vəzifəsi uşaq sahibi olmaq üçün kifayət qədər müddətin keçdiyini düşünən bu cür cütlüklərin hamilə qalma faizini normal reproduktiv potensialı olanlara çatdırmaqdır.Eyni zamanda siqaretin çəkilməsi, normal olmayan bədən-kütlə indeksi (BKİ), həddindən artıq kofeinin qəbul edilməsi və spirt kimi faktorlar da reproduktiv potensialı azaldır. Bunun üçün siqaret istifadəsini dayandırmalı, spirt qəbulunu azaltmalı, gündəlik kafein istifadəsi ən çox 200 mq olmalı və BKİ-nin 20-27 arası olması təmin edilməlidir.

Ancaq hər hansı bir problem yoxdursa, müalicə empirik olaraq həyata keçirilir. Bir neçə müxtəlif müalicə üsulu məsləhət görülür.

Endometriumun aşılanması – Aşılama üsulu klomen və ya qonadotropin istifadə edilərək həyata keçirildikdə aylıq hamilə qalma şansı artır. Hamilə qalma şansı yalnız aşılama edilərsə, 4-18%, sadəcə klomenlə 5-9%, hər ikisi eyni zamanda edildikdə 5-26%-dir. Qonadotropinlə aşılama edilərsə, hamilə qalma şansı 13-33%-dir.
Klomen müalicəsi –göründüyü kimi empirik klomen müalicəsi ilə reproduktiv potensial faizi artır, ancaq buna aşılanmanın da əlavə edilməsi izah oluna bilməyən sonsuzluqda hamiləlik şansını daha da artırır.
Qonadotropin müalicəsi –buqrup dərmanlar da,xüsusilə, aşılama ilə bərabər izah oluna bilməyən hamiləlik şansını artırır.

Süni mayalanma –bu cür qrupa daxil olan cütlüklərin müalicəsində çox vacibdir.

Sonsuzluq müalicəsində istifadə olunan və ya gələcəkdə istifadə olunacaq bir çox alternativ var, yəni artıq mütləq sonsuzluq çox azdır və elmdəki inkişafla bağlı olaraq yeni müalicə üsullarının tətbiqinə başlanacaq.

Uzm. Dr. HAKAN TANRIVERDİ
© http://cirtdan.tv/


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 2532 | Əlavə edib: cirtdan-milli | Teqlər: Hakan, sonsuzluq, oluna, bilməyən, İzah | Reytinq: 5.0/1
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:02:12
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev