Analar ÜÇÜN » 2017 » İyul » 3 » Menopauza və osteoporoz
12:00
Menopauza və osteoporoz
Eynən qadının yetişkənlik kimi fizioloji olan bu dövrü klimakteriks adlanır. Bu dövrdə nəsil artırma çağı bitmə üzrədir və yumurtalıqların reproduktiv qabiliyyətini itirdiyi qadın üçün yeni bir dövr başlayır. Ümumiyyətlə bu dövrün ortaya çıxma səbəbi yumurtalıqların qocalması olaraq qəbul edilir. Menopauza dövrü bir qadın üçün geriyə dönüşü olmayan bir hadisədir. Əgər qadın 1 il müddətinə aybaşı görmürsə, o qadın menopauzaya girmiş qəbul edilir. Bu dövrdən sonrakı mərhələ menopauzadan sonrakı dövr, bu dövrdən əvvəlki mərhələ isə menopauzadan əvvəlki dövr adlanır. Adətən, bu dövr 40-60 yaş arasında olur. Menopauza qadından qadına fərqlənir və erkən əlamətlər hesab edilən nevroloji və psixoloji simptomlarla özünü büruzə verir. Diaqnozda əvvəllər istifadə edilən bir üsul olan vaginal yaxma, uşaq salma və menopauza dövründəki qadından qadına fərqli nəticələr verməsi səbəbi ilə artıq istifadə edilmir. Menopauzadan sonrakı dövrə girmiş qadınlarda ən əhəmiyyətli laborator nəticələr estrogenin 20-dən aşağı olması, FSH və LH-ın ən az 3 ölçüdə 40-dan yuxarıda olması qəbul edilir. FSH və LH-ın səviyyəsi menopauzadan 3 il sonra maksimum səviyyəyə çatır, sonra isə pillə-pillə azalır. Premenopauzal aybaşı olmayan qadınlarda yaş neçə olursa olsun hamiləlik düşünülməlidir.

Menopauzadakı əlamətlər: qadınların təxminən 70-80%-də estrogen çatışmazlığı əlamət olaraq ortaya çıxır. Menopauzada estrogenin azlığı ilə bağlı simptomlar dərhal özünü büruzə verir. Bununla yanaşı, qadına menopauzadan sonrakı dövrdə əhəmiyyətli problem yaradan ürək-damar xəstəlikləri və sümük əriməsi ilə bağlı olan patologiyalar özünü sonrakı mərhələrdə göstərir. İstilik gəlmə və tərləmə qadında ən çox müşahidə edilən menopauza şikayətləridir. Bununla yanaşı qadınlarda ürək sıxılması, iştahanın azalması, yaddaş və konsentrasiyanın pozulması, ruhi dəyişkənlik kimi əlamətlərə də rast gəlmək mümkündür. Digər bir mühüm məsələ isə menopauza ilə bərabər sümük toxumasındakı dəyişkənliklərdir.

Menopauzanın müalicəsi: Bu cür müalicəni menopauzadan əvvəlki (premenopuza) dövr və menopauzadan sonrakı (post-menopauza) dövr olaraq iki yerə ayırmalıyıq.

Pre-menopauza dövründəki müalicə: Menopauzanın səbəbi yumurtalıqların qocalaraq öz funksiyalarını itirməsidir. Bu dövrün xüsusiyyəti FSH və yumurtalıqda sintez edilən estrogenlərin əvvəlki ifrazat ritminin pozulmasıdır. Bu vəziyyətdə xəstənin şikayətləri müalicəni müəyyənləşdirir. Bu dövrdə həkimi və xəstəni müalicəyə vadar edən ən mühüm şikayət temperatur və müntəzəm olmayan aybaşı qanaxmasıdır. Aparılan müalicələr adətən hormonal müalicələr olur. Lakin dozaları menopauzadan sonrakı müalicədən çox fərqlidir. Burada məqsəd bəlli dövrlərdə aybaşı qanaxmasının olmasını təmin etmək və xəstəni rahatlatmaqdır.

Post-menopauza dövründəki müalicə: Əsas məqsəd azalmış estrogen hormonunu öz səviyyəsinə çatdırmaqdır. Estrogen müalicəsindəki ən əsas problem hansı hormonların hansı formada hansı yolla və hansı müddətə istifadə edilməsidir. İstilik gəlməsi, ya da vaginanın divarının nazikləşməsi şikayətləri varsa, fərdə uyğun olaraq müalicənin yolunu və müddətini təsbit etmək mümkün ola bilər. Menopauzanın daha sonrakı problem olan sümük əriməsinin sürətlənməsi və ürək-damar xəstəliyi riskinin artması müşahidə edildikdə fərdə məxsus müalicə dozasını tənzimləmək mümkün olmur. Bunun üçün müalicənin aparılmasını müxtəlif araşdırmalardan əldə edilmiş nəticələr çərçivəsində planlaşdırmaq lazımdır.

Sümük əriməsi (osteoporoz)
Sümüyün mikroskopik quruluşunun pozulması və bu səbəbdən sümüyün mineral intensivliyinin azalması və sümüyün sınma riskinin artmasıdır.
Sümük əriməsi ilə bağlı aparılan müalicələr: osteoporozun menopauzadan sonra sürətlənməsi səbəbi ilə qadınlarda menopauzadan sonrakı dövrdə osteoporozla bağlı aparılan müalicələr çox illərdir mübahisə edilir. Müalicədə ilk əvvəl müəyyənləşmiş müxtəlif faktorların aradan qaldırılması məqsəd olaraq qarşıya qoyulmalıdır. Menopauzadan sonrakı dövrdə osteoporozun qarşısının alınmasında pəhriz və idman əhəmiyyətli rol oynayır. Pəhrizdə ən mühüm faktor gündəlik kalsium qəbuludur.

Uzm. Dr. HAKAN TANRIVERDİ
© http://cirtdan.tv/


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 2350 | Əlavə edib: cirtdan-milli | Teqlər: Hakan, , osteoporoz, Menopauza | Reytinq: 5.0/1
Şərh sayı: 1
Lamiye Spam
Təşəkkürlər faydalı bilgiləri bizimlə bölüşdüyünüz üçün.
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:01:44
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev