||
Analar ÜÇÜN » 2017 » Mart » 13 » Nəsil artırmaya ümumi baxış
11:23
Nəsil artırmaya ümumi baxış
Uşaq sahibi olmaq bəziləri üçün asan olarkən bəziləri üçün isə bu uzun və zəhmətli müddət tələb edir. Lakin o da qeyd edilməlidir ki, hal-hazırda mütləq sonsuzluq yox deyiləcək qədər azdır. Təbii yolla, süni mayalanma ilə, hətta yumurta-sperma köçürülməsi ilə hamiləliyə sahib olmaq olar. Partnyorlar hamiləlik planlayarkən ən başından bəri onların yanında olub düzgün yönləndirmək, qarışıq-bahalı üsullardan istifadə etmədən də baş tutan hamiləliyin müsbət olduğunu söyləyə bilmək, ultrasəs müayinəsi ilə ilk dəfə körpələrini gördükdə yaşadıqları sevinc duyğusunu hiss edə bilmək çox vacibdir.

Uşaq sahibi olmaq üçün həkimə müraciət etmək, dərman istifadə etmək əhəmiyyətlidir, lakin bu müddətdə qadın öz vücudunu yaxşı tanımalıdır. Həyat tərzlərindəki dəyişkənliklər, düzgün qidalanma həm hamilə qalmağı asanlaşdırır, həm də hamiləliyin sağlam keçməsinə kömək edir. Ən mühüm məsələ olaraq qeyd etmək lazımdır ki, bu dövrdə cütülüklər normal vərdişlərini tərgitməli və həyatlarına laqeyd yanaşmamağa səy göstərməlidirlər. İnanın ki,stres və gərginlik sizə kömək etməyəcək.

Təəssüf ki, bir çox cütlüklər nəsil artırma barəsində kifayət qədər informasiyaya sahib olmurlar, hətta bəzən uzun müddətdir uşaq sahibi olmaq istəyən cütülüklər belə bu barədə məlumatsız olur. Reproduktiv (nəsil artırma) sistemin necə işləməsini bilmək bu işin əlifbasını bilmək kimidir. Sağlam bir qadın 2 yumurtalıq və tərkibində 2 milyon yumurta hüceyrəsi ilə doğulur. Yumurta hüceyrələrin təxminən 400-500 ədədi ovulyasiya prosesində iştirak edir. Sağlam yumurta hüceyrəsinin daxilində yeni bir canlının əmələ gəlməsi üçün lazım olan xromosomların yarısı olur, digər yarısı isə kişinin spermasından gəlir. Nəsil artırma çağında aybaşı tsikli 28 gündən birdir, lakin 23-35 gün arası da normaldır.Aybaşı qanaxmasının ilk günü beyindən ifraz olunan FSH (Follikul Stimullaşdırıcı Hormon)Hormonu bir sıra yumurta hüceyrəsinin böyüməsinə səbəb olur. Lakin mexanizm o qədər gözəl qurulub ki, yumurta hüceyrələrindən adətən biri ovulyasiya mərhələsinə gəlir. Bu zaman yumurtalıqlardan ifraz olunan estrogen hormonu uşaqlığın daxili pərdəsini inkişaf etdirməyə başlayır. Yetkinləşən yumurta hüceyrəsi bəlli böyüklüyə çatdıqda beyindən LH homonunun ifrazı artır. LH homonunun ifrazı ovulyasiya ilə nəticələnir. Ovulyasiyadan sonra qalan yumurta hüceyrəsi progesteron hormonunu ifraz edir. BU hormonun hamiləlik baxımından 3 əhəmiyyətli funksiyası var: uşaqlığın daxili pərdəsini inkişaf etdirib damarlanmasını təmin edir, bədən temperaturunu artırır və FSH-LH hormonlarının ifrazına təzyiq göstərir. FSH və LH hormonunu uşaq sahibi olmaq üçün həkimə müraciət etdiyinizdə çox eşidəcəksiniz. Ayrı-ayrılıqda miqdarı və aralarındakı nisbəti çox əhəmiyyətlidir.

Növbəti ay ovulyasiyanın nə zaman olacağı dəqiq bilinməsə də, təxmini müəyyənləşdirmək olar. Belə ki, ovulyasiyadan 14 gün sonra hamiləlik baş tutmazsa, aybaşı olur, yəni 28 gündən bir aybaşı olursa 14-cü gün, 30 gündən bir olursa, 16-cı gün ovulyasiya prosesi gedir. Son 3 aydakı aybaşı tsikli müşahidə edilərək növbəti aylar üçün təxmini olaraq ovulyasiya müddətini müəyyənləşdirmək olar. Lakin hamiləlik üçün ovulyasiya qədər, ondan əvəlki və sonrakı dövrdə əhəmiyyətlidir.

Uzm. Dr. HAKAN TANRIVERDİ
© http://cirtdan.tv/


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 1003 | Əlavə edib: cirtdan-milli | Teqlər: Nəsil, ümumi, baxış, artırmaya | Reytinq: 5.0/1

OXŞAR MATERİALLAR:
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:09:53
«  Mart 2017  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Copyright Cirtdan.TV ©
2013 - 2017
22:51 Pərşəmbə 2017.12.16
Online: 5
Qonaq: 5
İstafədəçi: 0
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Statistika

Webmaster & Designer: Ilkin Hakhverdiyev