||
Analar ÜÇÜN » 2016 » Oktyabr » 17 » QRUP B STREPTOKOK(GBS)
13:16
QRUP B STREPTOKOK(GBS)
Qrup B streptokok infeksiyasını hal-hazırda yetkin yaşına çatmışlarda getdikcə artan tezlikdə müşahidə etmək mümkündür və daha çox yumşaq toxuma infeksiyası, bakteriemiya (bakteriya və bakteriya toksinlərinin qana keçməsilə yaranan temperatur, titrətmə halına deyilir) və pnevmoniyaya səbəb olur. Yeni doğulmuşlarda yaranan infeksiyaların da ən çox rast gəlinən səbəblərindən biridir. 1930-cu illərdən bəri yeni doğulmuşun meningiti ilə əlaqələndirilsə də, 1960-cı illərdə qadının genital orqanlarında yerləşməsi müəyyənləşərək uşaq salma – erkən doğum və ölü doğulma ilə əlaqələndirilmişdir. Son illərdə isə hamiləlik dövründəki sidik yolu infeksiyaları, vaxtından əvvəl su kisəsinin açılması, amnion mayesi infeksiyaları və doğumdan sonra anada yaranan infeksiyaların səbəbi kimi göstərilmişdir.

GBS anaerob bakteriyadır, diaqnozu qidalı mühitdə (qidalı mühit infeksiyaların qaynağını, bakteriyaların növünü müəyyən etmək üçün mikrobların çoxaldılması üçün süni yaradılmış mikromühitdir) çoxaldılaraq qoyulsa da, həmişə bu mühitdə çoxaldıla bilməməsi və bu prosesin çox vaxt tələb etməsi diaqnoz üçün əlverişli deyil.

Hamilələrdə aparılan tədqiqatlarda GBS-in ən çox mədə-bağırsaqda, daha sonra isə vaginada yerləşdiyi müəyyən edilmişdir. Yaş, irq və ölkələrə görə dəyişməklə yanaşı, hamilələrin təxminən 20%-də təsbit edilmişdir. Doğum ərzində GBS mövcudluğunu müəyyən etmək üçün 36-cı həftədə mikrobun qidalı mühitdə analiz edilməsi daha uyğundur.

Yeni doğulmuşlarda müşahidə olunan GBS-in 45%-i anadan hamiləlik dövründə və ya doğum zamanı keçməklə, digər 55%-i isə doğumdan sonra tibbi personaldan, digər körpələrdən və ya ətraf mühitdən keçməklə yoluxur. Yeni doğulmuşda erkən yaranan GBS infeksiyası anadan keçən bakteriyalarla yaranır və yeni doğulana keçməsində normal doğumla qeysəriyyə əməliyyatı arasında heç bir fərq yoxdur.

Yeni doğulanla yanaşı, ananın özü üçün də GBS infeksiyasının aşkarlanması çox mühümdür. Zahılıq septisemiyası və ya endometritə səbəb olur. Bununla yanaşı, GBS hamiləliyin 32-ci həftəsindən əvvəl suyun gəlməsinə və erkən doğuma da səbəb ola bilər. Hamilənin sidik yollarında GBS törəməsi də erkən doğuma və suyun erkən gəlməsilə əlaqələndirilsə də, bu cür hamilələrdə tətbiq edilən GBS müalicəsi nə erkən doğumun, nə də su kisəsinin erkən açılmasının qarşısını almamışdır.

Hamiləlik zamanı GBS müalicəsində penisilin və ya ampisilin tətbiq edilir. Lakin penisilinə qarşı allergiya varsa, klindamisin və ya eritromisin istifadə edilməlidir. Doğumdan sonra endometrit və ya amnion mayesi infeksiyası daha mürəkkəbdir və adətən müalicədə daha geniş təsirli antibiotiklərə ehtiyac olur.

Dr.Uzman.HAKAN TANRIVERDI


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 1016 | Əlavə edib: hakantv | Teqlər: QRUP B, Hakan, STREPTOKOK | Reytinq: 5.0/1
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:02:12
«  Oktyabr 2016  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Copyright Cirtdan.TV ©
2013 - 2016
00:17 Bazar Ertəsi 2016.12.05
Online: 6
Qonaq: 6
İstafədəçi: 0
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Statistika

Webmaster & Designer: Ilkin Hakhverdiyev