Analar ÜÇÜN » 2017 » Aprel » 3 » Sonsuz cütlüyün dəyərləndirilməsi
14:29
Sonsuz cütlüyün dəyərləndirilməsi
Həm kişidə, həm də qadında çoxalma funksiyası xəta qəbul etməyən sistemə malikdir. Bu sistemin hər hansı bir mərhələsindəki xəta, təxminən 15-20% cütlükdə sonsuzluğa səbəb olur. Birincili sonsuzluq daha əvvəl hamiləlik tarixçəsi olmayana, ikincili sonsuzluq isə ən az bir dəfə doğuşu olmasa da, hamiləlik keçirmiş şəxslərə deyilir.Sonsuzluğun səbəbi qadında və kişidə bərabər səviyyədədir və boru-periton pozğunluqlarıdır.

Hal-hazırda həm kişilər, həm də qadınlar uşaq sahibi olmaq istəklərini təxirə salırlar və bunun nəticəsi olaraq da yumurtalıqların həm keyfiyyəti, həm də rezervi azalır, qadında ovulyasiyada qüsurlar yaranır. Hamilə qaldıqda isə erkən uşaq salma hallarının sayı artır. Bununla yanaşı, cinsi yolla yoluxan xəstəliklərin çoxalması, miomalar və ya endometrioz xəstəliklərin rast gəlinmə tezliyinin artması reproduktiv funksiyaya mənfi təsir göstərir.

Bir başqa problem isə sonsuzluqlabağlı aparılan analiz üsullarının bahalı olması və cütlüyü stresə salmasıdır. Bu barədə həkimlər cütlükləri məlumatlandırmalı, lazımlı analizləri vaxtında etməli və psixoloji dəstəyin çox vacib olduğunu unutmamalıdırlar. Həkimlər etibar qazanmadıqda bir çox cütlük həkim dəyişdirmək məcburiyyətində qalır, bu da həm maddi, həm də psixoloji olaraq cütlüyə mənfi təsir göstərir.

Sonsuzluq dəyərləndirildikdə:
-səbəb araşdırılmalıdır.
-cütlüyə uyğun müalicə formaları məsləhət görülməlidir, yaddan çıxarmaq olmaz ki, hər cütlüyün müalicə sxeması həmin cütlüyün özünə xas olmalıdır.
-ehtimal olunan uğur şansı və prosesin maliyyəsi cütlüyə bildirilməlidir.
-cütlüklərə vəziyyətləri haqqında məlumat verilməli, alternativ müalicələr varsa bildirilməli, qısacası cütlüklər edilənlərin düzgünlüyünə inandrırılmalıdır.

Ümumi qaydalar

Qorunmasız, müntəzəm münasibətə baxmayaraq cütlüyün 1 il ərzində hamilə qala bilməməsinə sonsuzluq deyilir.

Yaş faktoru
Qadının yaşı artdıqca reproduktiv şansı azalır.
20-24 yaşında 1 il ərzində hamiləlik şansı 86%
25-29 yaşında 1 il ərzində hamiləlik şansı 78%
30-34 yaşında 1 il ərzində hamiləlik şansı 63%
35-39 yaşında 1 il ərzində hamiləlik şansı 52%-dir.

Yaşla bağlı reproduktiv potensialdakı azalma yumurtanın keyfiyyətinin pozulması, yaranan hamiləliklərdə yaşla bərabər artan genetik qüsur faizinin artması ilə bağlıdır. Bununla yanaşı, yaşla bərabər azalan əlaqə sıxlığı da reproduktiv potensialı azaldır.

Sonsuzluğun səbəbləri:
Ümumi olaraq
15-20% ovulyasiyada qüsur
30-40% endometrioz, uşaqlıq boruları ilə bağlı problemlər, yapışqanlıqlar kimi pelvik faktorlar
30-40% kişi ilə bağlı səbəblər
10-15% izah oluna bilməyən problemlər
20-40%-də isə 1-dən çox faktor olur.

Sonsuzluğun gedərək artması həkimlərin üzərinə düşən məsuliyyəti artırır. Qadınların həyat tərzlərinin və seçimlərinin sonrakı illərdə reproduktiv potensiallarına hansı formada təsir edə biləcəyi barədə məlumatlandırmaq lazımdır.Məsələn, cinsi yolla yoluxan xəstəliklər və onların yaradacağı reproduktiv qüsurlar haqqında məlumatlandırılan qadınlar qorunmağa daha çox diqqət edirlər.Çəkinin həddindən artıq az və ya çoxolmasıovulyasiya qüsuru və nəticədə sonsuzluğa səbəb olur. Bununla yanaşı, siqaret və kafeinin də sonsuzluğa səbəb olması məlumdur. Bu və bu kimi faktorlar barəsində erkən yaşdan etibarən qadının məlumatlandırılması sonsuzluğun yaranma ehtimalını azaldır.

Cütlüyün bərabər dəyərləndirilməsi
Sonsuzluq iki nəfərin xəstəliyi olaraq dəyərləndirilməlidir. Həm kişi, həm də qadın ayrı-ayrı dəyərləndirilməli və müalicə barəsində veriləcək qərar mərhələsinə daxil edilməlidirlər. İlk müayinədən əvvəlki reproduktiv tarixçələri, qorunma üsulları, əlaqə tezliyi öyrənilməlidir. Reproduktiv qüsura səbəb olan siqaret, spirt, dərman istifadəsi mövcuddursa, sorğulanmalıdır.

Cütlüklər ilkin olaraq bu müayinələrdən keçməlidirlər:
-spermoqramma, 3 günlük cinsi pəhrizdən sonra
-ovulyasiyanın izlənməsi
-HSG (uşaqlıq şəkli)

Daha sonra HSG-də problem varsa, problemi həll etmək üçün və ya heç bir problem olmasa, səbəbi aydınlaşdırmaq üçün laparoskopiya (LSK) və ya histerekopiya edilə bilər. Ancaq hal-hazırda köməkçi reproduktiv vasitələrin istifadəsi genişləndiyi üçün LSK-ya əvvəlki qədər müraciət edilmir. Antisperma, anticisim kimi sperma funksiyaları ilə analizlər üsullarına nadir hallarda rast gəlmək mümkündür. Bununla yanaşı;

TİBBİ VƏ GİNEKOLOJİ TARİXÇƏ
Qadının tarixçəsinə ilk aybaşı tarixi soruşularaq başlanmalıdır. Aybaşı qanaxmalarının müntəzəmliyi, qanaxmanın müddəti və miqdarı, aybaşını müşayiət edən aybaşıdan əvvəlki şikayətlərin mövcudluğu, sancılanmanın olması və əgər varsa, ilk aybaşıdan bəri vəyaxud sonradan olması barədə sorğu-sual olunmalıdırlar. Əlaqə zamanı ağrının olması da soruşulmalıdır. Müntəzəm aybaşı tarixçəsi bizəovulyasiyanın sağlam olması, müntəzəm olmayan aybaşı qanaxmaları isə ovulyasiyada qüsurun olmasından xəbər verir. Daha əvvəl keçirdiyi hamiləliklər, uşaq salmalar və ya istifadə etdiyi qorunma üsulları öyrənilməlidir. Keçirmiş olduğu cinsi yolla ötürülən xəstəlikləri, yumurtalıqlara da təsir etmiş iltihabi xəstəliklər, qarın nahiyəsindən keçirilmiş cərrahi müdaxilələr, spiralın istifadə tarixçəsi aydınlaşdırılmalıdır. Tarixçəsində süd vəzindən südün gəlməsi ilə bağlı şikayət və ya aybaşının qeyri-müntəzəm olması ilə yanaşı tüklənmənin olmasını bilmək də əhəmiyyətlidir. Həddindən artıq çəkininolması və arıqlama, həddindən artıq fiziki yorğunluq sorğulanmalıdır. Bununla yanaşı, əvvəl sonsuzluqla bağlı aparılan analizlər, istifadə edilən dərmanlar və bu dərmanların istifadə müddətləri dəyərləndirilməlidir, analizlər yenidən dəyərləndirilmədən problemsiz olduğunu qəbul etmək doğru yanaşma olmazdı. Məsələn, 2 il əvvəl çəkilmiş uşaqlıq şəkli normal çıxmış, ancaq sonra ciddi infeksiya keçirmiş və ya hormonal göstəriciləri 1 il müntəzəm aybaşı ilə bağlı normal olmuşsa belə, son 3 ayda aybaşıqeyri-müntəzəmləşmiş ola bilər.

Kişi. Kişidən 48-72 saat cinsi pəhrizdən sonra alınan və laboratoriyaya ən gec 1 saatda çatdırılan sperma sayı həkimlərə əsas yolu göstərir. Əgər problemli spermoqramma varsa, uroloji konsultasiya, hətta sperma sayının ciddi şəkildə azalması müşahidə edildikdə xromosom analizlərinin aparılması məsləhət görülür. Millilitrdəsprematozoidlərin sayı 20-200 milyon, sürətli və orta hərəkətlilərin miqdarı 50%, anormal formalı spermatozoidlərin miqdarı ən çox 40%, pH-I 7 ilə 8 arasında olan, otaq temperaturunda 1və 20 dəqiqə arasında maye halına çevrilən sperma normal qəbul edilir.Ancaq yalnız sperma sayı ilə kişi mənşəli sonsuzluqdiaqnozu qoymaq düzgün deyil.2-3 ay sonra sperma sayı yenidən yoxlanmalıdır, çünki mövsümlə əlaqədar sperma sayında dəyişkəniklər ola bilər. Kişi mənşəli sonsuzluq müalicədə ən az uğurlu olan qrupdur, ancaq köməkçi reproduktiv üsulların inkişaf etməsi bu cür hallardakı uğur faizini artırmışdır. Süni mayalanma ilə yanaşı, aşılama (IUI) daha asan və daha ucuz olduğu üçün müalicədəki yerini qoruyur. Spermanın sayı az olduqda və bununla bərabər sperma pozğunluqlarında aşılamanın uğuru az olduğu üçün mübahisəlidir, bu cür məsələlərdə süni mayalanma daha yaxşı bir seçimdir. Əgər spermanın azlığı az və orta dərəcəlidirsə, yumurtalığı oyadan dərmanlarla, xüsusilə, qonadotropinlərlə bərabər aşılama həyata keçirilməsi süni mayalanmadan əvvəl olduqca uyğun qəbul edilir.

Fiziki müayinə
Hormonal pozğunluğu göstərən dəridəki ləkələr, qalxanabənzər vəzinin böyük olması və ya qarındakı çatlar diqqətlə araşdırılmalıdır. Sızanaqlı, yağlı və tüklənmə çox olan dəri kişilik hormonunun artmasına işarədir. Həddindən artıq çəki, əvvəlki cərrahi əməliyyatların yeri, süd vəzindən südün gəlməsi diqqətdən yayınmamalıdır. Vaginal müayinə zamanı yaxma götürülməli, axıntı olduğu təqdirdə xüsusiyyəti araşdırılmalı, uşaqlıq boynu yoxlanmalı – yaranın olub olmaması və ya cərrahi müdaxilənin olub olmaması sual soruşulmalıdır. Plastik kateter vasitəsilə uşaqlıq boynundakı darlıq, uşaqlığın daxili boşluğunun istiqaməti və uzunluğu müəyyənləşməlidir. Bu cür məlumatlar sonrakı müdaxilələrdə göstərici olur. Vaginal USM ilə uşaqlıq və yumurtalıqlar müayinə edilməlidir.

Başlanğıc laborator və diaqnostik testlər
Əsas analizlər: Hamiləlikdən əvvəl, şərt olmasa da, hemoqlobin və qan qrupunun öyrənilməsi, məxmərək və hepatitB immunitetinin araşdırılması əhəmiyyətlidir.

Ovulyasiya analizləri: sonsuzluqda 25% ovulyasiyanın qüsurlu olması ehtimalı var.Bu isə polikistoz, yumurtalıq xəstəliyi, aybaşının qeyri-müntəzəm olması, bədən çəkisininhəddindən çox və ya az olması ilə bərabər aybaşının olmaması kimi səbəblərdən qaynaqlanır. Aybaşı müntəzəm olan qadınlarda sağlam ovulyasiyanın olub olmamasını araşdırmaq üçün aşağıdakı analizlər aparılır;

A) rektaltemperaturun izlənməsi
b)serum progesteron göstəriciləri
c)endometrial biopsiya
d)ovulyasiyadan əvvəlki USM

Digər analizlər; TSH, prolaktin, LH, FSH və tüklənməsi artanlarda testosteron, DHEA-SO4 yoxlanılmalıdır.

Əsas yanaşma
Hormonal göstəriciləri normal, ancaq ovulyasiya qüsusu olanlara ovulyasiyanı oyadan müalicə tətbiq edilir. Klomifen ilə 3-6 dəfə ovulyasiya təmin edilir, hamiləlik baş tutmazsa, bu zaman 3 dəfə qonadotropinlərlə ovulyasiya və aşılama tətbiq edilir.Aşılamadan əvvəl diaqnostika məqsədilə laparoskopiyanın edilməsi mübahisəlidir. Aşılamadan sonra hamiləlik baş tutmamışdırsa, cütlük süni mayalanmaya yönəldilməlidir.

UŞAQLIQ VƏ BORULARIN DƏYƏRLƏNDİRİLMƏSİ
Histerosalpinqoqrafiya.Aybaşı qanaxmasından dərhal sonra çəkilən HSG sonsuzluğun araşdırlmasında uşaqlıq və borularla bağlı problemlərin diaqnozunda, bəzən də HSG-dən sonra müalicəsiz, spontan olan hamiləliklərsəbəbilə sonsuzluğun müalicəsində də əhəmiyyətli rol oynayır. Ancaq HSG çəkilərkən infeksiya riskinə diqqət etmək lazımdır, qoruyucu olaraq antibiotik istifadəsinə ehtiyac yoxdur. Ancaq əvvəlcə infekisyalar varsa, müalicə edilməli, HSG-dən sonra borularla bağlı hidrosalpinks adlanan iltihablanma olduqda mütləq antibiokoterapiya edilməlidir.
Ovulyasiya, HSG, aybaşından sonrakı 21-ci gündə yoxlanılan progesteronun səviyyəsi, sperma sayı normaldırsa, daha sonrakı müalicəyə keçmək lazımdır.

Sonrakı müayinələr
Laparoskopiya/histeroskopiya. Laparoskopiya hər zaman sonsuzluq araşdırmasında istifadə edilən bir üsul deyil. Ancaq bütün müayinələr normal olduğu zaman və ya qarın daxilində mioma, yumurtalıq kistası, borularda yapışqanlıqla bağlı şübhə varsa, tətbiq edilə bilər. Histeroskopiya isə HSG-də endometriumun yağışqanlığı, septum və s. problemlər müşahidə edildikdə tətbiq edilir.

Laparoskopiyanın sonsuzluq diaqnozunda və müalicəsindəki yeri hələ də mübahisəlidir. Sonsuzluqla bağlı aparılan araşdırmalarda pozğunluq müşahidə edilməyənlərdə tətbiq edilən diaqnostik laparoskopiyada daha əvvəlki müayinələrdə müşahidə edilməyən, ancaq kliniki olaraq bir pozğunluğun mövcudluğunun laparoskopiyada müşahidə edilməsinin nə dərəcədə mümkün olub olmaması mübahisəlidir.Ancaq xroniki pelvik ağrısı, yumurtalıqlar və ya uşaqlıqla bağlı analizlərdə problem olanlar və ya müayinə zamanı uşaqlıqdankənar hamiləlik və bəzi problemlərlə üzləşən qadınlara laparoskopiyanın tətbiqi daha çox məsləhət görülür.

Xroniki pelvik ağrısı olan qadınlarda, eyni zamanda sonsuzluqda müşahidə edilirsə, laparoskopiya tətbiq edilməlidir. Bu cür halların 60%-i patologiya ilə nəticələnir, əksəriyyətində sonsuzluğa səbəb olan, ancaq müşayiət edən endometrioz xəstəliyi müəyyənləşir. Sonsuzluğa səbəb ola bilən endometrioz mərhələlərinin mövcudluğu halları isə nadir rast gəlinir. Cərrahi müdaxilələrlə həm ağrılar sovuşur, həm də hamiləlik şansı artır.

Əgər şübhəli yumurtalıq kistaları vardırsa, müalicədən əvvəl hərtərəfli analiz aparılmalı, xüsusilə də, xərçəng kənarlaşdırılmalıdır. Uşaqlığın selikli qişasının altındakı və ya uşaqlıq divarının daxilindəki miomalar əgər endometriumu nahamar edirsə, nəsilartırmanı təmin etmək üçün cərrahi yolla çıxarılmalıdır.

Zəruri olmayan analizlər
Postkoital analiz–Bu uşaqlıq boynundan qaynaqlanan sonsuzluğa səbəb olan faktorun araşdırılmasında istifadə edilir. Dəqiq standartlar olmadığı, analizlər düzgün zamanda edilmədiyi üçün nəticəsi mənfi ola bilər. Postkoital analiz ovulyasiyadan 24-36 saat əvvəl və cinsi əlaqədən 0-4 saat sonra edilməlidir.Necə edilməsindən asılı olmayaraq kifayət qədər informasiyavermədiyindən bir çox tədqiqatçıtərəfindən sonsuzluğun tədqiq edilməsində məsləhət görülmür.

Antisperma anticisim –reproduktiv cəhətdən problem olmayan qadın və kişilərin serum, sperma və ya uşaqlıq boynu ifrazatında 2%, reproduktiv cəhətdən problem olanlarda 5-25% olur. Ancaq reproduktiv potensialın araşdırılması zamanı hansı vəziyyətlərdə bu analizlərin tətbiq edilməsi hələ də mübahisə doğurur. Sperma sayında pozğunluq varsa, xaya biopsiyası həyata keçirilmişdirsə və ya spermoqramma zamanı spermalarda toplanma olduqda məsləhət görülür.

Psixoloji dəyərləndirmə
Sonsuzluğun dəyərləndirilməsininhər mərhələsi cütlüklər üçün ayrı-ayrılıqda stress səbəbidir. Sonsuzluqla məşğul olan həkimlər cütlüklərin stress keçirmələrini nəzərə almalıdırlar və stressin öhdəsindən gəlmə yollarını da bilməlidirlər. Hətta ən yaxşısı sonsuz cütlüklərin psixoloqla bərabər izlənilməsidir. Xüsusilə də araşdırmaların başında psixoloji problemlər aşkar olduqda, uğursuz müalicənin sonunda və ya uşaqsalma hallarında mütləq psixoloji dəstək verilməlidir.

Uzm. Dr. HAKAN TANRIVERDİ
© http://cirtdan.tv/


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 2403 | Əlavə edib: cirtdan-milli | Teqlər: Hakan, dəyərləndirilməsi, Sonsuz, cütlüyün | Reytinq: 5.0/1
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:02:12
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev