||
Analar ÜÇÜN » 2017 » May » 30 » Uşaqlarda dəri allergiyaları
23:12
Uşaqlarda dəri allergiyaları
Uşaqlarda tez-tez rast gəlinən dərinin allergik xəstəliklərindən biri atopik dermatitdir. Atopik dermatit uşaqların 10-20%-də görülən xroniki bir dəri xəstəliyidir. Əsas əlamətləri qaşıntı, təkrarlayan sulantılı-qaşıntılı qızarıqlıqlar (yaralar) və dəri quruluğudur. Dəridən başqa, alergik astma, alergik rinokonyunktivit bu xəstələrdə daha çox rastlanır.

Sulantılı yaralar körpə uşaqlarda yanaqlarda, 2 yaşdan böyük uşaqlarda qollarda və ayaqlarda, böyüklərdə dirsək çuxuru və diz arxasında yerləşir. Uşaqlarda dəridəki qaşıntı və həssaslıq yuxu pozğunluqlarına və narahatlığa gətirib çıxarır. Atada və ya anada atopik dermatit varsa uşaqda da görülmə ehtimalı artır. Uşaqlarda bu xəstəlik daha çox olmaqla hər yaşda başlaya bilər.

Alergik rinit zamanı burunda tutulma, burun axması, asqırmalar, burunda qaşıntı müşahidə olunur. Bu xəstələrin 50%-də allergik konyunktivit də görülür ki, bu da gözlərdə qızarma, yaşarma, qaşınma ilə xarakterizə olunur. Bu şikayətlər il boyu davam edə biləcəyi kimi, mövsümi xarakter də daşıya bilər. Siqaret tüstüsü, hava kirliliyi, kəskin qoxular, soyuq hava bu şikayətləri artırır.

Vaxtında müalicə olunmazsa, lazım olan tədbirlər görülməzsə bu prosesə infeksiya qoşula bilər. Bu xəstəlikdə dərinin tamlığı pozulduğu üçün allergik kontakt dermatit əmələ gəlmə ehtimalı da yüksəkdir. Atopik dermatit zamanı polen, ev tozu, it-pişik tükü, bəzi qidalara qarşı allergiyalar görülə bilər.

Uşaq yaşlarında həmçinin qida allergiyaları da çox görülür. Bunlar əsasən süd, yumurta, taxıl (buğda) allergiyalarıdır. İlk 4-6 ayda ana südü ilə bəslənmə qismən də olsa qida allergiyalarının qarşısını alır. Böyüklərdə görülən qida allergiyalarına fındıq, fıstıq, balıq, digər dəniz məhsulları aiddir.

Atopik dermatit xəstəsində hər hansı bir allergiya olub-olmamasını aydınlaşdırmaq üçün Prik testi həyata keçirilir. Hər hansı bir maddəyə allergiyası aşkarlansa bu maddədən uzaq durmaq, xəstənin şikayətlərini azaldır.

Prik testi atopik dermatit, allergik rinokonyuktivit, bronxial asmada istifadə olunan diaqnostik bir testdir.
Tənəffüs və qida allergenləri ilə aparılır. Əl biləyi və dirsək arasında qolun ön hissəsinə (uşaqlarda kürək nahiyəsinə də oluna bilər) hər allergendən bir damla qoyulur və prik testi üçün hazırlanmış xüsusi steril lanset ilə damla qoyulan nahiyədə dəri cızılır (qan çıxmayacaq şəkildə). 15 dəqiqə sonra test dəyərləndirilir. Əgər hər hansı bir maddəyə qarşı allergiyanız varsa, həmin allergenə uyğun bölgədə qırmızı qabarıqlıq əmələ gəlir.
Testin aparılması üçün yaş həddi yoxdur. Ancaq uşaqlarda 2 yaşından sonra aparılması məsləhətdir.
Atopik dermatit xəstələri dərisini istidən, soyuqdan, qurumaqdan, qıcıqlandıran maddələrdən, mexaniki travmalardan qorumalıdırlar. Müalicədə yerli və sistemik çox sayda preparatlarb(həkim nəzarətində) istifadə oluna bilər.

Atopik dermatitdə diqqət ediləcəklər:
1. Dərini daima nəmləndirmək. (qoxusuz kremlər istifadə etmək, xüsusən duşdan sonra)
2. Qısa müddətli (5 dəq) ilıq su (isti olmaz) ilə kisələnmədən çimmək.
3. Dərini qıcıqlandıran maddələrdən uzaq durmaq. (parfüm və s)
4. Yun, sintetik və dərini narahat edən digər paltarlardan imtina etmək.
5. Günəş işıqlarından faydalanmaq. (yay tətilində çox yanmadan günəşlənmək)
6. Qaşımamaq, qaşınan yerə nəmləndirici çəkmək.
7. Dırnaqları qısa kəsmək.
8. Doktorunuzun məsləhətlərinə əməl etmək.


Bölmə: Uzm. Dr. LALƏ MEHDİ | Baxış sayı: 588 | Əlavə edib: DrELM | Teqlər: Lalə, atopik dermatit, allergiyaları, dəri, Uşaqlar | Reytinq: 4.7/3
Şərh sayı: 0
avatar
Uzm. Dr. Lalə Mehdi
Uzman Dermatoloq

Uzm.Dr.Lalə         Mehdi
00:03:06
«  May 2017  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Copyright Cirtdan.TV ©
2013 - 2017
15:53 Pərşəmbə 2017.11.18
Online: 3
Qonaq: 3
İstafədəçi: 0
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Statistika

Webmaster & Designer: Ilkin Hakhverdiyev