Analar ÜÇÜN » 2019 » Yanvar » 7 » Uşaqlıq boynu xərçəngi və HPV
09:19
Uşaqlıq boynu xərçəngi və HPV
HPV (Human Papilloma Virus) uşaqlıq boynunda xərçəngin əmələ gəlməsinə səbəb olan təsdiqlənmiş virusdur. Təbiətdə 300-dən artıq növü vardır. 100-dən artıq növü uşaqlıq boynunda xərçəngə və ziyilə səbəb olur. Hal-hazırda 10 nəfərdən 1-ində HPV virusu vardır. HPV virusunun hər hansı bir əlaməti yoxdur. Hiss etmədən də bu virusa yoluxmaq olar. Prezervativ HPV-ə qarşı tam qorunma vasitəsi deyil. 95% cinsi yolla keçir. İnsanlarda ən çox 4 növünə rast gəlinir. HPV 6 və 11 xarici genital və anus nahiyəsində törəməyə, 16 və 18 uşaqlıq boynunda xərçəngə səbəb olur. Uşaqlıq boynundan yaxma götürülərək virus təsbit edilir. Bu üsulla HPV virusunun mövcudluğunu, varsa da növünü müəyyənləşdirmək olur. HPV-əcinsi əlaqə ilə yanaşı, təmasla da yoluxmaq olur. HPV-in səbəb olduğu uşaqlıq boynunun xərçəngi dünyadakı bütün qadınlarda ən çox rast gəlinən 2-ci xərçəng növüdür. Uşaqlıq boynundakı xərçəngdən hər 2 dəqiqədə 1 nəfər həyatını itirir.HPV uşaqlıq boynundakı xərçənglə yanaşı xərçəngdən əvvəlki törəmələrə, xarici genital xərçənglərə, vagina xərçənginə, baş-boyun nahiyədəki xərçəngə də səbəb olur. Genital ziyillərin müalicəsi ağrılı olur və tez-tez təkrarlanır. HPV virusunun səbəb olduğu xərçənglərə, xərçəngdən əvvəlki törəmələrə, və genital ziyillərə qarşı peyvənd vurmaqla qorunmaq olar. Cinsi aktiv olan qadın ildə 1 dəfə yaxma analizi etdirməlidir. Uşaqlıq boynunda xərçəng əmələ gəlməmişdən əvvəl xərçəngə səbəb olan törəmələr yaxma üsulu ilə təsbit edilib müalicə edilə bilər. Buradan belə bir nəticə çıxır ki, uşaqlıq boynundakı xərçəng qarşısı alına bilən bir xərçəng növüdür. Uşaqlıq boynunun xərçənginə qarşı vurulan peyvənd son illərdə çox geniç istifadə olunur. Adətən bakirə xanımlara vurulur. Qol nahiyəsindən yeridilir, hər hansı bir əks təsiri yoxdur, 3 dozada tətbiq edilir. HPV analizi edilərək əgər cinsi aktiv olan qadında hər hansı bir risk olmadığı təqdirdə, belə xəstələrə də pervənd tətbiq edilə bilər. Son olaraq uşaqlıq boynunun xərçəngi analiz ilə təsbit edilə bilən, erkən diaqnozu mümkün olan və müalicə edilə bilən bir xərçəng növüdür.

Uzm. Dr. HAKAN TANRIVERDİ © http://cirtdan.tv/



Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 1332 | Əlavə edib: blogger | Teqlər: UŞAQLIQ, XƏRÇƏNGI, HPV, BOYNU | Reytinq: 5.0/1

OXŞAR MATERİALLAR:
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev