||
Analar ÜÇÜN » Valideynlərə Məsləhət


Açıqcası çox düşünürdüm bu kitab barədə geniş bir məqalə hazırlayım ya yox. Lakin yekun nəticə olaraq fikirləşdim ki, ən məqsədə uyğunu elə kitabdan diqqətimi cəlb edən hissələri ard-arda yerləşdirərək toplu halda diqqətinizə sunmaqdır.

"Bağçada Artıq Gec Olacaq" kitabının müəllifi Masaru İbuka (1908-1997) öz növbəsində dünyaca məşhur Sony şirkətinin həmtəsisçilərindən biri olmaqla yanaşı, uşaqların erkən yaşda təlim edilməsi ilə bağlı novatar ideyalarının təməllərini atan şəxslərdən biridir.

Artıq eyd etdiyim ki, kitabdan qısa hissələr şəklində veriləcək məqaləni nəzərə olaraq, məqalənin geridə qalan hissəsini "dırnaq" altında verməyi özümə borc bilirəm.

Hörmətlə İlkin Haxverdiyev

"Əgər üçyaşlı uşağın bilik aclığı yalnız Mikki Maus və sirk əyləncələri ilə deyil, həm də Mikelancelo, Mane, Rembrandt, Renuar, Leonardo da Vinçinin əsərləri ilə təmin olunsaydı, dünyamız daha da zənginləşərdi. Axı balaca uşağın bilmədiyi hər şeyi öyrənmək həvəsi hüdudsuzdur və hələ nəyin pis, nəyin yaxşı olması barədə onun təsəvvürü belə yoxdur.

Doktor Suzuki özünün bu unikal metodunu artıq 30 ildir tətbiq edir. Buna qədər isə o, ənənəvi təhsil metodundan istifadə etməklə həm aşağı, həm də yuxarı siniflərdə dərs demişdi. Müəyyən etmişdi ki, yuxarı siniflərdə uşaqlar arasında qabiliyyətlə bağlı fərqlər daha böyükdür, odur ki, aşağı sinif uşaqları arasında bunu sınaqdan keçirməyə başladı, daha ... Ardını oxu »
Böımə: Valideynlərə Məsləhət | Baxış Sayı: 1284 | Əlavə edib: cirtdan | Tarix: 2019.01.29 | Şərhlər (0)

Uşaqların qarşısında mübahisə edilməməsi lazımdır. Dinc ailə, mübahisə yaşandığı amma bunun bir sona çatdığı və həyat forması halına gəlmədiyi mühitləri meydana gətirməkdədir.
Uşaqlar konkret düşüncəyə sahib deyil. Bu səbəbdən mübahisələrdə istifadə edilən mücərrəd anlayışları olduğu kimi qəbul edə bilərlər. Mücərrədləmə qabiliyyətləri daha inkişaf etmədiyi üçün də hər şeyi adlıq halıyla anlamağa meylli olarlar. Məsələn: ''Öldürdün məni'' dediyinizdə həqiqətən yoldaşınızın sizi öldürdüyünü zənn edə bilir. ''Gedəcəyəm, o zaman dəyərimi anlayacaqsan'' şəklində şikayətləndiyinizdə həqiqətən gedəcəyinizə inanar.
Mübahisənin həyat və ya ünsiyyət forması olduğu ailələrdə, uşaqlar da ailələrindən nə görüb, öyrənirlərsə digər kəslərlədə ünsiyyətlərini bu şəkildə qurarlar. Onlar üçün artıq əlaqə yaratmaq, mübahisədən ibarət olar və problemin həll etmə üsulları da yalnız bu yoldan keçər. Şiddətli mübahisə olduğu mühitlər, uşaqların şəxsiyyətlərini və məktəb həyatını mənfi istiqamətdə təsir edər bunun üçün uşaqların yanında mübahisə eetməkdən qaçın. Ancaq bəzən bu reallaşdırıla bilməz. Bu vəziyyətdə, ədəbiylə mübahisəyə diqqət göstərilməli və uşaq mübahisənin içinə çəkilməməlidir.
Uşağın olduğu mühitdə mübahisə etmək nələrə səbəb olar?
- Bəzən mübahisə uzadan bir faktor ola bilər.
- Özlərinə və həyata qarşı hiss etdikləri güvən və təhlükəsizlikdə olma hisslərini yaralar.
- Həyatlarında pis bir şey olacaq hissi hakim olmağa başlar.
- Diqqə ... Ardını oxu »
Böımə: Valideynlərə Məsləhət | Baxış Sayı: 1213 | Əlavə edib: Taleh | Tarix: 2018.11.12 | Şərhlər (1)

Uşaq düşdüyü və ya hər hansı bir şəkildə canı ağrıdığı zaman mütləq ana və atasından, daha olmadı ən yaxını tərəfindən təsəlli edilmək, sevilmək istər. Bu tərz hərəkət ana və atanın içindən gəlməsi lazımdır. Belə davranmaq uşaq üçün lazımlı olan ən təbii və edilməsi lazım olan doğru bir hərəkətdir. Bəzən, uşağını cəsur və qorxusuz böyütmək istəyən bir ana, onu təsəlli etmənin uşağı qorxaq edəcəyindən çəkinər. Amma özünə təhlükəsizliyi olan bir uşaq, canı yandığı zaman təsəlli edilməklə cəsarətsiz olmaz. Uşaqlar böyüdükcə, xüsusilə altı yaşı keçincə, cəsur olmaq və ən kiçik bir şey üçün anasına qaçmamaq üçün öz-özünə səy göstərəcək.

Amma hər şeyə ağlayan uşağın keçmişini diqqətlə izləmək lazımdır. Üstünə çox düşülərək nazlı bir uşaq halına gətirilməməlidir. Bəzən, ümumiyyətlə sərt olan ana, uşağın canı ağrıyınca, ya da uşaq xəstələnincə yumşalar. Bu çox pis bir şeydir. Uşağın canı yandığı zaman şəfqət göstərmək lazımdır amma digər zamanlarda da anlayışlı və yumşaq olmağa çalışmalısınız. Bəzən də ana - ata düşməkdən və xəstəlikdən o qədər qorxarlar ki, bu qorxulan uşağa da keçər.

Ağlamaqda olan uşağınızı təsəlli etməkdən qətiliklə özünüzü saxlamayın və çəkinməyin. Amma düşməsini ya da xəstəliyini böyütməyin və mümkün olduğunca bu hərəkətinin tez unudulması üçün bir az səy göstərərək unutmasını təmin edin.
Böımə: Valideynlərə Məsləhət | Baxış Sayı: 1079 | Əlavə edib: Taleh | Tarix: 2013.07.30 | Şərhlər (0)

Sağlam körpələr ümumiyyətlə 5-6 - ci ayda diş çıxartmağa başlarlar və bu müddət analar üçün olduğu qədər körpələr üçün də çətin bir müddətdir.
Ağrı,narahatlıq, hərarət, iştahsızlıq, yuxusuzluq, qulaq qaşıma, diş ətində qanama və tüpürcək axıtma kimi sindromlar göstərə bilər körpələr. Ancaq hamısında eyni sindromlar görülməsə də, sizə nələr edə biləcəyiniz mövzusunda işıqlandırmaq istəyirik.
Diş ətinə təzyiq etdiyində yaranan iltihablanmanın nəticəsində yaranan ağrını soyuq qidalar verərək yüngülləşdirə bilərsiniz. Xüsusilə soyuq və sərt meyvələr.
Daha çox su və ya sulu içkilər verə bilər, bədənindəki su itkisini önləyə bilərsiniz.
Diş ətindəki qaşıntılar üçün qaşıyıcılardan ala bilər, xüsusilə soyuducunda soyudulanlardan olmasa, hər hansı bir qaşıyıcını soyudub körpənizə verə bilər və daha çox rahatlama hiss etməsini təmin edə bilərsiniz.
İştahsızlıq yaşanması olduqca təbiidir, çünki körpələr diş ətlərindəki ağrıdan ötəri rədd edə bilərlər. Bunun yerinə lazımlı qidaları ala biləcəyi maye qidaları seçsəniz körpəniz ac qalmamış olar.
Böımə: Valideynlərə Məsləhət | Baxış Sayı: 1102 | Əlavə edib: Taleh | Tarix: 2013.07.20 | Şərhlər (0)

Psixolojimi yoxsa mexanikidir?
"Gecə alt islatmanın iki tipi vardır. Birincisi uşağın doğumundan etibarən altının heç quru qalmaması buna primer (ilk) tip deyilir. Digəri isə 5 yaşından sonra uşağın ən az 6 ay quru qaldıqdan sonra altını islatmağa yenidən başlaması yəni sekonder (ikincil) tipdir. Xüsusil iə ikinci tipdə araşdırma edilməlidir. Gecə işəmələri psixoloji və mexaniki səbəblərə söykənməkdədir. Mexaniki səbəblərə sidik yolları infeksiyası, anatomik pozğunluqlar, böyrəkdən sidik kisəsinə gələn yerlərdə yaşanan pozğunluqlar nümunə verilə bilər. Ailə içi zorakılıq, dayaq, ana atanın dalaşması, dərslərdə müvəffəqiyyətsizlik, uşağın bədbəxt olması isə psixoloji səbəblərə nümunədir.''
Alt islatma probleminin uşağın ictimai həyatını mənfi istiqamətdə təsir edərək ''Uşağın bu vəziyyəti ailə içərisində qalar. Uşaq anasının kimsəyə söyləməsini istəməz, utanar, sıxılar. Bu vəziyyət uşağın yaşı böyüdükcə daha böyük problemləri özü ilə gətirər. Uşağın ictimai həyatına təsir edər. Özünə inamını sarsıdar. Uşaq altını islatdığı üçün əsla lağ edilməməlidir, danlanılmamalıdır. Bunun yanında gecə işəməsi olan uşaqlarda danışma pozuğunluğu, dırnaq yemə də tez-tez görülmüşdür. Ayrıca erkən doğan prematüre körpələrdə və birinci dərəcədən qohum evliliklərindən doğan uşaqlarda altını islatma daha çoxdur.''
Həkim yoxlanışı vacibdir
Gecə alt islatma xəstəliyinin 5 yaşından etibarən yetkinlik dövrünə qədər çəkə bilər. "5 yaşından sonra uşağın gecə altını islatmağa ... Ardını oxu »
Böımə: Valideynlərə Məsləhət | Baxış Sayı: 1077 | Əlavə edib: Taleh | Tarix: 2013.07.17 | Şərhlər (0)

Uşaqsız bir cütlük ikən, uşaqlı bir ailəyə çevrilməklə birlikdə ortaya çıxan əhəmiyyətli dəyişikliklər vardır.
İlk uşağın doğumu böyük bir həsrətlə gözlənilsə də, ailənin gənişlənməsinin gətirdiyi təzyiq səbəbiylə cütlüklər arasında problemlərə yol aça bilər. "Ər- arvad olmaqdan ana- ata" olmağa gedən müddətdə və ana-ata olduqdan sonra yaşanan çətinlikləri cütlüklər bərabər şəkildə həll edə bilərlər .
"Ana-atalar, eşqlərinin meyvəsini" qucaqlarına almaq üçün səbrsizlənərlər. Cütlüklər, uşaqla birlikdə bir ailə halına gələcəklərini və bir-birlərinə daha möhkəm bağlarla bağlanacaqlarını anlamalıdırlar.
Ana-ata olmuş cütlekərsə, bu gözləməylə gerçək arasında böyük bir uçurum olduğunu bilirlər.
Doğumdan sonrakı ilk aylar, yeni ana-ata olan cütlüklər üçün olduqca bezdiricidir. Ana və ya ata rolunu qəbul etmək, ümumiyyətlə ancaq cütlüyün bir-birinə daha az maraq göstərməsiylə mümkün ola bilər. Bu səbəblə, doğumundan sonrakı aylarda, körpə, ana və atası arasında azalan bir yaxınlıq hissi ilə böyüyər. Uşağın baxımının əhəmiyyət qazandığı bu dövrdə, ər-arvad arasındakı qarşılıqlı anlayış və mehribanlıq azalar.

Ailə içi rol bölüşməsi dəyişir
İlk uşağın doğumundan əvvəl cütlüklər arasında, ümumiyyətlə daha bərabər olaraq bölünən vəzifə və məsuliyyətlər, uşağın doğumuyla birlikdə yenidən təyin olunmaqda və dramatik şəkildə ənənəvi rol bölümünə uyğun bir hal almaqdadır. Doğumla birlikdə, işləyən qadınlar iş həyatından qismən ya da tamamilə u ... Ardını oxu »
Böımə: Valideynlərə Məsləhət | Baxış Sayı: 1078 | Əlavə edib: Taleh | Tarix: 2013.07.17 | Şərhlər (0)


00:01:18
«  May 2019  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Copyright Cirtdan.TV ©
2013 - 2019

Online: 2
Qonaq: 2
İstafədəçi: 0
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Statistika

Webmaster & Designer: Ilkin Hakhverdiyev