Analar ÜÇÜN » 2017 » May » 1 » Yumurtalıq keyfiyyətinin (yumurta rezervi) dəyərləndirilməsi
15:38
Yumurtalıq keyfiyyətinin (yumurta rezervi) dəyərləndirilməsi
Hal-hazırda evlənmə yaşının artması, hamilə qalmaqda çətinliklər köməkçi reproduktiv texnikalarına olan tələbin artmasına səbəb olmuşdur. Köməkçi vasitələrlə nəsil artırmada ən ən vacib faktor yumurtalıqların keyfiyyəti, yəni yumurta rezervidir. Yumurta rezervini müəyyənləşdirmək və əsas olaraq da cütlüklərin “uşağımız olacaqmı?” sualına cavab verə bilmək üçün müxtəlif analizlər edilə bilər.
Eyni yaşdakı qadınların, hamiləliyin baş tutması üçün istifadə edilən ovulyasiyaya təzyiq göstərən vasitələrə qarşı verdiyi cavablar fərqli fərqlidir, çünki yumurta rezervləri fərqlidir. Azalmış yumurta rezervi eyni yaşdakı bir qadınla müqayisədə ovulyasiyaya təzyiq göstərən vasitələrə verilən cavabın daha az olmasıdır. Ancaq bu da nəzərdə tutulmalıdır ki, yumurta rezervinin azalması hamiləliyin baş tutmaması deyil, sadəcə şansın azalmasını göstərir.
Bəs kimlərdə yumurta rezervi azalmış ola bilər;
-35 yaşdan yuxarı olan qadınlar
-ailəsində erkən menopauza olanlar
-tək yumurtalığı olanlar, yumurtalıqlarından əməliyyat keçirmiş və ya kimya-radioterapiya keçirmişlər
-siqaret çəkənlər

Yumurta rezervini müəyyənləşdirmək üçün hansı kriteriyalara və ya analizlərə müraciət edilir.
-Yaş; ən sadə yol budur. 30 yaşdan etibarən reproduktivlik azalmağa başlayır. Ancaq eyni yaşlardakı qadınlarda rezervin azalmasına baxmayaraq reproduktiv potesialında ciddi fərqliliklər olur. Bu səbəblə, yaş təkbaşına çox uyğun bir üsul deyil, digər analizlərlə dəstəklənməlidir.
BAZAL FOLİKÜL STİMULAN HORMON(FSH); Aybaşının 2-4-cü günləri arasında ölçülən FSH dəyəri ən çox yayılmış və sadə analizdir. FSH yaş artdıqca artır, 10IU/L-dən çox olarsa, bu zəif yumurta rezervinin göstəricisi qəbul edilir. Ancaq tək bir FSH dəyərləri ilə qərar verilməməlidir, FSH dəyərləri həmin ay ərzində və ya ardıcıl aylarda belə fərqli ola bilər. FSH analizi təkrarlanaraq təsdiqlənməlidir. Ovulyasiyaya təkan verən müalicə alacaq qadınlarda FSH-ın normal səviyyədə olduğu ayda müalicənin başlanılmasına dair məlumatlar vardır. Məsələn, 39 yaşında aybaşının 3-cü günü səviyyəsi ölçülən FSH 16 olarsa, müalicəyə başlamırlar, sonrakı ayda FSH yenidən yoxlanır, normal səviyyədə olarsa, müalicə tətbiq edilir.
-BAZAL ESTROGEN(E2); tək deyil, aybaşının 2-4-cü günləri arası yoxlanılan FSH-la yanaşı dəyərləndirilməlidir. Aybaşının 2-4-cü günlərindəki 60-80 pq/ml-dən çox olan E2 zəif yumurta rezervinə işarə edən erkən dominant yumurta seçimini göstərir. Eyni zamanda artan E2 FSH-a da təzyiq göstərib, əslində yüksək olan FSH-ı normal səviyyədə göstərməsinə səbəb olur. Yəni aybaşının 2-4-cü günlərindən birində aparılan analizlə E2 yüksək, FSH normal olarsa, bu azalmış yumurta rezervini və bundan qaynaqlanan uşaq salma ehtimalını da göstərir.
-BAZAL SERUM İNHİBİN B; İnhibin B FSH ifrazına təzyiq göstərir. İnhibin B ilə FSH arasında neqativ, aybaşının 3-cü günündə yoxlanılan yumurtadakı follikulların sayı arasında pozitiv əlaqə olduğu müəyyən olunmuşdur. İnhibin B üçün dəyişik səviyyələr verilmişdir, ancaq 45pq/ml-dən yüksək olduqda yumurtalığa təzyiq göstərən vəsitələrdən istifadə edilən aylarda daha çox follikul-yumurta əldə edilməsini göstərir. Ancaq inhibin səviyyəsi ilə hamiləliyin baş tutması arasında əlaqə olmadığından yumurta rezervini müəyyənləşdirməkdə müntəzəm olaraq yoxlanılması məsləhət görülmür.
-ANTİ-MÜLLERİAN HORMON(AMH); həm normal ovulyasiyası olan, həm də sonsuz qadınlar arasında ay ərzində və ya ardıcıl aylarda yoxlanılan AMH, FSH homonunun əksinə fərqli nəticələr vermir, bununla yanaşı ay ərzində hər hansı bir gündə də ölçülə bilməsi əhəmiyyətli üstünlükdür. Yaş artdıqca AMH-ın səviyyəsi düşür, menopauzada isə ölçülə bilməyəcək səviyyəyə qədər enir. Eyni zamanda, digər yumurtalıq hormonlarından asılı olmayaraq ifraz olunan AMH-ın aşağı səviyyədə olmasının zəif yumurta rezervinin müəyyənləşdirilməsində əhəmiyyətli faktor olması, embrionun keyfiyyətinin aşağı olması və hamiləliyin uğursuz nəticələnməsi ilə əlaqəli olduğu qəbul edilir. Bəs zəif rezervi göstərən AMH norması nədir? Ümumi fikir olmasa da, bu norma 1ng/ml-dən aşağıdır. Azalmış yumurta rezervinin müəyyən olunmasında AMH FSH, İnhibin B, və E2-dən daha dəyərlidir, antral follikul miqdarı ilə eyni dəyərdədir. Ancaq AMH digər rumurta rezervi analizləri kimi hamiləlik şansını əks etdirmir. Bununla yanaşı, azalmış yumurta rezervi riski olmayanlarda AMH analizinin istifadə edilməsi məsləhət görülmür.
-DİNAMİK ANALİZLƏR; klomifen sitrat challenge analizinin bazal FSH və ya antral follikul miqdarına görə azalmış yumurta rezervini müəyyənləşdirmədə hər hansı bir üstünlüyü qeydə alınmamışdır. GnRH stimulyasiya analizinin isə bahalı analiz olması istifadəsinə mane olur. Eksogen FSH yumurta rezervi analizi də (EFORT) GAST kimi bahalıdır və əks təsirləri ilə bağlı yalnız xüsusi seçilmiş hadisələr zamanı istifadəsi uyğun hesab edilir.
-ANTRAL FOLLİKUL MİQDARI; Aybaşının 2-4-cü günlərindən birində transvaginal ultrasəs müayinəsi ilə hər iki yumurtalıqdakı antral follikulların, yəni yumurtaların cəminə bərabərdir. Antral follikul olaraq 2-10 mm arasında follikulyar yumurtalar qəbul edilir. Artan yaşla yanaşı antral follikul miqdarı azalır. Müntəzəm aybaşı olan qadınlarda AFM-in 4-10 arasında olması yumurta rezervinin yaxşı olmasını və müalicəyə cavabının müsbət olacağını göstərir. Ümumi olaraq AFM 3-4 olarsa, bu azalmış yumurta rezervi hesab edilə bilər. AFM analizinin aparılması asan olsa da, ancaq ultrasəs müayinəsi edən həkimin təcrübəsi də əhəmiyyətlidir. Ancaq AFM səviyyəsinin yumurta keyfiyyətini və hamiləlik şansını əvvəlcədən məlumat vermə qabiliyyəti yoxdur.
Nəticə olaraq AFM yumurtalıqları stimullaşdıran müalicəyə, mənfi cavaba və uğursuz hamiləlik şansını təxmin etməkdə köməkçi vasitədir. Ancaq tək kriteriya olaraq istifadə edilməməlidir. Bununla yanaşı, AFM səviyyəsinin 10-dan çox olması OHSS riskini göstərə bilər.
Yumurtalığın həcmi; hər 2 yumurtalığın orta həcmi hesablanır, ancaq AFM daha dəyərli bir marker olduğu üçün istifadəsi məhduddur.
Son söz; Bəs bu analizləri aydınlaşdırdıqdan sonra klinikada necə işləyirik? Mən, adətən, yumurta rezervini müəyyənləşdirmək üçün ən çox FSH və AFM-dən istifadə edirəm. Ancaq əgər FSH yüksək və ya AFM səviyyəsi aşağı olduqda və ya müalicəyə cavab olmadıqda AMH-ın da yoxlanmasını istəyirəm. Bəzən xəstələr belə sualla da müraciət edirlər – Bütün analizləri eyni anda etsək daha yaxşı olmaz? Ancaq bu həm maddi baxımdan sərfəli deyil, həm də analizlər eyni zamanda edilmiş, ancaq yumurta rezervini müəyyənləşdirməkdə tək edilən analizdən daha yaxşı nəticə verməmişdir.

Uzm. Dr. HAKAN TANRIVERDİ
© http://cirtdan.tv/


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 5606 | Əlavə edib: cirtdan-milli | Teqlər: Hakan, dəyərləndirilməsi, (yumurta, rezervi), yumurtalıq, keyfiyyətinin | Reytinq: 5.0/2
Şərh sayı: 1
ayan Spam
bele yazilar xanimlarimiz ucun cox yararlidir, minnetdariq size doktor.
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:01:13
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev