Analar ÜÇÜN » Uşaqlar və Tərbiyə


Uşağınızı qarşılıqsız sevdiyiniz üçün bəzən onun sevgi nümayişlərini gözdən qaçıra bilərsiniz. Uşağın inkişafı üçün əhəmiyyətli olan bu detalı necə hiss edəcəksiniz?
Ana və uşaq arasındakı bağ, körpə ana qarınındaykən başlayar. Doğum sonrasında da uşaqla ana arasında xüsusi bir ünsiyyət olar. Ana, uşağını böyük bir sevgiylə böyüdərkən uşaq da sevgisini bəzi yollarla ifadə edər.
• Dünyadakı heç bir şeyi anlamayan yeni doğulan körpənizin bildiyi bir şey varsa, o da gözlərinizin içinə baxdığında sizin əhəmiyyətli olduğunuzdur. Uşağınız zamanla sizə olan sevgisini bəzi yollarla göstərməyə başlayacaq.
• Körpəniz onun yanında olmadığınız zamanlarda sizi düşünməyə başlayıb doğulduğundan 8-12 ay arası bir zaman keçdikdən sonra, onun olmadığı otaqdan ayrıldığınızda ağlayar. Döndüyünüzdə isə gülücüklər saçar.
• İməkləməyə başlayan körpənizin hirsləri artacaq. Atdığı qışqırıqlar sizi sevmədiyi mənasına gəlməz, sizə bu qədər çox güvənməsəydi, inciməz ya da əsəbiləşməzdi, deyə düşünmək lazımdır.
• Körpəniz kədərli olduğunda sizə qaçarcasına gələcəkdir. Çünki kiçikkən "Səni sevirəm" deməyi bilə bilməz, amma hərəkətləri sözlərdən çox daha güclüdür.
• Uşağınız sizə bağçadan qopardığı bir çiçək, kiçik bir daş ya da hədiyyə olduğunu düşündüyü hər hansı bir şey verərək sevgisini göstərə bilər.
• Artıq evin hər şeyi ilə daha əlaqədar olmağa başlayan uşağınız "Ey, bax bunu mən etdim" deməyə çalışaraq sizin diqqətinizi çəkmək üçün çalışacaq. Çünki s ... Ardını oxu »
Böımə: Uşaqlar və Tərbiyə | Baxış Sayı: 3080 | Əlavə edib: Taleh | Tarix: 2019.01.16 | Şərhlər (1)

Ana bu! Döyər də sevər də. Amma atadan daha çox döyür. Araşdırmalar elə deyir...
Qarşılıqsız sevginin simvolu analar, 'zorakılıq mərkəzi' çıxdı. Araşdırmalar qadınların, uşaqlarını kişilərdən daha çox döydüyünü isbat etdi.
Zorakılığın tez-tez yaşandığı dünyada cəza bu dəfə analara çıxdı! Həyat boyu Təhsil İnkişaf Dərnəyinin (HEGEM) etdiyi araşdırmalar, qadınların kişilərə nisbətən uşaqlarını daha çox döydüyünü göstərdi. Bu vəziyyətin, anaların atalardan daha uzun müddət uşaqla maraqlanmalarına da bağlı olduğunu ifadə edən ekspertlər, günahın təməlini isə müasirləşən həyata bağladı.
Betonlaşma problemi
HEGEM Başçısı Adem Solak, uşaqlara fiziki zorakılıqda əlavə romantik təcavüzün də tətbiq olunduğunu ifadə edərək, "Betonlara həbs olunan uşaqlar da ,qadınlar da təzyiq altındadır" dedi.
Böımə: Uşaqlar və Tərbiyə | Baxış Sayı: 3078 | Əlavə edib: Taleh | Tarix: 2013.07.30 | Şərhlər (3)

Pis vərdişlərinizin üzərində işləyin, tənbəlliyi özünüzdən kənarlaşdırın,hər yeni gündə sevinməyi bacarın.
Heç düşünmüsünüzmü, övladınız sizi güzgü kimi özündə əks etdirir. Övladınızın küsəyənliyi ya inadkarlığı, zəhlənizi tökən ağlağanlığı sizin öz surətinizdir. Axı, ot öz kökü üstə bitər. Bu faktları nəzərə alıb uşağın pis vərdişlərilə mübarizə aparmaq olar. Amma daha yaxşı olmazmı ki, siz özünüzü tərbiyə edəsiniz və canlı güzgüdə göz oxşayan mənzərə açılsın? Gəlin, başlayaq.

Nitqinizə fikir verin.
Bəzən uşaqlar senzuradan kənar sözlərdən istifadə edirlər. Və əgər bu sözlər hansısa qohumunuzun yanında deyilirsə, xəcalətdən yerə girməyə belə hazırsınız. Normativ olmayan leksikadan nə özünüz istifadə edin, nə də övladınızın ətrafındakılara icazə verin. Uşaqla kobudluğa yol verməyin. Xəyalən özünüzü onun yerinə qoyun. Sizcə, "Mən kimə dedim: tez ol, televizoru söndür, yemək vaxtıdır” - kimi acıqlı kəlmələr kimə xoş gələr? Yerli – yersiz qışqırıqlar ünsiyyətə istilik qatmaz. Körpə ilə hakim tonda danışmayın, siz ordu zabiti yox, anasınız.
Mədəni və nəzakətli, özünə və başqalarına hörmət edən uşaq böyütmək üçün ona hər fürsətdə "sehrli sözlər” demək lazımdır. Məsələn, uşağa nəsə iş buyuran zaman ona mütləq " zəhmət olmasa” kəlməsilə müraciət edin. Xahişinizi yerinə yetirdikdən sonra isə "çox sağ ol, mənə çox kömək etdin” kimi sözlərlə öz təşəkkürünüzü bildirin. Qonşularla salamlaşın, ictimai yerlərdə nəzakətli olun. Ədəbsizin birinə rast gəlsəni ... Ardını oxu »
Böımə: Uşaqlar və Tərbiyə | Baxış Sayı: 2664 | Əlavə edib: Taleh | Tarix: 2013.07.17 | Şərhlər (0)


00:02:08
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev