Analar ÜÇÜN »


Biri var idi, biri yox idi. Bir zürafə və bir dovşan vardı. Onlar çox yaxın dost idilər. Bir yerdə çox vaxt keçirir, oynayır, söhbət edir,birlikdə yeyir, əylənirdilər. Dovşan zürafənin quyruğundan tutub yellənməyi çox sevirdi. Hər dəfə sağa-sola hərəkət etdikcə, üzünə vurulan küləkdən həzz alır, sərinləyirdi. Bəs zürafənin quyruğu ağrımırdı? Əlbəəttə, yox! Dovşanın yumşaq, şirin tükləri onun quyruğunu qıdıqladıqca, zürafə bundan xoşallanırdı. Sonra birlikdə qarınlarını doydururdular. Dovşan öz göyərtisini, kələmini,kökünü dostuyla paylaşırdı. Zürafə kələmi, kökü sevməsə də, dostunun xətrinə dəymir, yeyirdi. Zürafə də dovşana öz yediklərindən verirdi. Ağacdan yarpaq, tumurcuq, filiz qoparır, dovşana verirdi. Dovşan da filizi sevmir, eynən dostu kimi, dostunun xətrinə yeyirdi. Onlar yırtıcı heyvanlardan da birgə qorunurdular. Elə buna görə bir mağara da axtarıb tapmışdılar.Nə zaman bir təhlükə hiss etsələr, o mağaraya qaçırdılar. Onlara elə gəlirdi ki, dostluqları heç bitməyəcək. Sanki dünyada belə paylaşan, belə anlaşan, bir-birilərini sevən dostlar heç olmamışdı, olmayacaqdı da! Ta o günə qədər ki...

Həmin gün dovşan, hoppana-hoppana meşədə gəzirdi. Bir də gördü ki, özü kimi yumşaq tükləri olan özündən də balaca bir dovşan qorxa-qorxa ona tərəf hoppanır. Balaca gəlib çatdı və dedi ki,yolu itirib, yuvasına getmək istəyir, lakin meşədən çıxa bilmir. Dovşan ona kömək elədi, meşədən çıxardı. Onlar meşədən çıxandan sonra yolunu itirən balaca dovşan öz yuvasını tapdı. ... Ardını oxu »
Böımə: Qısa Hekayələr | Baxış Sayı: 4620 | Əlavə edib: nene | Tarix: 2016.11.30 | Şərhlər (3)


00:00:35
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev