Analar ÜÇÜN »


Toksoplazmoz–anadangəlmə toksoplazmoza rast gəlinmə tezliyi 1/1000 ilə 1/10000 arasında dəyişir. Hamiləlik həftəsi artdıqca ana bətnindəki körpəyə keçən toksoplazmanın (toksoplazmoz xətəliyinin törədicisi toksoplazma adlanır) yaratdığı qüsurun şiddəti azalır. Bununla yanaşı ilk 3 ayda yoluxma riski 15%, ikinci 3 ayda 25% və son 3 ayda 60%-dir. Xəstəliyə məruz qalanların 80% -nin heç bir şikayəti olmadığı üçün bu xəstəliyə qarşı immunitetli olduqlarını bilmirlər. Şikayəti olanların isə şikayətləri ümumi xarakterli olduğundan toksoplazmozu xatırlatmır. Toksoplazmoz xəstəliyi daşıyan pişiklərin nəcisindən və ya az bişmiş, yaxud çiy ətin yeyilməsi və bunlara toxunma yolu ilə əldən ağıza keçməklə ötürülür. Evdə saxlanılan və yalnız bişmiş qidalarla qidalanan pişiklərdən yoluxma riski yox dərəcəsindədir. Ancaq buna baxmayaraq, pişiklərin nəcisi və yatdıqları yer təmizlənərkən əlcəklərin istifadə olunması qorunma baxımından vacibdir.

Toksoplazmanın ana bətnindəki körpəyə keçməsi üçün ya hamiləlikdən əvvəl, ya da hamiləlik ərzində ilk dəfə keçməsi lazımdır. İlk 3 ayda ana bətnindəki körpəyə yoluxması, çox hallarda, uşaq salmaya, ancaq bu hal olmasa da, körpədə çox ciddi qüsurlara səbəb olur. Toksoplazmoz ilə doğulan körpələrin 85%-i dünyasını dəyişir, digərlərində isə ciddi nevroloji qüsurlar müşahidə edilir.

Toksoplazma diaqnozu daha çox USM-də körpədə anormal halların və ya doğulan körpədə qüsurların müşahidə edilməsi ilə, bəzən də hamiləni ... Ardını oxu »

Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2619 | Əlavə edib: hakantv | Tarix: 2016.10.08 | Şərhlər (0)


00:11:28
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev