Analar ÜÇÜN »


Asimptomatik bakteriuriya (ASB): Bu vəziyyətə qısacası sidik yollarında hamilədə şikayətə səbəb olmayan bakteriyaların yerləşməsi də deyə bilərik. İqtisadi vəziyyəti daha aşağı olan hamilələrdə daha çox olmaqla yanaşı, Amerikada hamilələrin 2-10%, İngiltərədə 2-5%-ində müşahidə edilir. Aparılan tədqiqatlar göstərmişdir ki, ASB müalicə edilmədiyi təqdirdə 2-13% hallarda erkən doğuma və 2-28% hallarda pielonefrit kimi ciddi böyrək iltihabına səbəb ola bilər.

ASB diaqnozunda ən əsas diaqnoz üsulu olaraq sidiyin qidalı mühitdə araşdırılmasından istifadə edilir. Millilitrdə eyni bakteriyadan ən az 105 ədəd törəməsi diaqnoz üçün əhəmiyyətlidir. Sidik kulturasının digər sürətli nəticə verən sidik analizləri ilə müqayisədə infeksiyaya səbəb olan mikrobu və hansı dərmanın müalicədə təsirli olduğunu dəqiq müayyənləşdirliməsi kimi üstünlükləri olsa da, qiyməti və ən az 24 saatdan sonra nəticə verməsi kimi üstün olmayan cəhətləri də var. Lakin digər analizlər tez nəticə verməklə yanaşı, təxminən hamilələrin 50%-də səhv nəticəyə gətirib çıxarmaqla müalicəni gecikdirə bilər.

Aparılan tədqiqatlarda ASB müalicəsinin qidalı mühitin nəticəsinə görə aparılması erkən doğum, pielonefrit və uşaqsalma riskinin qarşısını ala bildiyi göstərilmişdir. Müalicədə isə tək doza müalicəsinin 4-7 günlük müalicə ilə müqayisə edilməsi nəticəsində hər iki müalicə forması arasında erkən doğum və pielonefrit inkişafının qarşısını almaq baxımından fərq olmadığını göstərmişdir. Bunu ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2803 | Əlavə edib: hakantv | Tarix: 2016.10.20 | Şərhlər (0)


00:02:35
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev