Analar ÜÇÜN »


İİV (QİÇS): retrovirus olan İİV ilə ilk qarşılaşdığımızdan 30 il keçmişdir, bu müddətdə diaqnozu və müalicəsində uğurlu nəticələr əldə edilmişdir. Artıq ana bətnində İİV virusuna yoluxanların hamiləliklərini tədqiq edirik. Ancaq Amerikada QİÇS hələ də ciddiyətini saxlayan sağlamlıq problemidir və hamiləlik zamanı keçən infeksiyaların ən mühümüdür.

İİV virusu yoluxduqdan sonra əvvəl səssiz bir dövr başlayır, daha sonra yavaş-yavaş immunitet sistemi çökür və QİÇS yaranır, ancaq bu bir neçə aydan 17 ilə qədər uzana bilən bir müddətdir. Hamiləlikdə İİV infeksiyası mövcuddursa, müdaxilə edilmədiyi təqdirdə anadan körpəyə keçmə ehtimalı 25% təşkil edir, ancaq ana və körpə üzərində mənfi təsiri olmayan antiretroviral dərman müalicəsi ilə müdaxilə edilərsə, bu ehtimal 8%-ə qədər düşə bilər. Bu nisbət antiretroviral dərman müalicəsi + qeysəriyyə əməliyyatı + əmizdirmənin qadağan edliməsi ilə 1-2%-ə qədər də enə bilər. Ancaq bəzi xüsusi vəziyyətlərdə, yəni ananın qanında aşağı CD4 (hüceyrə miqdarı) aşkarlanarsa, qeysəriyyə ananın həyatı üçün risk yarada bilər. Bu səbəblə ana ilə danışıb məlumatlandıraraq qərar verilməlidir.

İİV infeksyasının diaqnozu İİV-1 və İİV-2 anticisminin ELISA üsulu ilə diaqnozu, UESTERN BLOT üsulu ilə təsdiqlənməsi ilə qoyulur, ancaq erkən diaqnoz xəstəliyin şiddətinin qarşısını almaqda çox əhəmiyyətlidir. İİV infeksiyası təsbit edilən hamilə bu barədə səlahiyyəti olan xüsusi mərkəzlərdə izlənməlidir. Bu cür hallarda ilk olaraq ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2797 | Əlavə edib: hakantv | Tarix: 2016.11.14 | Şərhlər (0)


00:02:08
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev