Analar ÜÇÜN »


İnsan həyatında hamiləlik qidalanmanın ən vacib olduğu dövrdür. 1880-ci illərdən bəri hamiləlikdə düzgün qidalanma ilə bağlı işlər görülmüşdür. Məlum olmuşdur ki, hamiləlik zamanı səhv qidalanmanın yaradacağı problemlər yalnız anada deyil, o cümlədən, körpədə də həyatı boyu davam edə biləcək problemlərə səbəb ola bilər. Hamiləlik zamanı düzgün qidalanma ilə bağlı hər addım hamiləliyin istənilən ayında vacibdir. Xüsusilə də, qidalanmanın birbaşa körpənin fiziki və zehni inkişafına təsir etdiyi hamiləliyin ilk 2 ayı barəsində bizə məlum olmayan məlumatlar var. Hamiləlikdən əvvəl qidalanma ilə bağlı həkimlə məsləhətləşmə çox az müşahidə edildiyi üçün hamilə qadınlar hamiləlik fərq edildikdən, hətta ən kritik 2 ay keçdikdən sonra qidalanmalarına fikir verirlər. Çox zaman isə hamiləliyin sonuna qədər buna əməl etmirlər. Ancaq hamiləlikdən əvvəl bu ilk 2 aylıq dövr üçün düzgün olanları bilmək və bu barədə həkimlə məsləhətləşmək çox vacibdir.
Hamiləlik zamanı çəki qəbulu hər hamilə qadında fərqlidir və bu ananın hamiləlikdən əvvəlki çəkisi ilə, daha doğrusu, bədən kütlə indeksi ilə əlaqəlidir.
BKİ=Çəkiniz(kq)/boyunuz
Hamiləlikdən əvvəl məsləhətləşmə zamanı və ya ilk hamiləlik müayinəsində BKİ hesablanan hamilə qadının qidalanma vərdişləri ilə bağlı bütün məlumatlar və qidalanma balansına təsir edə biləcək bütün faktorlar öyrənilməlidir. Qidalanma vəziyyəti 4 fərqli, tibbi, qidalandırıcı, psixososial və əvvəlki hamiləlik tarixçəsi cəhətdən araşdırılmalıdır. Tibbi ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 4329 | Əlavə edib: hakantv | Tarix: 2017.01.09 | Şərhlər (0)


00:01:18
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev