Hamiləlikdə artan hormonların diş əti və damarlanmasına təsiri uzun müddətdən bəri hamıya məlumdur. Lakin hal-hazırda bu da bilinir ki, bu hormonlar ağız florasına və immunitet sisteminə mənfi təsir edib, ciddi və tez-tez rast gəlinən diş əti iltihabına səbəb olur.
4 növ ağız xəstəliyi hamilələrə hamilə olmayanlarla müqayisədə daha çox təsir edir.
1-Qinqivit (diş əti iltihabı): diş əti iltihabı diş əti lövhələrinin hamiləlik hormonlarına kobud cavabı formasında ortaya çıxır və olduqca tez-tez rast gəlinir. Lövhələr mikroblar və artıqlardan əmələ gələn yapışqan təbəqələrdir. Mövcud olan diş əti iltihabına hamiləliyin mənfi təsirləri hamiləliyin ikinci ayından etibarən başlayır, səkinci ayında isə ən pik nöqtəyə çatır. Hamiləliyin 8-ci ayından etibarən diş əti iltihabı geriləyir və doğumdan dərhal sonra diş ətlərinin görünüşü hamiləliyin ikinci ayındakı kimi olur. Qinqivitin ən böyük səbəbi diş əti lövhələridir və ən çox ön dişlərdə olur, lakin azı dişləri ən çox təsirə məruz qalır.
Hamiləlik zamanı artan hamiləlik hormonu, progesteron, diş ətinin damarlarının genişlənməsinə səbəb olur və keçiriciliyini artırır. Bu da bakteriyaların yerləşməsini və qidalanmasını asanlaşdıran mayenin (eksudat) damardan çıxmasını artırır. Bununla yanaşı, progesteron hüceyrə immmunitetinin cavabını azaldır.
Diş ətindəki qoruyucu keratinizasiyanın azalması və qlikogenin artması qoruyucu təsirin azalması ilə nəticələnir. Bununla yanaşı, hamiləlik zamanı artan
...
Ardını oxu »