Analar ÜÇÜN »


Ovulyasiyadan sonra qarın boşluğuna doğru hərəkət edən yumurta hüceyrəsi uşaqlılqla yumurtalıqlar arasındakı fallop borularının (uşaqlıq borularının) ucundakı fimbriaların köməyi ilə uşaqlığa doğru hərəkət edir. Yumurta hüceyrəsi təxminən 1 gün, sperma isə döllənməyə hazır olaraq qadın vücudunda 3 gün canlı qalır. Ovulyasiyadan 3 gün əvvəlki cinsi əlaqə ilə döllənmə-hamiləlik ola bilər. Təbii ki, döllənmə üçün yumurta hüceyrəsinin sağlam olması mütləqdir, lakin bununla yanaşı, qələm qalınlığında olan uşaqlıq borusunun, yumurtalıq borusundakı yumurta hüceyrəsinin uşaqlığa doğru hərəkətini təmin edən mikroskopik tüklər də sağlam olmalıdır. Hamiləliyin baş tutmaması ilə bağlı həkimə müraciət edən qadınlarda roentgen müayinəsi ilə uşaqlığın daxili pərdəsi və uşaqlıq borusunun vəziyyəti dəyərləndirilir. Lakin uşaqlıq borusunun açıq olduğunu görmək mikroskopik tüklərin sağlam olması demək deyil. Yumurta hüceyrəsi 6 günə yumurtalıqdan uşaqlığa doğru hərəkət edir, yumurta döllənməsə bu gediş tamamlanmır.

Cinsi əlaqədən sonra vaginaya boşalan spermalar ilk öncə uşaqlıq boynundan keçərkən zəif spermalar ələnir. Sağlam və güclü spermalar uşaqlıq boynundan keçərək borulara çatır, təxminən 10 sm olan bu məsafəni sperma 30-60 dəqiqəyə keçir. Özündən 500 dəfə böyük olan yumurta hüceyrəsinə çatan spermaların ən güclüsü təxminən 4 saatlıq mübarizə ilə qalın olan yumurta hüceyrəsinin xarici pərdəsini əridib içinə girir. Bundan sonra isə heç bir sperma yumurta hüceyrəsinə daxil ol ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2750 | Əlavə edib: cirtdan-milli | Tarix: 2017.04.24 | Şərhlər (1)


00:02:12
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev