Analar ÜÇÜN »


Eynən qadının yetişkənlik kimi fizioloji olan bu dövrü klimakteriks adlanır. Bu dövrdə nəsil artırma çağı bitmə üzrədir və yumurtalıqların reproduktiv qabiliyyətini itirdiyi qadın üçün yeni bir dövr başlayır. Ümumiyyətlə bu dövrün ortaya çıxma səbəbi yumurtalıqların qocalması olaraq qəbul edilir. Menopauza dövrü bir qadın üçün geriyə dönüşü olmayan bir hadisədir. Əgər qadın 1 il müddətinə aybaşı görmürsə, o qadın menopauzaya girmiş qəbul edilir. Bu dövrdən sonrakı mərhələ menopauzadan sonrakı dövr, bu dövrdən əvvəlki mərhələ isə menopauzadan əvvəlki dövr adlanır. Adətən, bu dövr 40-60 yaş arasında olur. Menopauza qadından qadına fərqlənir və erkən əlamətlər hesab edilən nevroloji və psixoloji simptomlarla özünü büruzə verir. Diaqnozda əvvəllər istifadə edilən bir üsul olan vaginal yaxma, uşaq salma və menopauza dövründəki qadından qadına fərqli nəticələr verməsi səbəbi ilə artıq istifadə edilmir. Menopauzadan sonrakı dövrə girmiş qadınlarda ən əhəmiyyətli laborator nəticələr estrogenin 20-dən aşağı olması, FSH və LH-ın ən az 3 ölçüdə 40-dan yuxarıda olması qəbul edilir. FSH və LH-ın səviyyəsi menopauzadan 3 il sonra maksimum səviyyəyə çatır, sonra isə pillə-pillə azalır. Premenopauzal aybaşı olmayan qadınlarda yaş neçə olursa olsun hamiləlik düşünülməlidir.

Menopauzadakı əlamətlər: qadınların təxminən 70-80%-də estrogen çatışmazlığı əlamət olaraq ortaya çıxır. Menopauzada estrogenin azlığı ilə bağlı simptomlar dərhal özünü büruzə verir. Bununla yanaşı, qad ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2350 | Əlavə edib: cirtdan-milli | Tarix: 2017.07.03 | Şərhlər (1)


00:10:20
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev