Analar ÜÇÜN »


İlk dəfə 1935-ci ildə Steyn və Leventhal tərəfindən aşkarlanan yumurtalığın polikistozu sindromu diaqnozu üçün aşağıdakı 3 əlamətdən hamısının və ya ən az ikisinin olması şərtdir:
-kliniki və ya biokimyəvi hiperandrogenizm, yəni kişi tipli tüklənmə və ya qanda kişi hormonunun artması
-xroniki anovulyasiya, yəni uzun müddət davam edən ovulyasiya qüsuru
-polikistoz görünüşlü yumurtalıqlar.
Kliniki olaraq yaratdığı problemlər dəqiqdir, ancaq bu problemləri yaradan patofizioloji mexanizm tam dəqiq deyil.
Klinik mənzərə
Hirsutizm – ən çox bəlli olan və rast gəlinən xüsusiyyətidir. Tüklərin inkişaf sürəti əhəmiyyətlidir. Yavaş inkişafı funksional, ancaq sürətli inkişafı tumoral vəziyyətin əlaməti ola bilər. PKYS-da tüklənmənin inkişafı adətən, üz, üst dodaq və çənədə olur, ancaq qasıq nahiyəsindəki tüklənmədən asılı olaraq qasıqdan göbəyə doğru tüklənmədə artma ola bilər. Daha ciddi hallarda döş qəfəsində də tüklənmə olur. Hipotiroid və obezlik də varsa, kişi hormonunun qanda bağlandığı SHBG-i azaldaraq sərbəst hərəkət edən, beleliklə də aktiv olan kişi hormonunun artması ilə bağlı olaraq tüklənməni artırırlar.

Aybaşının qeyri-müntəzəm və seyrək aralıqlarla olmasına səbəb olur. Aybaşı qanaxmasının nizamını ehtimal etmək çətindir, çünki yetkinlik yaşındakı ilk aybaşından sonra olduğu kimi nizamsız olur.Ovulyasiyanın baş tutmaması estrogen ifrazatının azalmasına səbəb olur, bunun nəticəsi olaraq da endometrium qalınlaşır. Bu isə ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2886 | Əlavə edib: cirtdan-milli | Tarix: 2017.03.27 | Şərhlər (0)


00:01:13
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev