Təkrarlanan hamiləlik itkisi (THİ); ən az 2 dəfə ard-arda, 500 qram-dan aşağı və ya hamiləliyin 20 həftəsindən kiçik, öz-özünə düşməsinə deyilir. Qadınların 10-20%-də 1, 2%-də 2, 0,5-1%-də isə ard-arda 3 dəfə uşaq salma olur. Daha əvvəl əgər 20 həftəni keçən hamiləlik tarixçəsi varsa və sonra THİ olubsa bu ikincili THİ olaraq qəbul edilir. Uşaq salma zamanı hamiləliyin neçənci həftəsi olması da vacibdir. Hamiləlik 5 həftədən azdırsa, pre-embrionik, 5-10 həftədirsə, embrionik, 10 həftədən çoxdursa, fetal olaraq qruplaşdırılır. Hamiləlik itkisi hansı mərhələdə olursa olsun, ailələr üçün kədərli vəziyyətdir. Belə bir vəziyyətdə ailələr haqlı olaraq əvvəl “niyə oldu”, sonra “indi nə etməliyəm” sualının cavabını ginekoloqlardan almaq istəyirlər.
VACİB FAKTORLAR
1-Normal olaraq hamiləliklərin 15%-i uşaq salma ilə nəticələnir, 1-2%-i THİ olaraq qarşıya çıxır. Digər bir yanaşma isə bir uşaq salmadan sonra canlı doğuş etmə şansı 80,2%, 2 uşaq salmadan sonra 70-80%, 3 ard-arda uşaq salmadan sonra 50-60%, 4 uşaq salmadan sonra 45%, 5 uşaq salmadan sonra 41%, 6-dan sonra 13%-dir.
2-Qadının yaşı ilə uşaq salma arasında da əlaqə vardır, 30-39 yaş arasında uşaq salma şansı dəyişməsə də 40 yaşdan sonra hamiləliyin uşaq salma ilə nəticələnmə şansı artır.
3-İkincili THİ olan xəstələr arasında da fərq var, əgər ilk hamiləliyi canlı doğumla nəticələnib daha sonra THİ olubsa, ilk uşağı düşən sonra canlı doğumu olan və daha sonra yenidən THİ olan xəstənin vəziyyə
...
Ardını oxu »