Analar ÜÇÜN »


Qadının yaşı hamilə qalma potensialına təsir edən faktorlar içərisində, bəlkə də, ən əhəmiyyətlisidir. Bütün qadınlar həyatları boyu hər aybaşı dövründə yumurtalıqdan kənarlaşdırılan yumurtaları ilə (təxminən 400 min yumurta ilə) doğulur. Yaş artdıqca yumurtaların sayı, yəni yumurtalıq rezervi azalır. Yumurtaların sayının azalması ilə yanaşı keyfiyyətli yumurtaların sayı da azalır. Bəs `keyfiyyətli yumurta` nədir? Normal xromosomlara və sperma ilə birləşdikdən sonra sağlam bölünmə qabiliyyətinə sahib olan yumurta keyfiyyətli yumurta hesab edilir. Keyfiyyətli yumurtalar daha əvvəlcədən seçilib ovulyasiya prosesində iştirak etdiyi üçün qadının yaşı artdıqca xromosom pozğunluğu olan yumurta hüceyrələri, yəni keyfiyyətsiz yumurta hüceyrələrinin sayı artır. Aybaşı müntəzəm olsa da, hamilə qalma şansı azalır, döllənmə baş tutsa da, uşaq salma və ya daun sindromu kimi problemli hamiləlik şansı artır.

Hər aybaşı dövründə hamilə qalma şansı
15 yaşda 40-50%
25 yaşda 30-35%
35 yaşda 15-20%
45 yaşda 3-5% -dir.

Bəs bu dəqiq qanundurmu? Təcrübülərdə bəzən 20 yaşındakı bir qadının yumurtalıq rezervi kifayət qədər olmadığı üçün sonsuz ola bildiyi halda, 40 yaşındakı bir qadında bunun əksi olan yumurtalıq rezervini müşahidə etmək olar. Bunlar təbbi ki, çox nadir rast gəldiyimiz nümunələrdir , lakin bunu da bilirik ki, eyni yaşda 2 qadının hər hansı bir ayda hamilə qalma ehtimalı, yumurtalıq rezervləri, yumurta hüceyrələrinin keyfiyyəti fər ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2669 | Əlavə edib: cirtdan | Tarix: 2017.04.17 | Şərhlər (0)


00:00:35
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev