Analar ÜÇÜN »


Aybaşı olan qadınların yarısından çoxunun hər aybaşı dövründə ən az 1-2 gün ağrısı olur. Ağrı qasıq nahiyəsində sancı, ürək bulanma, qusma, ishal, baş gicəllənmə ilə müşayiət olunursa, gündəlik işləri görməyə mane olursa, bu cür vəziyyət dismenoreya adlanır. İlk öncə aybaşı tsiklini bilmək lazımdır.

Aybaşı tsikli

Bir aybaşı tsikli qanaxmanın ilk günü başlayıb digər qanaxmanın ilk günü qurtarır, təxminən 28 gün davam edir. Bu dövr ərzində qadının yumurtalığında əvvəl estrogen və təxminən 14-cü gündə olan ovulyasiyadan sonra progesteron hormonu ifraz olunur. Beləliklə uşaqlığın daxili pərdəsi (endometrium) hamiləliyi hazırlanır. Ovulyasiyadan sonra yumurta hüceyrəsi uşaqlıqla yumurtalıq arasındakı boruya keçir. Əgər sperma tərəfindən orada döllənərsə, hamiləlik olur və progesteron hormonu ifraz olunmağa davam edir, aybaşı qanaxması olmur. Əgər yumurta hüceyrəsi döllənməzsə progesteron hormonunun ifrazı azalır, beləliklə hamiləliyə hazırlanmış endometrium təbəqəsi yeni aybaşı tsikli və hamiləliyə hazırlanmaq üçün qanaxma yolu ilə xaric olunur. Bəziləri aybaşı qanaxmasını yüngül ağrılarla, bəziləri isə şiddətli sancılarla keçirir.

Aybaşı ağrılarının səbəbi

Uşaqlığın divarı əzələ yığınından ibarətdir və hər aybaşı qanaxmasında əzələlər gərginləşir və ağrı hissi yaranır. Əzələlərin gərginləşməsinə, ağrının olmasına səbəb prostaqladin adlanan maddədir. Aybaşı qanaxması başlayandan etibarən getdikcə ifrazatı azalır və ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 5040 | Əlavə edib: cirtdan-milli | Tarix: 2017.05.15 | Şərhlər (1)


00:04:50
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev