|
Uşaqlarda tez-tez rast gəlinən dərinin allergik xəstəliklərindən biri atopik dermatitdir. Atopik dermatit uşaqların 10-20%-də görülən xroniki bir dəri xəstəliyidir. Əsas əlamətləri qaşıntı, təkrarlayan sulantılı-qaşıntılı qızarıqlıqlar (yaralar) və dəri quruluğudur. Dəridən başqa, alergik astma, alergik rinokonyunktivit bu xəstələrdə daha çox rastlanır.
Sulantılı yaralar körpə uşaqlarda yanaqlarda, 2 yaşdan böyük uşaqlarda qollarda və ayaqlarda, böyüklərdə dirsək çuxuru və diz arxasında yerləşir. Uşaqlarda dəridəki qaşıntı və həssaslıq yuxu pozğunluqlarına və narahatlığa gətirib çıxarır. Atada və ya anada atopik dermatit varsa uşaqda da görülmə ehtimalı artır. Uşaqlarda bu xəstəlik daha çox olmaqla hər yaşda başlaya bilər.
Alergik rinit zamanı burunda tutulma, burun axması, asqırmalar, burunda qaşıntı müşahidə olunur. Bu xəstələrin 50%-də allergik konyunktivit də görülür ki, bu da gözlərdə qızarma, yaşarma, qaşınma ilə xarakterizə olunur. Bu şikayətlər il boyu davam edə biləcəyi kimi, mövsümi xarakter də daşıya bilər. Siqaret tüstüsü, hava kirliliyi, kəskin qoxular, soyuq hava bu şikayətləri artırır.
Vaxtında müalicə olunmazsa, lazım olan tədbirlər görülməzsə bu prosesə infeksiya qoşula bilər. Bu xəstəlikdə dərinin tamlığı pozulduğu üçün allergik kontakt dermatit əmələ gəlmə ehtim
...
Ardını oxu »
|