Analar ÜÇÜN »


Vulva xərçəngi

Adətən, şikayətə səbəb olmur. Ən əsas şikayət isə şiddətli qaşıntının olmasıdır. Ən çox kiçik dodaqlarda rast gəlinir. Törəmə, adətən, qabarıq, ağ, boz, qırmızı, yaxud qəhvə rəngli lokal törəmədir. Xərçəngdən əvvəl 1-ci, 2-ci və 3-cü mərhələ olaraq adlandırılan ilkin törəmələri mövcuddur. Vulva xərçəngi, yəni xarici cinsiyyət orqan xərçəngi qadın genital xərçəngləri arasında uşaqlıq boynu, endometrium xərçəngi, yumurtalıq xərçənglərindən sonra 4-cü yerdə dayanır. Bunun səbəbi olaraq isə Human Papilloma Virusu göstərilir. Human Papilloma Virusu uşaqlıq boynunda xərçəngə yol açan bir virusdur və xarici genital nahiyədə ziyillərə səbəb olur. Xroniki qaşınma, xarici genital bölgənin dərisinin nəmli olması, sintetik alt paltarları və paltarlarda istifadə edilən boyalar və yuyucu maddələr, lokal gigiyenanın pozulması xarici genital nahiyənin bir sıra xəstəliklərinə gətirib çıxarır. Diabet, artıq çəki, yüksək təzyiq kimi xəstəliklər xarici genital nahiyədə xəsrçəngə səbəb olmaqdan çox xərçəngin meydana çıxdığı dövrdə rast gəlinən xəstəliklər olaraq qəbul edilir.

Vagina 8-10 sm uzunluqda əzələli orqandır. Vaginada yaranan xərçəng birbaşa vaginadan başlanğıc götürən və ya digər orqanlardan vaginaya yayılan xərçəng olaraq dəyərləndirilir. Metastatik xərçənglər, yəni digər orqanlardan vaginaya yayılan xərçənglər vaginanın xərçənglərinə nisbətən daha tez-tez təsadüf edilir. Buna görə də vaginada müşahidə edilən xərçəng törəməsi vaginaya a ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2660 | Əlavə edib: cirtdan-milli | Tarix: 2017.06.19 | Şərhlər (0)


00:04:50
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev