Analar ÜÇÜN »


« 1 2 3 4 5 »
Uşaqlarda tez-tez rast gəlinən dərinin allergik xəstəliklərindən biri atopik dermatitdir. Atopik dermatit uşaqların 10-20%-də görülən xroniki bir dəri xəstəliyidir. Əsas əlamətləri qaşıntı, təkrarlayan sulantılı-qaşıntılı qızarıqlıqlar (yaralar) və dəri quruluğudur. Dəridən başqa, alergik astma, alergik rinokonyunktivit bu xəstələrdə daha çox rastlanır.

Sulantılı yaralar körpə uşaqlarda yanaqlarda, 2 yaşdan böyük uşaqlarda qollarda və ayaqlarda, böyüklərdə dirsək çuxuru və diz arxasında yerləşir. Uşaqlarda dəridəki qaşıntı və həssaslıq yuxu pozğunluqlarına və narahatlığa gətirib çıxarır. Atada və ya anada atopik dermatit varsa uşaqda da görülmə ehtimalı artır. Uşaqlarda bu xəstəlik daha çox olmaqla hər yaşda başlaya bilər.

Alergik rinit zamanı burunda tutulma, burun axması, asqırmalar, burunda qaşıntı müşahidə olunur. Bu xəstələrin 50%-də allergik konyunktivit də görülür ki, bu da gözlərdə qızarma, yaşarma, qaşınma ilə xarakterizə olunur. Bu şikayətlər il boyu davam edə biləcəyi kimi, mövsümi xarakter də daşıya bilər. Siqaret tüstüsü, hava kirliliyi, kəskin qoxular, soyuq hava bu şikayətləri artırır.

Vaxtında müalicə olunmazsa, lazım olan tədbirlər görülməzsə bu prosesə infeksiya qoşula bilər. Bu xəstəlikdə dərinin tamlığı pozulduğu üçün allergik kontakt dermatit əmələ gəlmə ehtim ... Ardını oxu »
Böımə: Uzm. Dr. LALƏ MEHDİ | Baxış Sayı: 3361 | Əlavə edib: DrELM | Tarix: 2017.05.30 | Şərhlər (1)

Cinsiyyətin müəyyənləşdirilməsi: Hal-hazırda ən vacib mövzulardan olan qadın və kişinın cinsiyyətinin müəyyənləşdirilməsi istiqamətində son illərdə genetika elminin inkişaf etməsi və hormonların yüksək səviyyədə araşdırılması texnikası artıq daha dəqiq diaqnoz qoymağa kömək edir. İnsanın cinsiyyətinin dəqiq müəyyənləşməsi üçün 8 səviyyədə təsbit edilməsi lazımdır.

• İrsiyyət – xromosomların tədqiqi
• Kişinin və ya qadının yumurtalarının quruluşu – hormon vəziləri
• Qadın və kişidə olan cinsi hormonların həmin cinsə uyğun dəyərlərdə olması – endokrin sistem
• Daxili cinsiyyət orqanlarının cinsə uyğun olması
• Xarici cinsi orqanların və tüklənmə kimi ikinci cinsi xarakterlərin yuxarıdakılara uyğun olması
• Beyin toxumasında cinsi mərkəzdə cinsə xas fərqliliyin olması
• Doğum zamanı tam inkişaf etmiş xarici cinsi orqanlara baxaraq təsbit edilən cinsiyyət
• Həmin şəxsin cinsi baxımdan özünü necə görməsi

Bugünkü məlumatlara görə bir şəxsə qadın və ya kişi demək üçün yuxarıda sadalanan 8 dəyrələndirmənin həmin cinsə uyğun olması lazımdır. Bütün elmi açıqlamalar və təsirlər arasında fərdin cinsiyyətinin əmələ gəlməsində ən mühüm təsir cinsi kimlikdir. Cinsi kimlik sarsıntıları, şübhələr, düzgün olmayan tərbiyələndirmə və dəyərləndirmələr fərdin ruhi sabitliyində, cinsi davranışlarında pozğunluqlara səbəb olur. Ailənin və ya yaxın ətrafın böyüyən uşaqda cinsi kimliyin əmələ gəlməsində təsiri çox böyükdür. Körp ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 4165 | Əlavə edib: cirtdan-milli | Tarix: 2017.05.22 | Şərhlər (0)

Hamilə qadınlarda hansı dəri dəyişikliyinin ortaya çıxacağını öncədən bilmək mümkün deyil. Bəzi ana olmağa hazırlaşan qadınlarda dəridə heç bir dəyişiklik olmazkən, digərlərində bir çox dəyişiklik görülə bilər. Aşağıda qeyd olunanlar tez-tez rastlaşan fizioloji dəri dəyişiklikləridir. Bunlardan başqa dəridə qaşıntı və səpgilərlə müşayiət olunan hər hansı dəyişiklik ortaya çıxarsa mütləq dermatoloqa müraciət etmək lazımdır.

1. Fizioloji dəyişikliklərə ilk növbədə piqmentasiya artışı aiddir. Belə ki süd vəzi ucları (areola), aralıq bölgə və qarın divarındakı orta xətt daha tünd şəkil alır. Üzdə melazma dediyimiz maska bənzəri ləkələr əmələ gəlir. Xalların sayında artış ola bilər. Əsmər xanımlarda piqmentasiya artışına daha çox rast gəlinir. Hamiləlikdən sonra bu əlamətlər geriləsə də tam normal hala dönməyə bilər. Hamiləlik ləkələrindən qorunmaq üçün günəşdən mütləq qorunmaq lazımdır.

2. Fərqli dərəcədə dəridə tüklənmə ola bilər. Bu, plasental androgen hormonların təsiri nəticəsində baş verir və hamiləlik bitdikdən sonra bir neçə ay içərisində geriləyir. Hamiləlik boyu saçlarda gurlaşma, parlaq və dolğun görünüş olur. Bu, uzanmış anagen (böyümə) fazaya bağlıdır. Doğuşdan sonra saç tökülməsiə başlayır və bir neçə ay davam edir. Doğuşdan sonra ən gec 1 ilə qədər saçlar bərpa olmursa dermatoloqa müraciət etmək məsləhətdir.

3. Dırnaqlarda kövrəklik, bəzən dırnaq yatağından ayrılma və qalınlaşma görülməsi fiziolojik əlamətdir.

4. H ... Ardını oxu »
Böımə: Uzm. Dr. LALƏ MEHDİ | Baxış Sayı: 2299 | Əlavə edib: DrELM | Tarix: 2017.05.20 | Şərhlər (0)

Aybaşı olan qadınların yarısından çoxunun hər aybaşı dövründə ən az 1-2 gün ağrısı olur. Ağrı qasıq nahiyəsində sancı, ürək bulanma, qusma, ishal, baş gicəllənmə ilə müşayiət olunursa, gündəlik işləri görməyə mane olursa, bu cür vəziyyət dismenoreya adlanır. İlk öncə aybaşı tsiklini bilmək lazımdır.

Aybaşı tsikli

Bir aybaşı tsikli qanaxmanın ilk günü başlayıb digər qanaxmanın ilk günü qurtarır, təxminən 28 gün davam edir. Bu dövr ərzində qadının yumurtalığında əvvəl estrogen və təxminən 14-cü gündə olan ovulyasiyadan sonra progesteron hormonu ifraz olunur. Beləliklə uşaqlığın daxili pərdəsi (endometrium) hamiləliyi hazırlanır. Ovulyasiyadan sonra yumurta hüceyrəsi uşaqlıqla yumurtalıq arasındakı boruya keçir. Əgər sperma tərəfindən orada döllənərsə, hamiləlik olur və progesteron hormonu ifraz olunmağa davam edir, aybaşı qanaxması olmur. Əgər yumurta hüceyrəsi döllənməzsə progesteron hormonunun ifrazı azalır, beləliklə hamiləliyə hazırlanmış endometrium təbəqəsi yeni aybaşı tsikli və hamiləliyə hazırlanmaq üçün qanaxma yolu ilə xaric olunur. Bəziləri aybaşı qanaxmasını yüngül ağrılarla, bəziləri isə şiddətli sancılarla keçirir.

Aybaşı ağrılarının səbəbi

Uşaqlığın divarı əzələ yığınından ibarətdir və hər aybaşı qanaxmasında əzələlər gərginləşir və ağrı hissi yaranır. Əzələlərin gərginləşməsinə, ağrının olmasına səbəb prostaqladin adlanan maddədir. Aybaşı qanaxması başlayandan etibarən getdikcə ifrazatı azalır və ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 5039 | Əlavə edib: cirtdan-milli | Tarix: 2017.05.15 | Şərhlər (1)

Hal-hazırda evlənmə yaşının artması, hamilə qalmaqda çətinliklər köməkçi reproduktiv texnikalarına olan tələbin artmasına səbəb olmuşdur. Köməkçi vasitələrlə nəsil artırmada ən ən vacib faktor yumurtalıqların keyfiyyəti, yəni yumurta rezervidir. Yumurta rezervini müəyyənləşdirmək və əsas olaraq da cütlüklərin “uşağımız olacaqmı?” sualına cavab verə bilmək üçün müxtəlif analizlər edilə bilər.
Eyni yaşdakı qadınların, hamiləliyin baş tutması üçün istifadə edilən ovulyasiyaya təzyiq göstərən vasitələrə qarşı verdiyi cavablar fərqli fərqlidir, çünki yumurta rezervləri fərqlidir. Azalmış yumurta rezervi eyni yaşdakı bir qadınla müqayisədə ovulyasiyaya təzyiq göstərən vasitələrə verilən cavabın daha az olmasıdır. Ancaq bu da nəzərdə tutulmalıdır ki, yumurta rezervinin azalması hamiləliyin baş tutmaması deyil, sadəcə şansın azalmasını göstərir.
Bəs kimlərdə yumurta rezervi azalmış ola bilər;
-35 yaşdan yuxarı olan qadınlar
-ailəsində erkən menopauza olanlar
-tək yumurtalığı olanlar, yumurtalıqlarından əməliyyat keçirmiş və ya kimya-radioterapiya keçirmişlər
-siqaret çəkənlər

Yumurta rezervini müəyyənləşdirmək üçün hansı kriteriyalara və ya analizlərə müraciət edilir.
-Yaş; ən sadə yol budur. 30 yaşdan etibarən reproduktivlik azalmağa başlayır. Ancaq eyni yaşlardakı qadınlarda rezervin azalmasına baxmayaraq reproduktiv potesialında ciddi fərqliliklər olur. Bu səbəblə, yaş təkbaşına çox uyğun bir üsul deyil, digər analizlər ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 5604 | Əlavə edib: cirtdan-milli | Tarix: 2017.05.01 | Şərhlər (1)

Ovulyasiyadan sonra qarın boşluğuna doğru hərəkət edən yumurta hüceyrəsi uşaqlılqla yumurtalıqlar arasındakı fallop borularının (uşaqlıq borularının) ucundakı fimbriaların köməyi ilə uşaqlığa doğru hərəkət edir. Yumurta hüceyrəsi təxminən 1 gün, sperma isə döllənməyə hazır olaraq qadın vücudunda 3 gün canlı qalır. Ovulyasiyadan 3 gün əvvəlki cinsi əlaqə ilə döllənmə-hamiləlik ola bilər. Təbii ki, döllənmə üçün yumurta hüceyrəsinin sağlam olması mütləqdir, lakin bununla yanaşı, qələm qalınlığında olan uşaqlıq borusunun, yumurtalıq borusundakı yumurta hüceyrəsinin uşaqlığa doğru hərəkətini təmin edən mikroskopik tüklər də sağlam olmalıdır. Hamiləliyin baş tutmaması ilə bağlı həkimə müraciət edən qadınlarda roentgen müayinəsi ilə uşaqlığın daxili pərdəsi və uşaqlıq borusunun vəziyyəti dəyərləndirilir. Lakin uşaqlıq borusunun açıq olduğunu görmək mikroskopik tüklərin sağlam olması demək deyil. Yumurta hüceyrəsi 6 günə yumurtalıqdan uşaqlığa doğru hərəkət edir, yumurta döllənməsə bu gediş tamamlanmır.

Cinsi əlaqədən sonra vaginaya boşalan spermalar ilk öncə uşaqlıq boynundan keçərkən zəif spermalar ələnir. Sağlam və güclü spermalar uşaqlıq boynundan keçərək borulara çatır, təxminən 10 sm olan bu məsafəni sperma 30-60 dəqiqəyə keçir. Özündən 500 dəfə böyük olan yumurta hüceyrəsinə çatan spermaların ən güclüsü təxminən 4 saatlıq mübarizə ilə qalın olan yumurta hüceyrəsinin xarici pərdəsini əridib içinə girir. Bundan sonra isə heç bir sperma yumurta hüceyrəsinə daxil ol ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2750 | Əlavə edib: cirtdan-milli | Tarix: 2017.04.24 | Şərhlər (1)

Qadının yaşı hamilə qalma potensialına təsir edən faktorlar içərisində, bəlkə də, ən əhəmiyyətlisidir. Bütün qadınlar həyatları boyu hər aybaşı dövründə yumurtalıqdan kənarlaşdırılan yumurtaları ilə (təxminən 400 min yumurta ilə) doğulur. Yaş artdıqca yumurtaların sayı, yəni yumurtalıq rezervi azalır. Yumurtaların sayının azalması ilə yanaşı keyfiyyətli yumurtaların sayı da azalır. Bəs `keyfiyyətli yumurta` nədir? Normal xromosomlara və sperma ilə birləşdikdən sonra sağlam bölünmə qabiliyyətinə sahib olan yumurta keyfiyyətli yumurta hesab edilir. Keyfiyyətli yumurtalar daha əvvəlcədən seçilib ovulyasiya prosesində iştirak etdiyi üçün qadının yaşı artdıqca xromosom pozğunluğu olan yumurta hüceyrələri, yəni keyfiyyətsiz yumurta hüceyrələrinin sayı artır. Aybaşı müntəzəm olsa da, hamilə qalma şansı azalır, döllənmə baş tutsa da, uşaq salma və ya daun sindromu kimi problemli hamiləlik şansı artır.

Hər aybaşı dövründə hamilə qalma şansı
15 yaşda 40-50%
25 yaşda 30-35%
35 yaşda 15-20%
45 yaşda 3-5% -dir.

Bəs bu dəqiq qanundurmu? Təcrübülərdə bəzən 20 yaşındakı bir qadının yumurtalıq rezervi kifayət qədər olmadığı üçün sonsuz ola bildiyi halda, 40 yaşındakı bir qadında bunun əksi olan yumurtalıq rezervini müşahidə etmək olar. Bunlar təbbi ki, çox nadir rast gəldiyimiz nümunələrdir , lakin bunu da bilirik ki, eyni yaşda 2 qadının hər hansı bir ayda hamilə qalma ehtimalı, yumurtalıq rezervləri, yumurta hüceyrələrinin keyfiyyəti fər ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2663 | Əlavə edib: cirtdan | Tarix: 2017.04.17 | Şərhlər (0)

Təkrarlanan hamiləlik itkisi (THİ); ən az 2 dəfə ard-arda, 500 qram-dan aşağı və ya hamiləliyin 20 həftəsindən kiçik, öz-özünə düşməsinə deyilir. Qadınların 10-20%-də 1, 2%-də 2, 0,5-1%-də isə ard-arda 3 dəfə uşaq salma olur. Daha əvvəl əgər 20 həftəni keçən hamiləlik tarixçəsi varsa və sonra THİ olubsa bu ikincili THİ olaraq qəbul edilir. Uşaq salma zamanı hamiləliyin neçənci həftəsi olması da vacibdir. Hamiləlik 5 həftədən azdırsa, pre-embrionik, 5-10 həftədirsə, embrionik, 10 həftədən çoxdursa, fetal olaraq qruplaşdırılır. Hamiləlik itkisi hansı mərhələdə olursa olsun, ailələr üçün kədərli vəziyyətdir. Belə bir vəziyyətdə ailələr haqlı olaraq əvvəl “niyə oldu”, sonra “indi nə etməliyəm” sualının cavabını ginekoloqlardan almaq istəyirlər.

VACİB FAKTORLAR
1-Normal olaraq hamiləliklərin 15%-i uşaq salma ilə nəticələnir, 1-2%-i THİ olaraq qarşıya çıxır. Digər bir yanaşma isə bir uşaq salmadan sonra canlı doğuş etmə şansı 80,2%, 2 uşaq salmadan sonra 70-80%, 3 ard-arda uşaq salmadan sonra 50-60%, 4 uşaq salmadan sonra 45%, 5 uşaq salmadan sonra 41%, 6-dan sonra 13%-dir.
2-Qadının yaşı ilə uşaq salma arasında da əlaqə vardır, 30-39 yaş arasında uşaq salma şansı dəyişməsə də 40 yaşdan sonra hamiləliyin uşaq salma ilə nəticələnmə şansı artır.
3-İkincili THİ olan xəstələr arasında da fərq var, əgər ilk hamiləliyi canlı doğumla nəticələnib daha sonra THİ olubsa, ilk uşağı düşən sonra canlı doğumu olan və daha sonra yenidən THİ olan xəstənin vəziyyə ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2591 | Əlavə edib: cirtdan-milli | Tarix: 2017.04.10 | Şərhlər (0)

Həm kişidə, həm də qadında çoxalma funksiyası xəta qəbul etməyən sistemə malikdir. Bu sistemin hər hansı bir mərhələsindəki xəta, təxminən 15-20% cütlükdə sonsuzluğa səbəb olur. Birincili sonsuzluq daha əvvəl hamiləlik tarixçəsi olmayana, ikincili sonsuzluq isə ən az bir dəfə doğuşu olmasa da, hamiləlik keçirmiş şəxslərə deyilir.Sonsuzluğun səbəbi qadında və kişidə bərabər səviyyədədir və boru-periton pozğunluqlarıdır.

Hal-hazırda həm kişilər, həm də qadınlar uşaq sahibi olmaq istəklərini təxirə salırlar və bunun nəticəsi olaraq da yumurtalıqların həm keyfiyyəti, həm də rezervi azalır, qadında ovulyasiyada qüsurlar yaranır. Hamilə qaldıqda isə erkən uşaq salma hallarının sayı artır. Bununla yanaşı, cinsi yolla yoluxan xəstəliklərin çoxalması, miomalar və ya endometrioz xəstəliklərin rast gəlinmə tezliyinin artması reproduktiv funksiyaya mənfi təsir göstərir.

Bir başqa problem isə sonsuzluqlabağlı aparılan analiz üsullarının bahalı olması və cütlüyü stresə salmasıdır. Bu barədə həkimlər cütlükləri məlumatlandırmalı, lazımlı analizləri vaxtında etməli və psixoloji dəstəyin çox vacib olduğunu unutmamalıdırlar. Həkimlər etibar qazanmadıqda bir çox cütlük həkim dəyişdirmək məcburiyyətində qalır, bu da həm maddi, həm də psixoloji olaraq cütlüyə mənfi təsir göstərir.

Sonsuzluq dəyərləndirildikdə:
-səbəb araşdırılmalıdır.
-cütlüyə uyğun müalicə formaları məsləhət görülməlidir, yaddan çıxarmaq olmaz ki, hər cütlüyün müalicə sxeması ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2388 | Əlavə edib: cirtdan-milli | Tarix: 2017.04.03 | Şərhlər (0)

İlk dəfə 1935-ci ildə Steyn və Leventhal tərəfindən aşkarlanan yumurtalığın polikistozu sindromu diaqnozu üçün aşağıdakı 3 əlamətdən hamısının və ya ən az ikisinin olması şərtdir:
-kliniki və ya biokimyəvi hiperandrogenizm, yəni kişi tipli tüklənmə və ya qanda kişi hormonunun artması
-xroniki anovulyasiya, yəni uzun müddət davam edən ovulyasiya qüsuru
-polikistoz görünüşlü yumurtalıqlar.
Kliniki olaraq yaratdığı problemlər dəqiqdir, ancaq bu problemləri yaradan patofizioloji mexanizm tam dəqiq deyil.
Klinik mənzərə
Hirsutizm – ən çox bəlli olan və rast gəlinən xüsusiyyətidir. Tüklərin inkişaf sürəti əhəmiyyətlidir. Yavaş inkişafı funksional, ancaq sürətli inkişafı tumoral vəziyyətin əlaməti ola bilər. PKYS-da tüklənmənin inkişafı adətən, üz, üst dodaq və çənədə olur, ancaq qasıq nahiyəsindəki tüklənmədən asılı olaraq qasıqdan göbəyə doğru tüklənmədə artma ola bilər. Daha ciddi hallarda döş qəfəsində də tüklənmə olur. Hipotiroid və obezlik də varsa, kişi hormonunun qanda bağlandığı SHBG-i azaldaraq sərbəst hərəkət edən, beleliklə də aktiv olan kişi hormonunun artması ilə bağlı olaraq tüklənməni artırırlar.

Aybaşının qeyri-müntəzəm və seyrək aralıqlarla olmasına səbəb olur. Aybaşı qanaxmasının nizamını ehtimal etmək çətindir, çünki yetkinlik yaşındakı ilk aybaşından sonra olduğu kimi nizamsız olur.Ovulyasiyanın baş tutmaması estrogen ifrazatının azalmasına səbəb olur, bunun nəticəsi olaraq da endometrium qalınlaşır. Bu isə ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2886 | Əlavə edib: cirtdan-milli | Tarix: 2017.03.27 | Şərhlər (0)

Uşaq sahibi olmaq bəziləri üçün asan olarkən bəziləri üçün isə bu uzun və zəhmətli müddət tələb edir. Lakin o da qeyd edilməlidir ki, hal-hazırda mütləq sonsuzluq yox deyiləcək qədər azdır. Təbii yolla, süni mayalanma ilə, hətta yumurta-sperma köçürülməsi ilə hamiləliyə sahib olmaq olar. Partnyorlar hamiləlik planlayarkən ən başından bəri onların yanında olub düzgün yönləndirmək, qarışıq-bahalı üsullardan istifadə etmədən də baş tutan hamiləliyin müsbət olduğunu söyləyə bilmək, ultrasəs müayinəsi ilə ilk dəfə körpələrini gördükdə yaşadıqları sevinc duyğusunu hiss edə bilmək çox vacibdir.

Uşaq sahibi olmaq üçün həkimə müraciət etmək, dərman istifadə etmək əhəmiyyətlidir, lakin bu müddətdə qadın öz vücudunu yaxşı tanımalıdır. Həyat tərzlərindəki dəyişkənliklər, düzgün qidalanma həm hamilə qalmağı asanlaşdırır, həm də hamiləliyin sağlam keçməsinə kömək edir. Ən mühüm məsələ olaraq qeyd etmək lazımdır ki, bu dövrdə cütülüklər normal vərdişlərini tərgitməli və həyatlarına laqeyd yanaşmamağa səy göstərməlidirlər. İnanın ki,stres və gərginlik sizə kömək etməyəcək.

Təəssüf ki, bir çox cütlüklər nəsil artırma barəsində kifayət qədər informasiyaya sahib olmurlar, hətta bəzən uzun müddətdir uşaq sahibi olmaq istəyən cütülüklər belə bu barədə məlumatsız olur. Reproduktiv (nəsil artırma) sistemin necə işləməsini bilmək bu işin əlifbasını bilmək kimidir. Sağlam bir qadın 2 yumurtalıq və tərkibində 2 milyon yumurta hüceyrəsi ilə doğulur. Yumurta hüceyrələrin təxmi ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2198 | Əlavə edib: cirtdan-milli | Tarix: 2017.03.13 | Şərhlər (0)

Bir il ərzində hər hansı kontraseptivlərdən (hamiləlik əleyhinə vasitələrdən) istifadə etmədən cinsi əlaqə hamiləliklə nəticələnmirsə, sonsuzluqdan şübhələnmək olar.Ancaq qadının yaşı 35 və ya 35 yaşdan yuxarıdırsa, bu müddət, adətən, 6 ay olaraq qəbul edilir. Bu şikayətlə bağlı müraciət edəncütlüklərin 30%-də sonsuzluqla bağlı aparılan analizlərdə hər hansı bir problem ortaya çıxmır. Bu cür sonsuzluq səbəbi açıqlana bilməyən sonsuzluq adlanır. Bununla yanaşı, bu problemlə üzləşən cütlüklərin reproduktiv potensialı da az olur. 35 yaşdan kiçik olan qadınlarda hamilə qalma şansı 20% olduğu halda, belə qadınlarda 1,3-4,1%-dir. Yəni hamiləlik normal haldan daha gec olur.

Diaqnoz

Sonsuzluqla bağlı müraciət edən cütlüklərin analizlərində hər hansı bir problemlə üzləşməyən bir qrup insanların olduğunu qeyd etmişdik, yəni bu qrupdakı cütlüklər sağlam ovulyasiyaya sahib olurlar, sperma sayıvə hərəkətliliyi normal, reproduktiv kanallar açıq, endometriumun səthi isəhamar olur. Yaxın zamanlara qədər əsas sonsuzluq analizləribədən temperaturunun izlənməsi, spermioqram, HSG, postkoital analiz, endometrium biopsiyası, laparoskopiyadan ibarət idi. Ancaq indi postkoital analiz, endometrium biopsiyası və diaqnostik laparoskopiya mübahisəlidir.Bununla yanaşı, hər kəsin üzərində durduğu standard bir sonsuzluq analiz protokolu da yoxdur.

Müalicə


İzah oluna bilməyən sonsuzluq qrupuna daxil olan cütlüklər müalicəsiz, ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2531 | Əlavə edib: cirtdan-milli | Tarix: 2017.03.06 | Şərhlər (0)


00:05:15
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev