Analar ÜÇÜN » 2017 » May » 15 » Aybaşı ağrısı və müalicəsi
15:32
Aybaşı ağrısı və müalicəsi
Aybaşı olan qadınların yarısından çoxunun hər aybaşı dövründə ən az 1-2 gün ağrısı olur. Ağrı qasıq nahiyəsində sancı, ürək bulanma, qusma, ishal, baş gicəllənmə ilə müşayiət olunursa, gündəlik işləri görməyə mane olursa, bu cür vəziyyət dismenoreya adlanır. İlk öncə aybaşı tsiklini bilmək lazımdır.

Aybaşı tsikli

Bir aybaşı tsikli qanaxmanın ilk günü başlayıb digər qanaxmanın ilk günü qurtarır, təxminən 28 gün davam edir. Bu dövr ərzində qadının yumurtalığında əvvəl estrogen və təxminən 14-cü gündə olan ovulyasiyadan sonra progesteron hormonu ifraz olunur. Beləliklə uşaqlığın daxili pərdəsi (endometrium) hamiləliyi hazırlanır. Ovulyasiyadan sonra yumurta hüceyrəsi uşaqlıqla yumurtalıq arasındakı boruya keçir. Əgər sperma tərəfindən orada döllənərsə, hamiləlik olur və progesteron hormonu ifraz olunmağa davam edir, aybaşı qanaxması olmur. Əgər yumurta hüceyrəsi döllənməzsə progesteron hormonunun ifrazı azalır, beləliklə hamiləliyə hazırlanmış endometrium təbəqəsi yeni aybaşı tsikli və hamiləliyə hazırlanmaq üçün qanaxma yolu ilə xaric olunur. Bəziləri aybaşı qanaxmasını yüngül ağrılarla, bəziləri isə şiddətli sancılarla keçirir.

Aybaşı ağrılarının səbəbi

Uşaqlığın divarı əzələ yığınından ibarətdir və hər aybaşı qanaxmasında əzələlər gərginləşir və ağrı hissi yaranır. Əzələlərin gərginləşməsinə, ağrının olmasına səbəb prostaqladin adlanan maddədir. Aybaşı qanaxması başlayandan etibarən getdikcə ifrazatı azalır və bu səbəbdən ağrı gedərək azalır.

Birincili dismenoreya
Demək olar ki, ilk aybaşı olmağa başladığınız zaman qarşılaşa biləcəyiniz mənzərədir. Bir çox qadında yaş artdıqca və doğumdan sonra aybaşılar daha ağrısız olmağa başlayır.

İkincili dismenoreya
Bu mənzərənin yaranmasına səbəb isə bəzi xəstəliklərdir. Əvvəllər aybaşı ağrısız olduğu halda daha sonra sancılı ağrılar müşahidə edilir. Ağrı daha uzun müddət davam edir, ağrı aybaşı qanaxmasından əvvəl başlayıb şiddətini artıraraq qanaxmadan sonra da davam edə bilər. Bunun ən əsas səbəbi uşaqlıq divarındakı miomalar və endometrium təbəqəsinin uşaqlıqdan kənarda – yumurtalıqlarda, uşaqlıq borularında və s. bölgələrdə əmələ gəlməsi, yəni endometriozdur. Xüsusilə aybaşı başlamamışdan əvvəl başlayıb qanaxmadan sonra da davam edən sancının səbəbi endometriozdur.

Diaqnoz-Müalicə

Müayinə edilərək diaqnoz qoyulur. Bəzən müayinədən sonra laparoskopik əməliyyata ehtiyac duyulur. Bütün diaqnostik müayinələrə baxmayaraq aybaşı ağrısının səbəbi məlum olmaya bilər. Bu vəziyyətdə ən uyğun müalicə xəstənin özü ilə danışılaraq seçilir.

Müalicənin xəstətənin özü ilə danışılaraq təyin edilməsinin əsas məqsədi hamilə qalmağı düşünüb-düşünməməsi ilə bağlıdır. Çünki hər iki halda təyin ediləcək müalicələr bir-birindən kəskin fərqlənir.
- Əgər qanaxmanın və ağrının başladığı anda ağrıkəsiciləri qəbul etməyə başlasanız təsir daha böyük olar. Hətta ürək bulanma və ishal kimi şikayətlərin də qarşısı alına bilər.
- Əgər hamiləlik planlaşdırılmırsa, hormonal üsuldan istifadə edilə bilər. Hormonal dərmanlar istifadə edildiyi müddətdə mioma və ya endometrioz kimi xəstəliklərin inkişafı da dayanır.
- Əgər mioma və endometrioz varsa, bir seçim də onların çıxarılmasıdır. Əgər vəziyyət çox ciddidirsə, ən son seçim olaraq uşaqlıq cərrahi olaraq götürülür.
-Masaj, akupunktur, B1 vitamini kimi bir çox alternativ müalicə üsulları vardır. Bununla yanaşı məşq, isti kompress, yoqa kimi meditasiya etməklə fayda görənlər də vardır.

Uzm. Dr. HAKAN TANRIVERDİ

© http://cirtdan.tv/


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 5038 | Əlavə edib: cirtdan-milli | Teqlər: Hakan, , müalicəsi, ağrısı, Aybaşı | Reytinq: 5.0/1
Şərh sayı: 1
Nise Seyfullayeva Spam
cox faydali melumatlardi
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:01:10
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev