Analar ÜÇÜN » 2017 » İyun » 19 » GENİTAL XƏRÇƏNGLƏR
09:24
GENİTAL XƏRÇƏNGLƏR
Vulva xərçəngi

Adətən, şikayətə səbəb olmur. Ən əsas şikayət isə şiddətli qaşıntının olmasıdır. Ən çox kiçik dodaqlarda rast gəlinir. Törəmə, adətən, qabarıq, ağ, boz, qırmızı, yaxud qəhvə rəngli lokal törəmədir. Xərçəngdən əvvəl 1-ci, 2-ci və 3-cü mərhələ olaraq adlandırılan ilkin törəmələri mövcuddur. Vulva xərçəngi, yəni xarici cinsiyyət orqan xərçəngi qadın genital xərçəngləri arasında uşaqlıq boynu, endometrium xərçəngi, yumurtalıq xərçənglərindən sonra 4-cü yerdə dayanır. Bunun səbəbi olaraq isə Human Papilloma Virusu göstərilir. Human Papilloma Virusu uşaqlıq boynunda xərçəngə yol açan bir virusdur və xarici genital nahiyədə ziyillərə səbəb olur. Xroniki qaşınma, xarici genital bölgənin dərisinin nəmli olması, sintetik alt paltarları və paltarlarda istifadə edilən boyalar və yuyucu maddələr, lokal gigiyenanın pozulması xarici genital nahiyənin bir sıra xəstəliklərinə gətirib çıxarır. Diabet, artıq çəki, yüksək təzyiq kimi xəstəliklər xarici genital nahiyədə xəsrçəngə səbəb olmaqdan çox xərçəngin meydana çıxdığı dövrdə rast gəlinən xəstəliklər olaraq qəbul edilir.

Vagina 8-10 sm uzunluqda əzələli orqandır. Vaginada yaranan xərçəng birbaşa vaginadan başlanğıc götürən və ya digər orqanlardan vaginaya yayılan xərçəng olaraq dəyərləndirilir. Metastatik xərçənglər, yəni digər orqanlardan vaginaya yayılan xərçənglər vaginanın xərçənglərinə nisbətən daha tez-tez təsadüf edilir. Buna görə də vaginada müşahidə edilən xərçəng törəməsi vaginaya aid olub-olmaması üçün metastaza səbəb ola biləcək digər orqanlar da araşdırılmalıdır. Müalicədə, əsasən şüa terapiyasına üstünlük verilir.
Uşaqlıq yolundakı xərçəngdən əvvəlki törəmələr
Vaginal yaxma və kolposkopiyanın uşaqlıq boynunun xərçənglərinin araşdırılmasında geniş istifadə edilməsi uşaqlıq boynu xərçənginə gətirib çıxaran xərçəngdən əvvəlki törəmərələrin erkən diaqnozunu nəzərə çarpacaq qədər asanlaşdırmışdır və bu cür patologiyanın inkişaf prosesinin işıqlandırmasına səbəb olmuşdur.

Endometrium xərçəngi

Endometrium xərçənginin ən mühüm klinik əlaməti normal olmayan postmenopauzal qanaxmadır, yəni menopauzadan sonrakı dövrdə qanaxmanın olmasıdır. Qanaxma qəhvə rəngli sulu axıntı formasında olur.
Yumurtalıq xərçəngi
Ginekoloji xərçənglər arasında ən qorxulusudur. Çünki xəstəlik müəyyən mərhələyə çatmadan hər hansı bir əlamət göstərmir. Yumurtalıq xərçənginin erkən diaqnozunda istifadə ediləcək hər hansı bir üsul hələ aşkarlanmamışdır. Bununla yanaşı, xəstəliyə səbəb olan faktorların da hələ bilinməməsi bu xəstəlikdən qorunma üsulunun da tapılmasına mane olur. Bunun üçün xəstəliyin rastlanma tezliyini azaltmaq mümkün olmur və təsbit olunmuş xərçəngli xəstələrdə kifayət dərəcədə müalicə aparıla bilmir. Beləliklə, yumurtalıq xərçəngi hal-hazırda çox böyük problem olaraq qalır. Evlənməmiş, ana olmamış və ya hamilə qalmamış qadınlarda yumurtalıq xərçəngi daha çox müşahidə edilir.


Yumurtalığa metastaz verən xərçənglər

Yumurtalıq ağciyər və qaraciyər kimi daha tez metastaza məruz qalan orqanlardandır. Yumurtalıq xərçənginin təxminən 20%-i digər orqanlarda əmələ gələn xərçəng hüceyrəsinin metastazının nəticəsi olaraq ortaya çıxır. Hər hansı bir orqanında xərçəng hüceyrəsi olan qadında yumurtalığa metastaz vermə ehtimalı təxminən 30%-dir.


Uşaqlıq borularının xərçəngi

Bütün ginekoloji xərçənglərin 1/3-ni təşkil edir. Əvvəllər uşaqlıq borularında əmələ gələn xərçəngin əsas səbəbi olaraq sonsuzluq, bətndaxili infeksiyalar və vərəm göstərilirdisə, bu gün bunun belə olmadığı məlumdur. Uşaqlıq borusundakı xərçəng hüceyrəsi çox hallarda borunun xaricində müşahidə edilir. Bu zaman borularda genişlənmələr ola bilər. Adətən, 18-87 yaş aralarında müşahidə edilən bu xərçəngin orta hesabla rast gəlinmə yaşı 55-dir. Ən çox rast gəlinən əlaməti axıntı və qanaxmadır. Ağrı müşahidə edilən şikayətlər arasında üçüncü yerdə durur. Ağrının aralıqlarla və sıxılma xarakterli olmasının əsas səbəbi bədənin müqavimət göstərib xərçəng toxumasını özündən kənarlaşdırmaq istəmisindən qaynaqlanır. Müayinə zamanı ən çox müşahidə edilən əlamət kütlənin təsbit edilməsidir. Müalicəsi isə cərrahiyə, şüaterapiya və kimyaterapiyanın birlikdə istifadəsidir.

Uzm. Dr. HAKAN TANRIVERDİ
© http://cirtdan.tv/


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 2651 | Əlavə edib: cirtdan-milli | Teqlər: Hakan, GENİTAL, XƏRÇƏNGLƏR | Reytinq: 5.0/1
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:01:41
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev