Analar ÜÇÜN » 2017 » Fevral » 27 » HƏYAT TƏRZİ VƏ NƏSİL ARTIRMA QABİLİYYƏTİ
09:27
HƏYAT TƏRZİ VƏ NƏSİL ARTIRMA QABİLİYYƏTİ
Hal-hazırda qadınlar təhsil və iş həyatı ilə bağlı uşaq sahibi olmaq istəklərini təxirə salırlar. Ancaq istədikləri zaman, təbii olaraq, dərhal olmasını istəyirlər. O zamana qədər uşaq sahibi olmamaq üçün qorunan və həmin müddəti nəzarət altında saxlaya bilən qadın uşaq sahibi olmaq istədiyi zaman, bu planlarına uymadıqda stress yaşayırlar, əhval-ruhiyələri pozulur, bu da həmin müddəti nəzarət altında saxlamağa imkan vermir.

Təbii yollarla hamilə qalma şansını artıra bilmək üçün əvvəl reproduktiv sistemin necə işləməsini bilmək lazımdır. Bir cütülüyün hamilə qalma şansı hər ay üçün ayrı-ayrı 20-25%-dir. Hər 100 nəsil artırma qabiliyyəti olan cütlükdən 20-si ilk ay, 16-sı isə 2 ay sonra hamilə qalır, 1-ci ilin sonunda isə 100 cütlüyün 85-i hamilə qalır.
Qadında və kişidə nəsil artırma qabiliyyətinə təsir edən bir çox faktorlar var. Hamiləliyi planlaşdırarkən bu faktorları bilmək əhəmiyyətlidir. Bəs yoldaşınızla bərabər ginekoloqa müraciət etməmişdən əvvəl hansı faktorları bilməlisiniz və hansı faktorların öhdəsindən gələ bilərsiniz?

-Yaş; yaşla bərabər nəsil artırma qabiliyyəti azalır, 35 yaşdan aşağı 1 il, 35 yaşdan yuxarı 6 ay ərzində hamilə qalmaq mümkün deyilsə, deməli sizin köməyə ehtiyacınız var, gecikmədən bizə müraciət edin.

-Kilo;kilonuz boyunuza görə məsləhət görülən çəkidən az və ya çoxdursa, çalışın ki məsləhət görülən kiloya çatasınız.
-Aybaşı tarixçəniz; aybaşınız 23 gündən qısa və ya 35 gündən uzundursa, qanaxmanız 7 gündən uzundursa, xüsusilə də aybaşınız daha sonra sancılı olmağa başlayıbsa, gözləmədən ginekoloqa müraciət etməlisiniz.

-Cinsi əlaqə; həftədə 2 dəfədən az olan əlaqə hamilə qala bilmək üçün kifayt deyil. Ağrılı cinsi əlaqə, həmçinin, nəsil artırma qabiliyyətinə mənfi təsir edən bəzi xəstəliklərin əlaməti ola bilər.
-Zərərli adətlər; siqaret və spirt qəbulu həm qadın, həm də kişidə nəsil artırma qabiliyyətinə mənfi təsir göstərdiyindən bu müddətdə istifadə edilməməlidir. Bununla yanaşı, müntəzəm olaraq edilən idman məşqləri müsbət təsir göstərsə də, həftədə 2 dəfə edilən ağır, professional idman mənfi təsir göstərir.
-Ailə tarixçəsi; ailədə erkən menopauza varsa, vaxt itirmədən ginekoloqa müraciət etməlisiniz.
-Tibbi tarixçəniz; qalxanabənzər vəzi, hipofiz vəzisi, reproduktiv orqanlarla bağlı həyata keçirilən əməliyyatlar nəsil artırma qabiliyyətinə təsir göstərə bilər. Bu məsələni vaxt itirmədən ginekoloqunuzla bölüşməlisiniz.
-Hamiləlik tarixçəsi; daha əvvəl hamilə qalmağınız müsbət haldır. Ancaq 2 və ya daha artıq uşaq salma, uşaqlıqdankənar hamiləlik, öz arzusu ilə edilmiş abortlar əhəmiyyətlidir. Bu cür məsələlər barədə ginekoluqunuza məlumat verməlisiniz.

Yuxarıdakı faktorlarla bağlı edəcəyiniz müsbət dəyişkənliklər və ya alacağınız tibbi yardım istisna olmaqla, hamilə qalmağı planlaşdırdıqda ətraf mühitlə bağlı diqqətiniz daha çox artır və bir çox hamilə qadını daha tez fərq edirsiniz. Bəlkə də bir müddət hamilə qala bilmədikdə əhval ruhiyəniz pozulur. Bununla yanaşı, hamiləliyi planlaşdırdığınızı fərq edən dostlarınız, ailə fərdləriniz sizə, xoş niyyətlə də olsa, lazımlı lazımsız üsullarla və fikirlərlə sizi təzyiq altında saxlayacaqlar. Bu məqamda məsləhətim hamilə qalma müddətində hadisənin cütlüklərin arasında qalması, beləliklə də lazımlı lazımsız fikirlərin və məsləhətlərin qarşısının alınması, sosial həyatın əvvəlki kimi davam etməsi və hamiləliyin həyatın normal axımı olaraq inkişaf etməsidir.

Tez-tez belə müşahidələrim olur ki, adətən qadınlar araşdırıb nəsil artırma qabiliyyəti ilə bağlı kitab oxumağa, vitamin qəbul etməyə, nəsil artırma qabiliyyətini artırmaq üçün həyat tərzini dəyişməyə, hətta zövq aldığı şeylərdən imtina etməyə başlayır və bunu yoldaşlarından da gözləyirlər. Ancaq balanslı rəftar etmək çox əhəmiyyətlidir. Bu balansı hamilə qalma müddətində cütlüklərin əlaqəsində də təmin etmək mühüm əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl qeyd etməliyəm ki, praktikamda da müşahidə etdiyim qədəri ilə bü müddətdə ər-arvadın prioritetləri eyni olmur, bir tərəfin həddindən çox istəyi, tələsməsi qarşı tərəfdə stressə səbəb olaraq həmin müddəti çətinləşdirir. Buna görə də cütlüklər bir-birilərini başa düşüb aralarında yaranan anlaşılmazlığın problem halına gətirilməsinin qarşısını almalıdırlar. Hisslər, narahatlıqları bölüşməli və ən vacibi cinsi həyat, əlaqə sadəcə uşaq üzərində qurulmamalı, bir vəzifə kimi yaşanılmamalıdır. Əlbəttə ki ovulyasiya günlərinə nəzarət edin, ancaq o günlərdən də savayı bir həyatınızın olduğunu unutmayın, ovulyasiya günləri proqnozdur, o günlərdən də savayı hamilə qalmaq mümkündür.

Uzm. Dr. HAKAN TANRIVERDİ

© http://cirtdan.tv/


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 2387 | Əlavə edib: cirtdan-milli | Teqlər: Hakan, , QABİLİYYƏTİ, TƏRZİ, HƏYAT, ARTIRMA, NƏSİL | Reytinq: 5.0/1
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:01:31
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev