Analar ÜÇÜN » Uzm. Dr. Hakan Tanriverdi


« 1 2 3 4 »
İlk dəfə 1935-ci ildə Steyn və Leventhal tərəfindən aşkarlanan yumurtalığın polikistozu sindromu diaqnozu üçün aşağıdakı 3 əlamətdən hamısının və ya ən az ikisinin olması şərtdir:
-kliniki və ya biokimyəvi hiperandrogenizm, yəni kişi tipli tüklənmə və ya qanda kişi hormonunun artması
-xroniki anovulyasiya, yəni uzun müddət davam edən ovulyasiya qüsuru
-polikistoz görünüşlü yumurtalıqlar.
Kliniki olaraq yaratdığı problemlər dəqiqdir, ancaq bu problemləri yaradan patofizioloji mexanizm tam dəqiq deyil.
Klinik mənzərə
Hirsutizm – ən çox bəlli olan və rast gəlinən xüsusiyyətidir. Tüklərin inkişaf sürəti əhəmiyyətlidir. Yavaş inkişafı funksional, ancaq sürətli inkişafı tumoral vəziyyətin əlaməti ola bilər. PKYS-da tüklənmənin inkişafı adətən, üz, üst dodaq və çənədə olur, ancaq qasıq nahiyəsindəki tüklənmədən asılı olaraq qasıqdan göbəyə doğru tüklənmədə artma ola bilər. Daha ciddi hallarda döş qəfəsində də tüklənmə olur. Hipotiroid və obezlik də varsa, kişi hormonunun qanda bağlandığı SHBG-i azaldaraq sərbəst hərəkət edən, beleliklə də aktiv olan kişi hormonunun artması ilə bağlı olaraq tüklənməni artırırlar.

Aybaşının qeyri-müntəzəm və seyrək aralıqlarla olmasına səbəb olur. Aybaşı qanaxmasının nizamını ehtimal etmək çətindir, çünki yetkinlik yaşındakı ilk aybaşından sonra olduğu kimi nizamsız olur.Ovulyasiyanın baş tutmaması estrogen ifrazatının azalmasına səbəb olur, bunun nəticəsi olaraq da endometrium qalınlaşır. Bu isə ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2637 | Əlavə edib: cirtdan-milli | Tarix: 2017.03.27 | Şərhlər (0)

Uşaq sahibi olmaq bəziləri üçün asan olarkən bəziləri üçün isə bu uzun və zəhmətli müddət tələb edir. Lakin o da qeyd edilməlidir ki, hal-hazırda mütləq sonsuzluq yox deyiləcək qədər azdır. Təbii yolla, süni mayalanma ilə, hətta yumurta-sperma köçürülməsi ilə hamiləliyə sahib olmaq olar. Partnyorlar hamiləlik planlayarkən ən başından bəri onların yanında olub düzgün yönləndirmək, qarışıq-bahalı üsullardan istifadə etmədən də baş tutan hamiləliyin müsbət olduğunu söyləyə bilmək, ultrasəs müayinəsi ilə ilk dəfə körpələrini gördükdə yaşadıqları sevinc duyğusunu hiss edə bilmək çox vacibdir.

Uşaq sahibi olmaq üçün həkimə müraciət etmək, dərman istifadə etmək əhəmiyyətlidir, lakin bu müddətdə qadın öz vücudunu yaxşı tanımalıdır. Həyat tərzlərindəki dəyişkənliklər, düzgün qidalanma həm hamilə qalmağı asanlaşdırır, həm də hamiləliyin sağlam keçməsinə kömək edir. Ən mühüm məsələ olaraq qeyd etmək lazımdır ki, bu dövrdə cütülüklər normal vərdişlərini tərgitməli və həyatlarına laqeyd yanaşmamağa səy göstərməlidirlər. İnanın ki,stres və gərginlik sizə kömək etməyəcək.

Təəssüf ki, bir çox cütlüklər nəsil artırma barəsində kifayət qədər informasiyaya sahib olmurlar, hətta bəzən uzun müddətdir uşaq sahibi olmaq istəyən cütülüklər belə bu barədə məlumatsız olur. Reproduktiv (nəsil artırma) sistemin necə işləməsini bilmək bu işin əlifbasını bilmək kimidir. Sağlam bir qadın 2 yumurtalıq və tərkibində 2 milyon yumurta hüceyrəsi ilə doğulur. Yumurta hüceyrələrin təxmi ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2061 | Əlavə edib: cirtdan-milli | Tarix: 2017.03.13 | Şərhlər (0)

Bir il ərzində hər hansı kontraseptivlərdən (hamiləlik əleyhinə vasitələrdən) istifadə etmədən cinsi əlaqə hamiləliklə nəticələnmirsə, sonsuzluqdan şübhələnmək olar.Ancaq qadının yaşı 35 və ya 35 yaşdan yuxarıdırsa, bu müddət, adətən, 6 ay olaraq qəbul edilir. Bu şikayətlə bağlı müraciət edəncütlüklərin 30%-də sonsuzluqla bağlı aparılan analizlərdə hər hansı bir problem ortaya çıxmır. Bu cür sonsuzluq səbəbi açıqlana bilməyən sonsuzluq adlanır. Bununla yanaşı, bu problemlə üzləşən cütlüklərin reproduktiv potensialı da az olur. 35 yaşdan kiçik olan qadınlarda hamilə qalma şansı 20% olduğu halda, belə qadınlarda 1,3-4,1%-dir. Yəni hamiləlik normal haldan daha gec olur.

Diaqnoz

Sonsuzluqla bağlı müraciət edən cütlüklərin analizlərində hər hansı bir problemlə üzləşməyən bir qrup insanların olduğunu qeyd etmişdik, yəni bu qrupdakı cütlüklər sağlam ovulyasiyaya sahib olurlar, sperma sayıvə hərəkətliliyi normal, reproduktiv kanallar açıq, endometriumun səthi isəhamar olur. Yaxın zamanlara qədər əsas sonsuzluq analizləribədən temperaturunun izlənməsi, spermioqram, HSG, postkoital analiz, endometrium biopsiyası, laparoskopiyadan ibarət idi. Ancaq indi postkoital analiz, endometrium biopsiyası və diaqnostik laparoskopiya mübahisəlidir.Bununla yanaşı, hər kəsin üzərində durduğu standard bir sonsuzluq analiz protokolu da yoxdur.

Müalicə


İzah oluna bilməyən sonsuzluq qrupuna daxil olan cütlüklər müalicəsiz, ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2414 | Əlavə edib: cirtdan-milli | Tarix: 2017.03.06 | Şərhlər (0)

Hal-hazırda qadınlar təhsil və iş həyatı ilə bağlı uşaq sahibi olmaq istəklərini təxirə salırlar. Ancaq istədikləri zaman, təbii olaraq, dərhal olmasını istəyirlər. O zamana qədər uşaq sahibi olmamaq üçün qorunan və həmin müddəti nəzarət altında saxlaya bilən qadın uşaq sahibi olmaq istədiyi zaman, bu planlarına uymadıqda stress yaşayırlar, əhval-ruhiyələri pozulur, bu da həmin müddəti nəzarət altında saxlamağa imkan vermir.

Təbii yollarla hamilə qalma şansını artıra bilmək üçün əvvəl reproduktiv sistemin necə işləməsini bilmək lazımdır. Bir cütülüyün hamilə qalma şansı hər ay üçün ayrı-ayrı 20-25%-dir. Hər 100 nəsil artırma qabiliyyəti olan cütlükdən 20-si ilk ay, 16-sı isə 2 ay sonra hamilə qalır, 1-ci ilin sonunda isə 100 cütlüyün 85-i hamilə qalır.
Qadında və kişidə nəsil artırma qabiliyyətinə təsir edən bir çox faktorlar var. Hamiləliyi planlaşdırarkən bu faktorları bilmək əhəmiyyətlidir. Bəs yoldaşınızla bərabər ginekoloqa müraciət etməmişdən əvvəl hansı faktorları bilməlisiniz və hansı faktorların öhdəsindən gələ bilərsiniz?

-Yaş; yaşla bərabər nəsil artırma qabiliyyəti azalır, 35 yaşdan aşağı 1 il, 35 yaşdan yuxarı 6 ay ərzində hamilə qalmaq mümkün deyilsə, deməli sizin köməyə ehtiyacınız var, gecikmədən bizə müraciət edin.

-Kilo;kilonuz boyunuza görə məsləhət görülən çəkidən az və ya çoxdursa, çalışın ki məsləhət görülən kiloya çatasınız.
-Aybaşı tarixçəniz; aybaşınız 23 gündən qısa və ya 35 gündən uzundursa, qanax ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2088 | Əlavə edib: cirtdan-milli | Tarix: 2017.02.27 | Şərhlər (0)

Aşılama, yəni uşaqlıq daxilinə inseminasiya kişidən alınan spermanın xüsusi üsullarla seçilib xüsusi maye içinə qoyulan hərəkətli spermaların birbaşa uşaqlıq daxilinə yeridilməsidir. Beləliklə, daha sağlam, hərəkətlivə daha yaxşı cəmlənmiş sperma qrupu uşaqlıq boynunu keçmək problemi də aşılaraq lazım olan yumurtalara daha yaxın nöqtəyə ən uyğun zamanda yerləşdirilməsidir.
Kimlərə tətbiq edilir?
Aşılama sonsuzluq müalicəsində qadının ən az bir uşaqlıq borusu açıq olduğu halda müalicə məqsədilə istifadə edilir. Süni mayalanma ilə müqayisədə daha ucuz üsul olduğu üçün ara bir addım olaraq qəbul edilir. Aşılamanın tətbiq edilmə səbəbləri bunlardır: uşaqlıq boynundan asılı olan sonsuzluq, kişidə boşalma pozğunluğu, impotensiya və ya spermanın sayı və hərəkət pozğunluğundan asılı olan sonsuzluq, izah oluna bilməyən sonsuzluq və I, II dərəcə endometriozla əlaqədar sonsuzluq.
Uşaqlıq boynu faktoru: anormal postkoital analiz olan qadınlar aşılama ilə müalicə edilirlər. Ancaq artıq beynəlxalq qurumlar bu analizin rutin dəyərləndirmənin bir hissəsi olaraq qəbul etməyə ehtiyac duymurlar.
Kişi faktoru
Sonsuzluq səbəbinin 40-50%-ni təşkil edən kişi faktoru aşılama üçün əsas səbəbdir. Boşalma disfunksiyası, seksual disfunksiya və retroqrad eyakulyasiya kimi sperma istehsalının normal olduğu mexaniki problemlərdə və az da olsa, kişidən asılı sonsuzluqda aşılama əhəmiyyətli müalicə alternatividir.
İzah oluna bilməyən sonszuluq və minimal endometriozi ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 7534 | Əlavə edib: cirtdan-milli | Tarix: 2017.02.20 | Şərhlər (0)

Plasenta (cift) və körpənin doğumundan sonra başlayan, ana vücudunda hamiləlik ərzində meydana gələn fizioloji dəyişkənliklərin aradan qalxması və genital orqanların hamiləlikdən əvvəlki formasına qayıtmasına qədər olan dövrə zahılıq dövrü deyilir. Təxminən 5 həftə davam edir. Lakin anadakı orqan və sistemlərin hamiləlikdən əvvəlki halına qayıtması bəzən aylarla da davam edə bilər. Bətin zaman keçdikcə kiçilir. Süd vermə bətnin kiçilməsində əsas faktordur. Doğumdan sonrakı qanaxmanın miqdarı olduqca əhəmiyyətlidir. Xüsusilə ilk 2 saat ananın qanaxması nəzarət altında saxlanılmalıdır.

Doğumdan sonrakı dövrdə aybaşı süd verməyən qadınlarda 6-8 həftə ərzində başlayır, süd verən qadınlarda isə daha geç başlayır. Lakin süd vermə hər zaman aybaşı mexanizminə təzyiq göstərə bilmir, süd verdiyi halda hamilə qalan qadın sayı çoxdur. Bunun üçün zahıya ailə planlaşdırılması barədə məsləhət verilməlidir. Doğumdan sonrakı ilk 2 gün zahıya maye ilə zəngin pəhriz verilir. Pəhriz zülal, meyve, tərəvəz tərkibli olmalıdır. Bununla yanaşı, həddindən artıq qida qəbul edilməməlidir. Zahılıqda gündəlik qidalanma ehtiyacı 2600-2800 kkal-dir. İlk günlərdə ağır, köp verən yeməklər verilməməlidir. Bununla yanaşı siqaret, spirt kimi südlə körpəyə keçə biləcək məhsulların istifadəsinin zərərləri barədə məlumat verilməlidir. Doğumdan sonrakı 2-ci gün zahı duş qəbul edə bilər.

6-cı həftədə aparılan ginekoloji müayinədə hər hansı bir patologiya olmazsa, cinsi əlaqəyə icazə verilə ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2500 | Əlavə edib: hakantv | Tarix: 2017.02.13 | Şərhlər (0)

Hamiləlikdə artan hormonların diş əti və damarlanmasına təsiri uzun müddətdən bəri hamıya məlumdur. Lakin hal-hazırda bu da bilinir ki, bu hormonlar ağız florasına və immunitet sisteminə mənfi təsir edib, ciddi və tez-tez rast gəlinən diş əti iltihabına səbəb olur.
4 növ ağız xəstəliyi hamilələrə hamilə olmayanlarla müqayisədə daha çox təsir edir.

1-Qinqivit (diş əti iltihabı): diş əti iltihabı diş əti lövhələrinin hamiləlik hormonlarına kobud cavabı formasında ortaya çıxır və olduqca tez-tez rast gəlinir. Lövhələr mikroblar və artıqlardan əmələ gələn yapışqan təbəqələrdir. Mövcud olan diş əti iltihabına hamiləliyin mənfi təsirləri hamiləliyin ikinci ayından etibarən başlayır, səkinci ayında isə ən pik nöqtəyə çatır. Hamiləliyin 8-ci ayından etibarən diş əti iltihabı geriləyir və doğumdan dərhal sonra diş ətlərinin görünüşü hamiləliyin ikinci ayındakı kimi olur. Qinqivitin ən böyük səbəbi diş əti lövhələridir və ən çox ön dişlərdə olur, lakin azı dişləri ən çox təsirə məruz qalır.
Hamiləlik zamanı artan hamiləlik hormonu, progesteron, diş ətinin damarlarının genişlənməsinə səbəb olur və keçiriciliyini artırır. Bu da bakteriyaların yerləşməsini və qidalanmasını asanlaşdıran mayenin (eksudat) damardan çıxmasını artırır. Bununla yanaşı, progesteron hüceyrə immmunitetinin cavabını azaldır.
Diş ətindəki qoruyucu keratinizasiyanın azalması və qlikogenin artması qoruyucu təsirin azalması ilə nəticələnir. Bununla yanaşı, hamiləlik zamanı artan ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 3188 | Əlavə edib: hakantv | Tarix: 2017.01.30 | Şərhlər (0)

Hamiləlik fizioloji hadisədir, lakin bəzən hamiləlik müddətində ana və körpənin həyatını təhlükəyə atan bir sıra hadisələr ola bilər. Normal davam edən hamiləliklərdə belə, qadının fiziologiyasında meydana gələn dəyişkənliklər ana və körpənin həyatını təhlükə altında qoya bilər. Hamiləlik dövründə vaxtaşırı müayinələr zamanı həkim və digər tibb işçiləri hamiləlik müddətində normal dəyişkənlikləri aydınlaşdırmalı, tibbi və patoloji vəziyyətləri erkən təsbit edib, bu təsirlərin ən aza edirilməsinə çalışmalıdırlar. Doğumdan əvvəlki dövr olaraq adlandırılan bu dövrdə anada yarana biləcək sağlamlıq problemləri müəyyənləşdirilməli və müalicə edilməlidir. Hamiləlik dövründə ananın sağlam və asan hamiləlik keçirməsi, sağlam doğum və sağlam körpənin olması təmin edilməlidir. Bununla yanaşı hamiləlik baxımı barədə ana olmağa hazırlaşanları məlumatlandırmaq bu dövrün ən mühüm məqsədlərindən biridir.

Hamiləlikdən əvvəl məsləhətləşmə yalnız tibbi xəstəliyi olanları deyil, hamiləliyi düşünən bütün qadınları əhatə etməlidir. Ana olacaq qadınların tibbi, sosial və genetik vəziyyətlərinin hamiləlikdən əvvəl araşdırılması və ən yaxşı vəziyyətə gətirilməsi ilə hamiləlik nəticəsinin inkişaf etdirilməsi hədəflənməlidir. Hamiləlikdən əvvəl məsləhətləşmə riskin müəyyən edilməsi, qidalanma, idman, həyat tərzi ilə bağlı məsləhətləri özündə birləşdirir. Ana olmağa hazırlaşanlar xroniki xəstəliklər baxımından sual-cavab edilməli, diabet, hipertaniya, epileps, ürək xəstəlikləri, varikoz və ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2580 | Əlavə edib: hakantv | Tarix: 2017.01.23 | Şərhlər (0)

Təxminən 100 hamilə qadından 50-70-i az və ya çox dərəcədə ürəkbulanma və qusma problemi yaşayır. Bu problem “emesis gravidarium” adlanır. Çox zaman hamiləliyin 6-cı həftəsindən etibarən ürəkbulanma müşahidə olunur. Adətən səhər daha şiddətli olan ürəkbulanmanı qusma, iştahsızlıq, qoxulara qarşı həddindən artıq həssaslıq və halsızlıq müşayiət edir. Eyni zamanda, ürək döyüntüsü, ağız suyunda artma və ağızda qoxu müşahidə edilir. “Mallory-Weis” sindromu adlanan bu cür vəziyyətdə qusmada təzə qan görünə bilər.

Hamiləlikdəki ürəkbulanma və qusmanın gün ərzində davam etməsi, ağız yolu ilə qəbul edilən dərmanlara cavab verməməsi hamilə qadının normal qidalanmasını və gündəlik fəaliyyətinin qarşısını alır və nəticədə hamilə qadının ümumi vəziyyəti pozulur və çəkinin azalmasına səbəb olur. Bu cür vəziyyət “Hiperemesis Gravidarum” (hamiləlikdə şiddətli ürəkbulanma) adlanır. Adətən, xəstəxanada yataraq müalicə edilən vəziyyətdir. Hər hamiləlik fərqli olduğu üçün eyni qadının iki hamiləliyi arasında da fərqliliklər ola bilər. İlk hamiləliyində problem yaşamayan bir qadının ikinci hamiləliyində şiddətli ürəkbulanma və qusma və ya tam əksi müşahidə edilə bilər.

Səbəbləri; Hamiləlik ərzində müşahidə edilən ürəkbulanma və qusmanın əsas səbəbinin nə olması tam olaraq məlum deyil. Şikayətlər qanda hamiləlikdən asılı olaraq yüksələn HCG və estrogen hormonunun artması ilə paralel olur. Hormonların normadan yüksək olduğu çox yumurtalı hamiləliklərdə və mol hamiləlik kim ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 3641 | Əlavə edib: hakantv | Tarix: 2017.01.16 | Şərhlər (0)

İnsan həyatında hamiləlik qidalanmanın ən vacib olduğu dövrdür. 1880-ci illərdən bəri hamiləlikdə düzgün qidalanma ilə bağlı işlər görülmüşdür. Məlum olmuşdur ki, hamiləlik zamanı səhv qidalanmanın yaradacağı problemlər yalnız anada deyil, o cümlədən, körpədə də həyatı boyu davam edə biləcək problemlərə səbəb ola bilər. Hamiləlik zamanı düzgün qidalanma ilə bağlı hər addım hamiləliyin istənilən ayında vacibdir. Xüsusilə də, qidalanmanın birbaşa körpənin fiziki və zehni inkişafına təsir etdiyi hamiləliyin ilk 2 ayı barəsində bizə məlum olmayan məlumatlar var. Hamiləlikdən əvvəl qidalanma ilə bağlı həkimlə məsləhətləşmə çox az müşahidə edildiyi üçün hamilə qadınlar hamiləlik fərq edildikdən, hətta ən kritik 2 ay keçdikdən sonra qidalanmalarına fikir verirlər. Çox zaman isə hamiləliyin sonuna qədər buna əməl etmirlər. Ancaq hamiləlikdən əvvəl bu ilk 2 aylıq dövr üçün düzgün olanları bilmək və bu barədə həkimlə məsləhətləşmək çox vacibdir.
Hamiləlik zamanı çəki qəbulu hər hamilə qadında fərqlidir və bu ananın hamiləlikdən əvvəlki çəkisi ilə, daha doğrusu, bədən kütlə indeksi ilə əlaqəlidir.
BKİ=Çəkiniz(kq)/boyunuz
Hamiləlikdən əvvəl məsləhətləşmə zamanı və ya ilk hamiləlik müayinəsində BKİ hesablanan hamilə qadının qidalanma vərdişləri ilə bağlı bütün məlumatlar və qidalanma balansına təsir edə biləcək bütün faktorlar öyrənilməlidir. Qidalanma vəziyyəti 4 fərqli, tibbi, qidalandırıcı, psixososial və əvvəlki hamiləlik tarixçəsi cəhətdən araşdırılmalıdır. Tibbi ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 4178 | Əlavə edib: hakantv | Tarix: 2017.01.09 | Şərhlər (0)

Hər hamiləlik əslində genetik olaraq xəstəlik riski daşıyır. 5000-ə yaxın təyin edilmiş genetik xəstəlik var. Lakin çoxunun prenatal diaqnozu mümkün deyil. Diaqnozu mümkün olanları isə həmişə müalicə etmək mümkün deyil. Bu genetik xəstəliklər içərisində prenatal olaraq təyin edilə bilən trisomiya, xüsusilə də daun sindromu xüsusi əhəmiyyət kəsb edir. Daun sindromlu körpələrin çoxunda əqli cəhətdən zəiflik və strukturda mühüm pozğunluqlar olur. Doğumdan sonra sağlamlıq vəziyyətindən asılı olaraq ölüm faizi digər körpələrə görə 25 dəfə çoxdur. Dəqiq diaqnoz üçün invaziv, yəni körpədən və ya körpənin olduğu mühitdən toxuma götürülərək, yüksək riskə sahib olanların müəyyənləşməsi üçün isə noninvaziv, yəni sadəcə ana qanından nümunə götürərək və ya ultrasəs müayinə ilə göstəricilərin axtarılması kimi üsullar vardır. Dəqiq diaqnozun invaziv üsullarla qoyulur, Lakin invaziv üsulların tətbiqi uşaq salma riski artırır və bunu eyni zamanda hamıya tətbiq etmək mümkün olmur. Bu səbəbdən noninvaziv olan prenatal analizlərə üstünlük verilməlidir. Nəticədən asılı olaraq yüksək riski daşıyanlarda invaziv üsulların tətbiq edilməsi dəqiq diaqnozun qoyulması üçün məsləhət görülür.

İNVAZİV ÜSULLAR
1-Koryon Villus biopsiyası: Hamiləliyin 9-12-ci həftələri arası bətnin ağzından (uşaqlıq boynundan), 11-ci həftədən doğuma qədər isə qarından incə iynənin köməyi ilə körpənin ciftindən nümunənin götürülməsidir. Kim tərəfindən edilməsi ilə yanaşı, təxminən 1,2 % proseslə bağlı uşaq ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2884 | Əlavə edib: hakantv | Tarix: 2016.12.26 | Şərhlər (0)

Hamiləlik və məşq

Son illərdə sağlam həyat tərzi fikrinin şüurlu şəkildə artması qadınların müxtəlif məşq proqramlarına olan maraqlarını artırmışdır. Ana olmağa hazırlaşan bir çox qadın həyat tərzlərinin bir hissəsi olan məşqi hamiləlik müddətində də davam etdirirlər. Ana olmağa hazırlaşan bəzi qadınlar isə həm estetik qayğılar, həm də daha asan doğum üçün yalnız hamiləlik dövründə məşq etməyə üstünlük verirlər. Deyilənə görə fiziki cəhətdən aktiv olan qadınların doğumu daha asan olur. Əvvəllər verilən məsləhətlər yalnız təmiz havada gəzməklə məhdudlaşırdısa, artıq vaginanın ətrafındakı əzələni güclədirən çömbəlmə məşqləri, boşalma və daha asan doğuş üçün tənəffüs texnikası ilə zənginləşdirilmişdir.

Hamiləlikdə məşqlərin qadağan edildiyi hallar:

-Hipertaniya, ürək-damar, tənəffüs, böyrək və tiroid xəstəlikləri, şəkər xəstəliyi xüsusilə də nizamsız insulin iynəsi istifadəsini lazımlı edən 1tip diabet
-Əvvəlki hamiləliklərdə uşaq salma, erkən doğum, ana qarnındakı körpənin inkişafdan qalması, bətin ağzının doğumdan əvvəl açılması tarixçəsi varsa və ya indiki hamiləlikdə bunlardan biri vardırsa
-Hamiləlik zamanı vaginal qanaxma, ana qarnındakı körpənin hərəkətlərinin azalması, anemiya, körpənin yan tərəfdən gəlməsi, körpənin cifti doğum kanalının girişində, yəni aşağıda olması

Məsləhətlər: Müntəzəm məşqlə məşğul olanlarla olmayanlara verilən məşq fərlidir.

Müntəzəm məşq edənlər
... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2109 | Əlavə edib: hakantv | Tarix: 2016.12.19 | Şərhlər (0)


Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:01:07
Copyright Cirtdan.TV ©
2013 - 2023

Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev