Analar ÜÇÜN » 2016 » Noyabr » 7 » MƏXMƏRƏK
19:40
MƏXMƏRƏK

Rubella (məxmərək törədicisi). Nəzəri olaraq belə bir fikir var idi ki, məxmərək peyvəndi anadan körpəyə keçən məxmərəyin  qarşısını alır, ancaq praktikada bu belə deyil.  Səbəbi isə, təbii immunitet sisteminin nəsil artırma çağındakı qadınların 80-90%-ini qoruyur, yerdə qalanlar isə uşaqlıqda edilən peyvəndlə qorunur, ancaq bəzən peyvəndən 5-10 il sonra  yox ola bilər. Bunun üçün nəsil artırma çağındakı bütün qadınlarda məxmərəyə qarşı immunitet yoxlanmalı və əgər yox olmuşdursa, yenidən peyvənd edilməlidir. Peyvənd edilərkən hamiləlik olmamalı və sonrakı 3 ay ərzində hamilə qalınmamalıdır. Ancaq bəzən hamilə ikən peyvənd edilir və ya peyvənddən sonrakı 3 ay ərzində hamilə qalınır. Bu cür hallarda kliniki təcrübələr göstərmişdir ki, hamiləliyin sonlandırılmasına ehtiyac yoxdur. Bu cür vəziyyətlərə məruz qalmamaq üçün immuniteti olmayanların peyvənd olunması doğumdan sonra həyata keçirilə bilər. Bu süd verməyə də maneə deyil. Bununla yanaşı, immunitetin yaranmasını aydınlaşdırmaq üçün 6-12 həftə sonra analiz edilməli, immunitet yaranmamışsa, peyvənd təkrarlanmalıdır. Peyvənddən sonra əks təsirlərə nadir hallarda rast gəlinir, ən çox müşahidə edilən əks təsiri əzələ-oynaq ağrılarıdır. 

     Hamilə qadının ilk 3 ayda məxmərək mikrobu ilə qarşılaşması tez-tez hallarda uşaq salma ilə nəticələnir. Ancaq bundan sonra hamiləlik davam edərsə, körpədə  inkişaf geriliyindən karlığa qədər bir çox problemlə qarşılaşmaq mümkündür. Əgər mikroba 4-cü aydan sonra yoluxma olubsa, problemin yaranma ehtimalı hər sonrakı ay azalır.

     “Hamilə qadının məxmərək keçirən uşaqla təmasından sonra nə etmək lazımdır” sualı tez-tez rast gəlinən suallardan biridir. Əgər hamilə daha əvvəlcədən peyvənd olubsa və bu mikroba qarşı immunitetlidirsə, narahatlığa ehtiyac yoxdur. Əgər hamilə bu mikroba qarşı immunitetli olub olmadığını bilmirsə, təmasdan sonrakı 10 gün ərzində qan nümunəsində HI titr müsbət çıxmışdırsa, problem yoxdur deməkdir. 

     Məxmərək keçirən hamilə qadının müalicəsi adətən simptomatikdir, yəni şikayətlər əsasında aparılır. Məxmərək serumu istifadəsi ana bətnindəki körpəyə qoruyucu təsir göstərmədiyindən məsləhət görülmür. Ancaq bütün hallarda hamiləlik davam etdiriləcəksə, istifadəsi düşünülməlidir. Nəticə olaraq, məxmərək keçirən hamilə qadın hamiləliyi davam etdirməsi və sonlandırması barədə qərar verə bilməsi üçün məxmərəyin hamiləliyə təsiri barəsində ətraflı məlumatlandırılmalıdır.

     Son söz: Bütün hamilələr məxmərəyə qarşı yoxlanmalı, immunitetli olmayanlar hamiləlikdən sonra peyvənd olunmalıdır ki, digər hamiləliklər üçün risk ortadan qalxsın.
 

Uzm. Dr. Hakan Tanrıverdi



Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 2621 | Əlavə edib: hakantv | Teqlər: Hakan, MƏXMƏRƏK | Reytinq: 5.0/1
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:01:44
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev