Analar ÜÇÜN » 2017 » İyun » 14 » Övrə necə bir xəstəlikdir?
03:40
Övrə necə bir xəstəlikdir?

Övrə çox sıx rastlanan bir xəstəlikdir. Əhalinin 15-25%-i həyatında bir dəfə də olsa övrə keçirmişdir.

Övrə qırmızı, qaşıntılı, 24-48 saat içərisində yer dəyişdirən, heç bir iz buraxmadan keçən qabarıqlıqlarla ortaya çıxan bir dəri xəstəliyidir. “Urtica” yəni, gicitkən otu (azərbaycanca tərcüməsi) sözündən götürülmüşdür. Övrə zamanı dəridə yaranan səpgi gicitkən otunun dəriyə toxunduqda əmələ gətirdiyi reaksiyaya bənzədiyindən bu ad verilmişdir. Qabarıqlıqlar bəzən birləşib bütün bədəni əhatə edə bilər. Hər yaşda ortaya çıxa bilər. 6 həftə içərisində tamamilə keçərsə kəskin, 6 həftədən artıq davam edərsə xronik övrədir. Əgər ödem dermisin dərin qatına və dərialtı toxumaya yayılarsa angioödem dediyimiz daha şiddətli bir tablo ortaya çıxır. Angioödem göz qapaqlarında, dodaqda, əllərdə şişlik şəklində görülür. Xəstəlik tənəffüs yollarına yayılarsa diqqətli olmaq və təcili yardıma müraciət etmək lazımdır.

Uşaqlarda kəskin övrənin səbəbi infeksion (daha çox viral) xəstəliklər, dərmanlar (antibiotik, qızdırmasalan, ağrıkəsici) və qidalardır (yumurta, çiyələk, süd məhsulları, balıq və s.)

Xroniki övrə müxtəlif orqanların xroniki xəstəlikləri ilə əlaqədar olaraq ortaya çıxa bilər. Xroniki övrə zamanı bir çox analizlərin verilməsinə ehtiyac olur.

Diaqnoz klinik müayinə əsasında qoyulur. Ətraflı alınmış anamnez çox vaxt övrənin səbəbini anlamağa imkan verir.

Müalicəsində antihistamin qrupu dərmanlara əsas yer verilir. Xəstəliyin şiddətinə görə uyğun dərman seçilir və dozası müəyyənləşdirilir. Bəzən bir neçə gün sistemik steroidə ehtiyac olur.


Bölmə: Uzm. Dr. LALƏ MEHDİ | Baxış sayı: 4544 | Əlavə edib: DrELM | Teqlər: Lalə, allergiya, Övrə, gicitkən, urtica | Reytinq: 5.0/2
Şərh sayı: 0
avatar
Uzm. Dr. Lalə Mehdi
Uzman Dermatoloq

Uzm.Dr.Lalə         Mehdi
00:04:50
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev